Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Professordan Rusiyaya açıq mesaj: “Bizə belə strateji müttəfiqlik lazım deyil”

Avqust 2, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Son dövrlər Bakı ilə Moskva arasında yaşanan gərginlik təkcə diplomatik səviyyədə deyil, həm də dərin siyasi-ictimai sektorlarda da müşayiət olunmaqdadır.
Azərbaycanın təyyarə qəzasından sonra Rusiyadan kompensasiya tələb etməsinin qarşılığında Kreml bu legitim tələbə qarşı məsuliyyətsiz davranmaq bir yana, qonşuluq və bərabərhüququlu əməkdaşlıq ruhuna zidd addımlar sərgiləməkdədir. Rusiya bütün beynəlxalq praktikada mövcud olan presedentə qarşı çıxmaqla öz riyakarlığını nümayiş etdirir. Necə ki, qardaş Türkiyə və Azərbaycan vaxtilə Rusiyaya oxşar hadisəyə görə, kompensasiya edib.
Birinci Pyotrun varisləri ənənəvi xislətlərinə sadiq qalaraq keçmiş psixologiyaya, tarixi “siyasi irsə” söykənməklə həqiqi qonşuluq və strateji müttəfiqliyə layiq olmadıqlarını göstərir.
Yekaterinburqda 2001-ci ildə baş vermiş “cinayət” ətrafında ekstremizm və zorakılıq törədən rus polisi bütün hüquqi çərçivələri tapdalayır, çoxəsrlik qonşuluq əlaqələrinə xələl gətirir.
Azərbaycanlı iş adamlarının, kiçik sahibkarların məqsədli şəkildə incidilməsi, fiziki zorakılığa məruz qalması hansı müttəfiqlik, yaxın qonşuluq ruhuna sığır? Hansı ölkədə miqrantları döyür, öldürürlər? Bu, açıq nifrətin, şovinizmin nümunəsidir.
Məşhur jurnalist-ziyalı Mixail Qusmanın Xankəndidə verdiyi suallara görə, işdən çıxarılaraq çəzalandırılması isə heç bir mədəni-etik əxlaqa sığmır. Bu, sadəcə acizlik əlamətidir.
Yaxud Xankəndi şəhərində erməniəsilli rəssam İvan Ayvazovskinin abidəsinin sökülməsinə görə, Xankəndini Stepanakert kimi təqdim etmək, özü də Mixail Qusmanın uzun illər rəhbərlik etdiyi və əsassız yerə uzaqlaşdırıldığı TASS informasiya agentliyində yayımlanması açıq təxribatdır. Baxmayaraq ki, agentlik səhvində düzəliş etdi, ancaq yenə də Dağlıq Qarabağ ifadəsinə yer verməklə öz dediklərinə haqq qazandırmağa çalışırlar.
Azərbaycanda, paytaxt Bakıda onlarla Rusiyalı alim və şair, incəsənət xadimin heykəli, abidəsi var, Azərbaycan onları öz irsi kimi qoruyur, Xocalı qətliamını törətmiş ermənilərin fəxri saydıqları rəssamın Xankəndidə niyə abidəsi olmalıdır? İrəvanda, Gümrüdə, Zəngəzurda bir azərbaycanl şair, yazıçı, rəssamın abidəsi olmadığı halda Azərbaycanın bu düzgün addınına Rusiya niyə etiraz etməlidir?
Mənim doğulub boya-başa çatdığım Basarkeçərdə Aşıq Ələsgərin abidəsi var idi, ötən əsrdə ermənilər Kremlin gözü qarşısında darmadağın etdi. Bu gün də bizim əzəli torpaqlarımızda tarixi irsimiz, toponimlərimiz yer üzündən silinir. TASS agentliyi bunlara niyə diqqət ayırmır. Ukraynaya humanitar yardım, yanacaq təminatı göndərən Azərbaycanın bu xeyirxahlığı da Moskvanı qəzəbləndirir, bəhanələrlə oradakı Azərbaycan biznes mərkəzlərini bombalayır.
Ümumiyyətlə, Kreml niyə Azərbaycanın daxili işlərinə, müstəqil xarici siyasətinə qarışmalıdır? Zatulinlər, Solovyovlar ekstremist şüarlarla əslində Kremlin mesajlarını çatdırır. Belə müttəfiqlik olarmı? Azərbaycan müstəqil dövlətdir və bütün qonşuları ilə, o cümlədən Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq etməyə çalışır. Əgər kimsə özünü daha üstün hüquqda görürsə, imperiya təfəkkürü ilə davranırsa, zərərlərini özü də görür və görəcək.
Əgər Rusiya bu cür davam edəcəksə, hesab edirəm ki, 2022-ci ildə imzalanmış Strateji Müttəfiqlik haqqında Sazişə yenidən baxılmalıdır.

Vaqif Abdullayev 

Siyasi elmlər doktoru, professor,

Əvvəlki Yazı

“Kürü diplomatiyası” qalmaqalı: AŞPA-da Azərbaycan lobbiçiliyi və Münhen məhkəməsinin hökmü

Növbəti Yazı

Qazaxda müharibə veteranı vəfat edib

EKSKLUZİV

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
12
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
16
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
9
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.