“Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edilib.
Cumhuriyyet.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Dəyişikliyə əsasən, dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.