Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ekskluziv

Yardımlıda qəhrəmanlar böyüyən ev 87 yaşlı ananın başına uçur – VİDEO

İyul 28, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Yardımlı rayon Bozayran kənd sakini Əmək veteranı, 2-ci qrup əlil, yataq xəstəsi olan, 87yaşlı ana Bədirova Gültamam Zərbi qızı yaşayış şəraiti ilə bağlı ölkə rəhbərliyinə və əlaqədar təşkilatlara müraciət edib. Gültamam Bədirova bildirir ki, yaşadığı 3 otaqlı ev tamamilə qəzalı vəziyyətdə və yaşamaq üçün yararsızdır. Vətəndaş deyir ki, 2024-cü ilin may ayının 11- də 6 bala yaxın 5,3 bal gücündə baş vermiş güclü yeraltı təkanlar və zəlzələlər nəticəsində ev tam yararsız vəziyyətə düşüb: “Bir neçə yerdən vurulmuş dayaqlar da əhəmiyyətin itirib. Son zamanlar tez-tez baş verən yeraltı təkanlar və zəlzələlər evdə yaşamağımızın ciddi təhlükəli olmasını yaratmışdır. Həmin evdə mən, oğlum, gəlinin və bir az yaşlı nəvəm yaşayır. Qorxumuzdan axşamlar gəlinimin atası evində yaşayırıq. Bizim ev tikmək imkanımızda yoxdur. Ailəmiz yalnız mənim aldığım pensiya ilə yaşayır”.
Zəlzələdən bir qədər sonta Yardımlı Rayon İcra Hakimiyyəti başçısının I müavini, Rayon Fövqalədə Hallar Komissiyasının sədri Azər Xamiyevin başçılığı ilə mütəxəssislərlə evə baxış keçmiş və tərtib etdikləri aktda göstərmişlər həqiqətən ev yaşayış üçün yararsız haldadır. Bu akta əsasən Fövqalədə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin sədri Cəbrayıl Xanlarova İcra hakimiyyəti adından məktub ünvanlanıb. Halbu ki, tərtib edilən akt və müvafiq sənədlər birbaşa Fövqalədə Hallar Nazirinə göndərilməliydi. Azər Xamiyev bildirib ki, “biz qorxuruq birbaşa nazirə məktub yaza bilmərik”. Azər Xamiyev tərəfindən Cəbrayıl Xanlarova ünvanlanan məktub onun müavini Elxan Əsədova yönləndirib. Elxan Əsədov isə cavab məktubunda göstərir ki Sizin şikayət ərizənizə 20 iyun 2024 cü ildə Agentlikdə baxılmışdır. Amma vətəndaşa cavabı 1 il əvvəlcədən 15.07.2023 cü il tarixdə ünvanlanıb. Görünür Elxan Əsədov uzangörən baxıcıdır. Yəni onun kompüterində 2023 cü il tarixdən qalan nümunə var sadəcə eyni məzmunlu cavablar olduğu üçün o məktubda sadəcə vətəndaşın soyadını adını atasının adını dəyişməklə cavab göndərirlər. Elxan Əsədovun cavab məktubunda göstərilir ki, Mənzil Məcəlləsinin 28-ci maddəsinə uyğun olaraq təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşmüş mənzilin və ya fərdi yaşayış evinin təmir və bərpa edilməsi mülkiyyətçi tərəfindən həyata keçirilməlidir. İndiki halda da ev vətəndaşdann asılı olmayan səbəbdən zəlzələ nətiucəsində qəzalı vəziyyətə düşüb. Elxan Əsədov nəyi dəqiqləşdirmək istəyirsə Allahla dəqiqləşdirsin, soruşsun niyə zəlzələ etdin və Yardımlıda bir imkansız ailənın evini niyə bu vəziyyətə saldın.
Onu da bildirək ki, bu gün adi insan yaşayışına yararsız hala düşən bu evdə dövlət və vətən qarşısında xidmətləri olan oğullar böyüyüb. Gültamam ananın böyük oğlu Birinci Qarabağ müharibəsi iştirakçısı 2-ci qrup hərbi əlildir və 13 ildir xəstəliklə əlaqədar ehtiyyatda olan zabitdir. O,1991-1992-ci illərdə Şuşa və Daşaltı döyüşlərində iştirak etmişdir. Dövlət qarşısındakı xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən təltiflənmişdir. Bu gün təhlükə altında yaşayan Gültamam ananın nəvəsi Zəfər Savaşının qəhrəmanıdır, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Xocəvəndin, Şuşanın və Cəbrailin işğaldan azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Döyüşdə fərqləndiyi və göstərdiyi şücayətə görə ona döyüş zamanı baş leytenant hərbi rütbəsi verilmişdir. 19-20 sentyabr 2023-cü il tarixdə uğurlu lokal antiterror tədbirləri zamanı ilk strateji yüksəkliyin əldə edilməsində komandir kimi döyüşü həyata keçirən kapitan rütbəli nəvənin nənəsi indi bir məmur laqeydliyi ilə üz-üzə qalıb.
Qəhrəmanlar böyüdən, bu gün isə evi başına uçmaq təhlükəsi ilə üz-üzə qalan Ana kömək üçün prezidentə üz tutub: “Ailəmizin dövlət qarşısındakı xidmətlərini həmin evdə 2 nəfər müharibə iştirakçısı və qazinin doğulduğu evdəgələcəkdə baş verəcək hər hansı bədbəxt hadisənin və təhlükənin qarşısını vaxtında almaq məqsədilə aidiyyatı üzrə göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Xüsusi QEYD: Prezidentin fondundan və ya Heydər Əliyev fondundan o qədər pul ayrılır yol çəkilişinə, məktəb, xəstəxana tikintisinə pul ayrılır ki, bir imkansız köməksiz vətən yolunda ölümə getmiş 2 qəhrəman döyüşçü böyütmüş bir ana üçün bir ev tikmək belə çətindir milyonlarla sərvəti və neft ölkəsi olan bir dövlət üçün.

Əvvəlki Yazı

İmamoğlunun magistr diplomu ləğv edildi

Növbəti Yazı

İlham Əliyev fərman imzaladı

EKSKLUZİV

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
2
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10

XƏBƏR LENTİ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.