Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

48 saat sürən 15 avqust və əlvida, “Nobel”

Avqust 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Lavrov Amerika torpağına SSRİ köynəyi ilə girəndə, məlum idi ki, Trampın nə deməsi Putinin umrunda da olmayacaq…

Gözlənilən baş verdi. Prezident səlahiyyətlərinin icrasına başladığı gündən Rusiya prezidentinə simpatiyası, Ukrayna prezidentinə nifrəti ilə başlatdığı yanlış siyasətin nəticəsini Alyaska ştatında alan Donald Tramp bəlkə də bütün karyerasında bu qədər pərt olmamışdı. Kiçik qələbəsini belə təntənə ilə büruzə verən, heç bir təvazökarlıq göstərmədən möhtəşəmliyini vurğulayan ABŞ prezidenti Alyaskada, yəni öz dövlətinin ərazisində Putin qarşısında yumağa döndü. Alyaska görüşünədək bir neçə kiçikmiqyaslı konflikti həll etdiyini az qala dünyanın gözünə soxaraq tezliklə Nobel mükafatının məhz ona verilməsini də açıq şəkildə dilə gətirən Trampın istəyini Putin Berinq boğazının buz kimi sularına qərq etdi.

Alyaska görüşü FOTOLARDA

Avropa Birliyi və Böyük Britaniya liderlərinin iki gün əvvəl verdiyi məsləhətlər, təlimatlar işə yaramadı və sanki onların acığına Putin qırmızı xalıda, şəxsən Trampın alqışları ilə qarşılandı. Görüş Alyaskaya təyin olunanda artıq hesab 0:1 Putinin xeyrinə idi. Trampın ətrafı həvəskarlar komandasını xatırladır, Putinin gətirdiyi komanda isə qurdlardan ibarət idi. Təsəvvür edin ki, bir neçə gün əvvəl Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Kremldə Putinlə üç saatlıq görüşdən sonra çıxıb bir informasiya verir və məlum olur ki, inşaat işindən başqa diplomatiya ilə heç vaxt məşğul olmayan bu şəxs Putinin nə dediyini düzgün başa düşməyib və yanlış məlumat verib. Putin komandasının uzaqvuran topu Lavrov isə Amerika torpağına SSRİ köynəyi ilə girəndə, artıq tam məlum oldu ki, Trampın nə deməsi Putinin umrunda da olmayacaq.

Lavrov Alyaskaya SSRİ yazılmış sviteri ilə gedib - VİDEO

Mətbuat qarşısında çıxış edən hər iki dövlət başçısı bildirdi ki, anlaşdıqları və razılaşmadıqları maddələr var. Çıxışlardan məlum olur ki, iki ölkə arasında iqtisadi əlaqələri inkişaf etdirmək kimi məsələlərdə anlaşma var, amma əsas hədəf – Ukraynada atəşkəsə nail olmaqda heç bir razılaşma olmayıb. 8 dəqiqədən çox danışan Putin daha inamlı təsir bağışlayırdı, cəmi 3 dəqiqə danışan Tramp isə hiss olunurdu ki, tez bu görüşü bitirib Ağ Evə tələsir.

Nə olacaq bundan sonra? Tramp “dağıdıcı sanksiyalarla” Rusiyanı bir daha təhdid edə biləcəkmi? Ukraynaya silah göndərəcəkmi, daha doğrusu satacaqmı? Putinə təşəkkür edən Trampdan belə bir dönüş gözləmək inandırıcı deyil. Gücü Ağ Evdə Zelenskiyə çatan, Oval kabineti başqa dövlət başçıları üçün qorxu və təhdid yuvasına çevirən Tramp faktiki olaraq Putin qarşısında aciz vəziyyətdə qaldı. Bu bədbin qənaətə gəlmənin səbəbkarı Donald Trampdır. Avropa Birliyini parçalaya biləcək bəyanatlar verən, NATO xərcləri ilə təhdid edən və bununla da SSRİ dövründən bəri Rusiyanın apardığı siyasətin dəyirmanına su tökən ABŞ prezidentinin bu addımları ilk gündən Putinə ciddi stimul verdi və Ukraynanı daha şiddətli hücumlara məruz qoydu.

Tramp-Putin Alyaska GÖRÜŞÜ BAŞLADI - VİDEO - Ajans.az

Bəs, Alyaska məğlubiyyətindən sonra Tramp həm öz nüfuzunu, həm də ABŞ-ın nüfuzunu qorumağa cəhd edəcək, yoxsa vəziyyətdən çıxmaq üçün hər zaman manipulyasiya etdiyi ifadələri təkrar edib, guya müharibəyə son qoymağa çalışdığını deyəcək? Trampın Alyaska pərtliyi Avropa liderlərinə, NATO ölkələrinə də mənfi təsir edəcək, özlərini müdafiəsiz hiss edəcəklər. Ən qorxulusu da o olacaq ki, yaranmış mürəkkəb vəziyyətə görə Ukraynanı torpaq itkisi ilə barışmağa çağıracaqlar. Ona görə ki, güvəndikləri dağa – Amerika Birləşmiş Ştatlarına da qar yağıb. Pis və qorxulu olan odur ki, hədəf bu gündən sonra Zelenski olacaq. Belə proqnoza inanmaq istəməzdik. Nə Zelenski, nə Ukrayna xalqı, nə də Avropa liderləri işğal faktoru ilə razı olmayacaq. Zelenskinin yenidən təcili olaraq Fransa, Böyük Britaniya, Almaniya, Polşa, Finlandiya dövlət başçıları ilə görüşməsi və yardımın, eyni zamanda Rusiyaya təzyiqin davam etdirilməsi zəruri hal alıb.

Sülh yaratmağı hesablarkən, müharibəyə rəvac verən 15 avqust görüşü “Alyaska sindromu” kimi tarixə düşə bilər, çünki bu uğursuz görüş İran, Şimali Koreya, Çin kimi dövlətlərin də ayağının altına daş qoyacaq.

Alyaska görüşü FOTOLARDA - Globalinfo.az

15 avqust Putin üçün 24 saat deyil, 48 saat çəkdi. Sabah erkəndən Moskvadan çıxan Rusiya prezidenti Alyaskaya girəndə də, danışıqları aparan müddətdə də hələ 15 avqust idi. Putin bu uzun günü uğurla başa vurub Kremlə döndü. Bu gündən başlayaraq Solovyovlar, Marqarita Simonyanlar, Skobayevalar və bütün Rusiya təbliğat maşını Ukrayna müharibəsinin yaxın qələbəsindən ağız dolusu danışacaq. Solovyov daha ürəklə ikinci SVO-nu Güney Qafqazda başlamağın zərurətindən bəhs edəcək. Tədricən müharibədən narazılıq ifadə etməyə çalışan Rusiya cəmiyyəti də Alyaska qələbəsindən ruhlanıb “xaxollar cəzalanmalı” kimi çağırışlara əl çalacaqlar.

Top artıq ABŞ-da deyil, top Zelenskidə, Avropa Birliyində, ədalət tərəfdarı olan dünyadadır. Əks halda, ədalətin, haqqın, hüququn deyil, gücün qalib gəldiyi ilə barışan dünyanı daha böyük fəlakətlər gözləyir.

İlham İsmayıl, xüsusi olaraq Musavat.com üçün

Əvvəlki Yazı

ALYASKADA TARİXİ ZİRVƏ BİTDİ – “Razılığa gəlməmişik, amma məhsuldar oldu…” + VİDEOLAR

Növbəti Yazı

Banklardan əhaliyə zərbə – Bu pullar qaytarılmayacaq

EKSKLUZİV

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

17 Dekabr 2025 / 19:52
1
Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

17 Dekabr 2025 / 18:43
0
Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

17 Dekabr 2025 / 18:31
1
Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

17 Dekabr 2025 / 18:30
0

XƏBƏR LENTİ

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır

Milyonlar qazanan Azərbaycan klublarının gəlirləri + SİYAHI

Bakı limanında “mafiya filmi” ssenarisi – 3 milyonu aradan çıxardılar

Şəhərin mərkəzi palçıq içində: BŞİH və RİNN 4 aydır iş görmür – Video

11 abituriyent köməkçi vasitələrlə imtahana girib – DİM fotolar yaydı

Vanqanın 2026-cı il üçün qorxulu PROQNOZLARI

Azərbaycanda ciyərləri zədələyən virus yayılır? – Rəsmi AÇIQLAMA

Ermənistana milyonluq hərbi yardım yolu açıldı – Macarıstan qərarını dəyişdi

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.