Maliyyə Nazirliyinə məxsus jurnal ləğv olunur.
Cumhuriyyet.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, “Maliyyə və uçot jurnalı redaksiyası” MMC ləğv olunduğunu elan edib. Qeyd edilib ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, 135 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Maliyyə və uçot jurnalı redaksiyası” 2005-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14 min manatdır.