Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Türk dünyası ədəbiyyatının Tomrisi!

İyul 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

13 Fevral 26 / 17:05
Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

13 Fevral 26 / 15:49
Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

12 Fevral 26 / 14:24
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08

Azərbaycan və ümumtürk həqiqətlərinin təbliğində Mahirə Hüseynova yaradıcılığının rolu…

Türk xalqının zaman-zaman dünyaya böyük qəhrəmanlar, elm xadimləri, mütəfəkkirlər bəxş etdiyi, öz sərkərdələri, o cümlədən, elm xadimləri ilə bütün bəşəriyyəti heyrətləndirdiyi heç kimə sirr deyil. Əminliklə demək olar ki, Azərbaycan xalqının dünyaya bəxş etdiyi belə işıqlı simalardan biri də əslən Qərbi Azərbaycandan olan filoloq alim, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynovadır.
1960-cı ilin 4 noyabr tarixində anadan olan Mahirə Hüseynova 1968-ci ildə Xalxal kənd səkkizillik orta məktəbin birinci sinfinə daxil olmuş, 1978-ci ildə Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı qəsəbə 1 saylı orta məktəbi bitirmişdir. Hələ ibtidai sinifdə oxuyarkən Mahir Hüseynova kitaba, mütaliəyə sonsuz marağı ilə diqqət çəkmiş, öz çalışqanlığı ilə bütün məllimlərin rəğbətini qazanmışdır.
1980-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olan Mahirə Hüseynova, 1984-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmiş, respublikamızın bir sıra orta məktəblərində pedaqoq kimi fəaliyyət göstərmişdir.
Qabaqcıl təhsil işçisi, təcrübəli pedaqoq, böyük alim…
Mahirə Hüseynova hələ orta məktəbdə pedaqoq kimi fəaliyyət göstərdiyi dönəmdə Təhsil Nazirliyi tərəfindən dəfələrlə təltif edilmiş, müxtəlif fəxri adlarlar mükafatlandırılmışdır. “Respublikanın qabaqcıl təhsil işçisi” adına layiq görülən,  döş nişanı ilə təltif olunan Mahirə Hüseynova 2003-cü ildə“İlin nümunəvi müəllimi” Respublika müsabiqəsinin qalibi olmuş, I dərəcəli diplom almışdır.
2009-cu ildə ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi kimi ali təhsil müəssisəsində elmi fəaliyyətə başlayan Mahirə Hüseynova, “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını 2012-ci ilin yanvarında müvəffəqiyyətlə müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru, 2017-ci ildə isə filologiya üzrə elmlər doktoru dərəcəsi almışdır. O, 2018-2021-ci illərdə ADPU-nun Filologiya fakültəsinin dekanı olmuş,  2021-ci ilin aprelindəne tibarən ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində fəaliyyətə başlamışdır.
Mahirə Hüseynova 2018-ci ildə “İlin Alimi” Media mükafatı, 2021-ci ildə “Əməkdar müəllim”, 2024-cü ildə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı və digər çoxsaylı medallar, fəxri adlarla təltif olunmuşdur ki, bu da onun həm elmi, həm də ictimai aktivliyi ilə əlaqədar olub.
Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin ən böyük təbliğatçılarından biri kimi..
Mahirə Hüseynovanın elmi-bədii yaradıcılığında Qərbi Azərbaycan mövzusu hər zaman aparıcı yer tutmuş, davamlı şəkildə təbliğ edilmişdir.  Hər şeydən öncə qeyd edək ki, tanınmış profssorun Qərbi Azərbaycan həqiqətlərinə yanaşma tərzi özünəməxsusluğu və yüksək elmiliyi ilə diqqət çəkir. Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərini ümumi Azərbaycan həqiqətlərindən ayrılıqda təhlil etmir. Əksinə, Qərbi Azərbaycan həqiqətlərinə bütöv Azərbaycan həqiqətlərinin konteksində yanaşır, onları məhz bu müstəvidə dəyərləndirir. Bu baxımdan məşhur alimin Sosial Tədqiqatlar Mərkəzi və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irs” kitabının üçüncü cildinin təqdimat mərasimində səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir:
“Söhbət təkcə qərbi azərbaycanlı olmaqdan getmir, bütöv Azərbaycanlı olmaqdan gedir. Mən hər kəsin ürəyindəki Azərbaycan sevgisinə heyranlığımı bildirirəm”.
Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin təbliğini daim diqqət mərkəzində saxlamış, ermənilərin bu tarixi saxtalaşdırmaq, özününküləşdirmək cəhdlərini konkret faktlar, inkaredilməz dəlillərlə ifşa etmişdir. Hörmətli professorun “XX əsrdə Dərələyəzdə Urbisid və etnosid aktları” kitabı bu baxımdan son ərəcə mühüm əhəmiyyət kəsb edir. Professor sözügedən kitabda ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinə diqqət çəkir, Qərbi Azərbaycanla bağlı əsl həqiqətlərin dünyaya çatdırılmasının vacibliyini vurğulayır:
“Dərələyəz mahalında mövcud olmuş kəndlər – coğrafi adlarımız əbədiyyət tariximizdir. Dərələyəz toponimlərinin tarixi hüdudları türk xalqlarında çox genişdir və bunlara yalnız erməni dilində təsadüf edilmir. Toponimlərin tədqiqi üçün tǝxmini söyləmələr, yalnız üzdə olan elementlərin gücünə arxalanıb fərziyyələr şəklində fikirlər söyləmək türk-Azərbaycan toponimiyasına ciddi ziyan vurub və bundan sui-istifadə edən nankor və hiyləgər ermənilər çox şeyləri özününküləşdirməyə cəhd ediblər. Lakin indiki Ermənistanda türk-Azərbaycan toponimləri xalqımızın keçmişinin, kökünün, yaşayış tərzinin ən qədim cəhətlərini və onun mənəvi, mədəni dünyasını çox dəyərli bir şəkildə işıqlandırmağa minilliklər boyu xidmət göstərib”.
Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi yurdu olduğunu bildirən Mahirə Hüseynova, bu torpaqlardakı bütün toponimlərin Azərbaycan dilinin qrammatik quruluşuna uyğun olduğuna diqqət çəkərək, bu faktı həmin torpaqların xalqımıza məxsusluğunun göstəricisi olduğunu bildirib:
“Azərbaycan, o sıradan onun qərb, şərq, cənub, şimal bölgələri çox qədim zamanlardan rəngarəng mədəniyyətlərin qarşılaşdığı böyük bir ərazini əhatə edən məkan olmuşdur. Bu ərazilər tarixən, daha dəqiqi şumer, hun, böyük türk mədəniyyətlərinin birləşdiyi yerlərdir. Şumer mədəniyyətinin qurucuları qədim türklərdir. Hun imperatorluğunun ilk yaradıcıları da türklər olmuşdur. Azərbaycan miladdan öncədən müxtəlif türkdilli etnosların məskunlaşdığı, qaynayıb-qarışdığı və oturaq həyat sürdüyü bir ölkə olmuşdur. Müxtəlif tarixi mənbələrdə türklərin Azərbaycana və onun qərb hissəsinə ilk dəfə miladdan öncə VII əsrdə sakların səfəri zamanı gəlib yerləşdikləri irəli sürülməklə bugünkü Ermənistanın başdan-başa Azərbaycan türk torpaqları olduğu təkzibedilməz faktlarla sübuta yetirilmişdir. Tarixi qaynaqlar birmənalı şəkildə onu da sübut etmişdir ki, Qərbi Azərbaycan asların, suvarların, bulqarların, peçeneqlərin, utilərin, xəzərlərin, kəngərlərin, qarqarların və başqalarının yaşadıqları, təşəkkül tapıb formalaşdığı qədim bir yurd yeri olmuşdur. Bu etnos adlarının, demək olar ki, hamısı türk-Azərbaycan dilinin qrammatik quruluşu əsasında təşəkkül tapmışdır”.
Göründüyü kimi, hömətli alim Qərbi Azərbaycanın xalqımızın tarixi torpaqları olduğunu elmi şəkildə sübuta yetirir, ermənilərin bu adları süni şəkildə dəyişdiyini vurğulayır.
Erməni faşizminə qarşı mübarizədə informasiya cəbhəsinin sərkərdəsi…
Mahirə Hüseynovanın erməni faşizminə qarşı mübarizədəki ən böyük xidməltərindən biri onun ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyətini təşkil etməsidir. Xatırladaq ki, bu mərkəz Qərbi Azərbaycan həqiqətləri ilə bağlı çoxsaylı elmi araşdırmalar həyata keçirmiş, bu araşdırmaların nəticəsi haqqında Azərbaycan və dünya ictimaiyyətinə geniş məlumat vermişdir.
Təsadüfi deyil ki, Mahirə Hüseynovanın rəhbərlik etdiyi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistdan böyük təşviş doğurmuş, ermənilər və onların xaricdəki himayədarları bu Mərkəzi gözdən salmaq, onun fəaliyyətini əngəlləmək üçn ən iyrəng üsul və vasitələrə əl atmışdır. Lakin bütün bunlara baxmayaraq, ADPU-da Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi öz fəaliyyətini uğurla davam etdirmiş və bu gün də davam etdirməkdədir.
Mahirə Hüseynovanın ermənilərin uydurma ittihamlarına verdiyi cavab bu baxımdan təqdiərlayqidir: “ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektorlugu nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin fəaliyyəti Ermənistanda təşviş doğurur, davamlı olaraq bizim fəaliyyətimiz barədə həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Guya bizim Mərkəzdə saxta xəritə düzəldilib və erməni toponimləri dəyişdirilib. Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları ərazisində yaradılması tarixşünaslıq tərəfindən öz təsdiqini tapmış faktdır. Ancaq ermənilərin təşvişinə heç bir əsas yoxdur, bizim mərkəz elmi mərkəzdir, burada silah yox, elmi informasiyalar və araşdırmalar istehsal olunur. Biz dinc və ləyaqətli formada öz yurdumuza qayıtmaq istəyirik, bizi bu yoldan heç kim döndərə bilməz!”
Sadalananlardan da göründüyü kimi, Mahirə Hüseynova erməni yalanlarına qarşı mübarizədə yaxından iştirak etməkdə, özünü bu mübarizənin əsl sərkərdəsi kimi göstərməkdədir. Bu baxımdan görkəmli alimi sadəcə Azərbaycanın deyil, ümumilikdə bütün türk dünyası ədəbiyyatının Tomrisi, söz sərkərdəsi adlandırmaq olar.
Türk dünyasının birlik və həmrəyliyinin carçısı…
Mahirə Hüseynovanın elmi-ictimai fəaliyyəində diqqət çəkən əsas məqamlardan biri də onun sadəcə Azərbaycanın milli maraqları deyil, həm də türk dünyasının maraqları, birlik və həmrəyliyi baxımından böyük əmək sərf etməsi, bu yöndə mütəmadi fəaliyyət sərgiləməsidir. Mahirə Hüseynovanın qatıldığı konfrans və simpoziumların mahiyyəti, türk dövlətlərinə səfəri çərçivəsində keçirdiyi görüşlər bunun isbatıdır.
Nümunə üçün qeyd edək ki, məşhur professor III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda, 13-cü Uluslararası Türk Dünyası Sosyal Bilimlər Kongresində, “I Türkoloji Qurultayın Türk xalqlarının mədəni-mənəvi birliyinin yaradılmasında rolu” Respublika elmi-praktik konfransında, Beynəlxalq Türkoloji Elmi Konfransında (Tatarıstan Respublikası, Kazan Federal Universiteti), IV Beynəlxalq Oğuzlar Simpoziumunda  (Türkiyənin Malatya şəhərinin Ərəbgir ilçəsində), Özbəkistanın Cizzak Dövlət Pedaqoji Universitetinin 50 illiyi ilə bağlı “Təhsilin inkişafı strategiyası dəyərlərə əsaslanan tərəqqidır” adlı elmi-praktik konfransda və s. iştirak etmişdir.
Mahirə Hüsyenova Qərbi Azərbaycan həqiqətləri ilə bağlı xarici ölkələrdə keçirilən konfrasnlarda da fəal iştirak etmiş, xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasından mühm rol oynamışdır. Onun Türkiyənin Ankara şəhərində keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda keçirilən beynəlxalq konfransda, habelə, 2024-cü ildə Qərbi Azərbaycan İcmasının təşkil etdiyi “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” adlı II Beynəlxalq konfransda iştirakı, bu əsnada mediaya verdiyi müsahibə və açıqlamalar böyük maraqla qarşılanmış, mətbuatda geniş əks-səda doğurmuşdur.
Ədəbiyyatı Azərbaycanın haqq işi uğrunda mübarizə vasitəsinə çevirən alim…
Mahirə Hüseyova yaradıcılığına xas səciyyəvi xüsusiyyətlərdən biri də onun ədəbiyyatı Azərbaycan xalqının mübarizə vasitəsinə çevirməsi, Azərbaycan insanının haqq səsini dünyaya çatdırmasıdır. Gökəmli professorun“Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığında dialektizmlərin öyrədilməsinə dair (Dərələyəz mahalı üzrə)”, “Müasir Azərbaycan dili: Aşıq və el şairlərinin yaradıcılığının dil, üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)”, habelə, “Qərbi Azərbaycan paleotoponimlərinin linqvistik etimoloji təhlili” adlı monoqrafiyası Qərbi Azərbaycanın tarixi Azərbaycan torpağı olduğunu elmi baxımdan isbatlayır.
Mahirə Hüseynova şeirlərində də tez-tez Qərbi Azərbaycandakı yurd yerlərinə müraciət edir, onlara olan sevgi və həsrətini nisgilli, fəqət bir o qədər də axıcı dillə oxucularla bölüşür:
“Buradan boylanıb nə cürə baxam,
Qaçaq qayasına qəsd var, qərəz var?
Gündüzlər getməyə gücüm yox catam,
Yuxuda gördüyüm Dərələyəz var”.
Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərini professor Həsən Mirzəyevə xitabən yazdığı şeirlərdə də dilə gətirir, bununla bir növ mərhum alim Həsən Mirzənin də Qərbi Azərbaycana – doğma yurda olan sevgisinə diqqət çəkir:
“Vətən dərdi bağlayıbdı sinəni
Niyə gülmür üzün, ay Həsən Mirzə?   
Talan olub, viran olub ellərin,
Qalmasın bir sözün, de, Həsən Mirzə!”
Yuxarıda qeyd etdiyimiz kimi, Qərbi Azərbaycan mövzusu Mahirə Hüseynovanın yaradıcılığında əsas istiqamətlərdən biri olub və  görkəmli alim bu gün də bu istiqamətdə bir-birindən qiymətli əsərlər yazmaqda, məqalələr qələmə almaqdadır. Hörmətli professorun Qərbi Azərbaycandan bəhs edən şeirləri dünyanın bir çox dillərində xarici ölkələrdə dərc edilib ki, bu da beynəlxalq ictimaiyyətin bu barədə məlumatlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin informasiya müstəvisində təşəbbüsü qoruyub saxlamaq, erməni yalanlarını mütəmadi şəkildə ifşa etməklə bağlı çağırışları ilə də yaxından səsləşməkdə, tamamilə üst-üstə düşməkdədir. Mahirə Hüseynovanın bu gün də  Azərbaycan həqiqətlərinin təbliğini eyni qətiyyət və prinsipiallıqla həyata keçirdiyini nəzərə alsaq, əminliklə demək olar ki, görkəmli professor bundan sonra da elmi-ədəbi məqalələri ilə erməni faşizminin absurd iddialarını darmadağın edəcək, onun yaradıcılığı illər, əsrlər sonra da erməni yalanlarına qarşı ən effektiv ifşa vasitəsi qismində çıxış edəcək.
Seymur ƏLİYEV
Əvvəlki Yazı

Maliyyə Nazirliyinin jurnalı ləğv olunur

Növbəti Yazı

Avqustda qeyri-sabit hava şəraiti gözlənilir

EKSKLUZİV

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

16 Fevral 2026 / 22:41
2
Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

16 Fevral 2026 / 13:50
0
1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

16 Fevral 2026 / 12:47
1
Tehranın BOMBALANMASI an məsələsi

Tehranın BOMBALANMASI an məsələsi

16 Fevral 2026 / 12:46
0

XƏBƏR LENTİ

İcra başçısı Azərbaycan çempionatında uğur qazanmış idmançı ilə görüşüb

Bakını duman BÜRÜYƏCƏK: Fevralın 17-nin hava PROQNOZU

1,3 və 5 qəpiklə bağlı mühüm açıqlama

Tehranın BOMBALANMASI an məsələsi

“İlham Əliyevin Cənubi Qafqazda inşa etdiyi sülh və təhlükəsizlik arxitekturası bütün dünya üçün nümunədir”

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Epşteyn işi ilə bağlı 300 tanınmış şəxsin ​siyahısı dərc edildi

Azərbaycanın növbəti qələbəsi: “artsax” sözü Qış Olimpiya Oyunlarında silindi

Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu (FOTO)

Bakıda şirkət rəhbəri işçiləri “blok”a atdı: Qanunsuz əməlləri ifşa olundu

Süni mayalanma, süni qida, süni intellekt – Salam, süni dünya

Xaricdə təhsil vədləri, yarımçıq qalan ümidlər – Şikayətlər artır

Yadplanetlilər var – Obamadan etiraf

İran ABŞ ilə barışır?

İŞSİZ VƏ AZTƏMİNATLI ƏHALİNİN HESABINA KOMFORT… – Və ya sosial qurumlar ixtisara düşənlərlə niyə maraqlanmır?

BU ƏRAZİLƏRDƏKİ BİNALAR DA SÖKÜLƏCƏK – 2700 manat kompensasiya təklif edilir

Ən çox maaş alan futbolçular – Siyahı

Rəsmi İrəvan ermənilərin qarşısında net seçim qoydu: ya sülh, ya…

Yer yeni fəlakətlərin astanasında — HƏYƏCAN TƏBİLİ

Azərbaycanın avtomobil bazarında kəskin dönüş

Böyük qarşıdurmanın anonsu verildi

MTN generalı Mövlam Şıxəliyev əmlaklarını qorumaq üçün dövləti aldadır? – SENSASİON TƏFƏRRÜAT

“Prezident İlham Əliyevin “France 24”-ə müsahibəsi sübut etdi ki, Azərbaycanın hər bir dövlətə münasibəti adekvat olacaq”

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi-Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı… -VİDEO

FƏLAKƏT HƏDDİNƏ ÇATAN DEMOQRAFİK BÖHRAN – Azərbaycanın milli təhlükəsizliyi təhlükə altındadır

SON 15 İLDƏ PENSİYA NƏ QƏDƏR ARTIB, ƏRZAQ NƏ QƏDƏR BAHALAŞIB? – Və ya pensiyaçıları narazı salan nədir? + RƏQƏMLƏR

“ETO MEXTİYEV RAMİS…” – Xəyanət milyonları Mehdiyevi nədən xilas edəcək?

Putin Abbas Abbasovu Bakıya verəcəkmi?

Poqonu sökülən generalın əmlaklar da əlindən alınır – NƏLƏRİ VARMIŞ, NƏLƏRİ…

Məşhur ABŞ nəşrindən İNANILMAZ xəta: “Cənubi Qafqaz Rusiyadır…”

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
İyul 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
« İyn   Avq »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.