Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

NATO tipli orduya keçid – Azərbaycan yolun sonunda

Avqust 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Azərbaycanda ordu islahatları davam edir. Bu, daima yenilənən bir prosesdir yazsaq, yəqin ki, yanılmarıq. İstənilən ölkənin gücü isə həm də onun döyüşkən ordusunun olub-olmamasına bağlıdır. Məlumdur ki, Azərbaycan və Türkiyə öz ordularını inteqrasiya etmək və Türkiyə, NATO modelinə əsaslanan ordu yaratmaq üçün beşillik proqram (2020-2025) həyata keçirir. Proqramın bu il başa çatdırılması planlaşdırılır.

Bəs hazırda hərbi islahatlar nə yerdədir? Keçid bu il tam başa çatacaqmı, yolun sonuna gəldikmi? Müdafiə nazirinin Türkiyədən yeni müşaviri olacaqmı?

Maraqlıdır ki, bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri Zakir Həsənovun müşaviri Bəxtiyar Ersayı Quru Qoşunları Komandanlığının tərkibindəki 1-ci Ordu Korpusunun komandiri təyin edib. Yəni o, Azərbaycanı tərk edəcək. Ərdoğan avqustun 5-də Ersaya ordu generalı rütbəsi vermişdi.

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi təhlilçi Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusunun müşavirinin qardaş ölkədə belə mühüm posta gətirilməsi həm də Azərbaycana olan sayğıdan irəli gəlir: “Azərbaycan Prezidenti, Cənab İlham Əliyev qarşıya məqsəd qoymuşdu ki, Azərbaycan ordusu türk ordu modelinə keçsin. Bilirsiniz ki, 1994-cü ildən Ulu Öndərimiz Heydər Əliyev NATO-nun tərəfdaşlıq proqramına qoşulmuşdu. 1996-cı ildən isə bu əlaqələr Türkiyə ilə genişlənmişdi. Azərbaycan artıq NATO, Türkiyə sisteminə keçib. Azərbaycan daim Türkiyə ilə birgə hərbi təlimlər keçirir. Ordumuz təcrübəsini türk ordusu ilə bölüşür. 44 günlük haqq savaşımızda bu təcrübəni həm də bölüşdük. Azərbaycan ordusunun müşavirinin qardaş ölkədə belə mühüm posta gətirilməsi həm də Azərbaycana olan sayğıdan irəli gəlir. Bilirsiniz ki, Bəxtiyar Paşa Suriyadakı əməliyyatlarda böyük uğurlar qazanıb, xalqımıza böyük etimadı var. Ordumuzun modernləşməsinə öz töhfəsini verib. Türkiyədə bu postdan daha yüksək postlar da tuta bilər. Artıq Azərbaycan və Türkiyə orduları koordinasiyalı şəkildə fəaliyyət göstərir. Eyni zamanda, Pakistanla da belədir. Bu iki ölkə ilə koordinasiyalı şəkildə olan fəaliyyətimiz milli maraqlarıma tam uyğundur”.

Hərbi icmalçı Səxavət Məmməd hesab edir ki, Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığına yeni komandan təyin ediləcək: “Azərbaycan 44 günlük müharibədən qalib ayrıldıqdan sonra orduda islahatlara başladı. Azərbaycan rəsmi olaraq Türkiyə ordu modelinə keçid etdi. Əslində, ordumuzun Türkiyənin ordu modelinə keçidi o qədər də çətin deyildi. Əvvəla, Azərbaycan ordusunun mənsubları Türkiyədə təhsil alırdı, hərbi məktəblərdə isə Türkiyə hərbi dərsliklərindən geniş istifadə olunurdu. Ona görə də, bu keçidin əsası daha öncədən qoyulmuşdu desək, daha düzgün olardı.

Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusunda taktiki və operativ postlarda, demək olar ki, SSRİ təhsilli zabitlər qalmayıb. Yalnız strateji postlarda rus təhsil sistemini görənlər var. Onların da bir çoxu Türkiyədə dəfələrlə kurslarda olublar. Ona görə də, Türkiyə ordu modelinə keçiddə praktiki olaraq çətinlik olmamalı idi. Azərbaycan ordusu Türkiyə ordu modelinə keçidi tamamilə bitirib desək, yanılarıq. Türkiyə ordu modelinə keçid hər anlamda baş tutmalıdır. Bunun üçün təkcə ştat-strukturu, qaydalar, normativlər əsas götürülmür. Ratasiyaların vaxtlı vaxtında həyata keçirilməsi, orduya ictimai nəzarətin olması və sadalası xeyli məsələlər var. Ona görə də, qarşıda gediləsi xeyli məsafənin olduğunu düşünürəm. General-leytenant Bəxtiyar Ersay təkcə Azərbaycan müdafiə nazirinin müşaviri yox, həm də Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığının rəhbəri idi. Hesab edirəm ki, Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığına yeni komandan təyin ediləcək və həmin şəxsə də ola bilsin, müdafiə nazirinin müşaviri postu verilə bilər. Hesab edirəm ki, Bəxtiyar Ersaya bu post müəyyən səbəblərdən verilmişdi. Bundan sonra başqa bir türkiyəli zabitə müşavir postu verilməyə də bilər. Şəxsən Bəxtiyar Ersayın yerinə gələcək şəxs nazirin müşaviri təyin edilməsə, təəccüblü olmamalıdır. Çünki ştat-strukturu tam hazırdır, ona uyğun olaraq silahlanma da həyata keçirilib.

Bir neçə il ərzində Azərbaycan Türkiyə ordu modelinə keçidlə bağlı məsələni tam şəkildə yekunlaşdıra biləcək. Proses tamamilə yekunlaşandan sonra Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığına belə ehtiyac qalmayacaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Əvvəlki Yazı

II Qaregin hələ də ABŞ-də veyillənir – MƏKRLİ PLAN

Növbəti Yazı

Trampdan ardıcıl telefon zəngləri: Zelenskidən sonra NATO liderləri ilə danışdı

EKSKLUZİV

Bu gün Şuşada hava musiqilidir – Fotolar

14 May 2026 / 23:40
1

Yeni agentlik yaradıldı – Fərman

14 May 2026 / 21:37
1

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

14 May 2026 / 19:35
1

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

14 May 2026 / 17:30
1

XƏBƏR LENTİ

Bu gün Şuşada hava musiqilidir – Fotolar

Yeni agentlik yaradıldı – Fərman

“Gənclik”dəki tuneldə ağır qəza, yaralı var – Video – Yenilənib

Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına – 10 il 6 aylıq cəza verildi

Gürcüstanda ağır qəza – Azərbaycanlılar həlak oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

DSX-ya ağır suallar:23 günlük əsgər niyə həyatını itirdi? – O NECƏ SƏFƏRBƏR EDİLİB Kİ?

Peşəkarlıq və fədakarlıq nümunəsi

Bu dəfə “daş qayaya rast gəldi”… – Video

Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi

General Əlixanovun xanımı da vəkilliyə başladı

Azər Əhmədov işdən çıxarılması ilə bağlı paylaşım etdi

Onlar da TƏBİB-də yeni vəzifəyə gətirildilər

Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov oldu

Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı – Video – Yenilənib

“Survivor”da faciə – İştirakçının ayağı amputasiya edildi – Video

Azər Əhmədov vəzifəsindən azad edildi

İlham Əliyev Şahbaz Şəriflə telefonla danışdı

Paşinyanın qulağına pıçıltı ilə dediyi sözlər canlı efirə düşdü – Video

Prezident Bakı Olimpiya Stadionunda – Fotolar

“DTX əməkdaşlarının “Heydər zirvəsi”nə yürüşü həm Ulu Öndərə ehtiram, həm də idmanın təbliğidir”

Yanan anbarlar bu şirkətlərə məxsusdur – Rəsmi – Yenilənib

Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı – Video

Yeni dünya reallığı və qlobal güc – Mərkəzlərinin böhranı: Azərbaycanın formalaşdırdığı siyasi model – Partiya sədrindən qlobal təhlil

Lökbatandakı yanğın yerindən yeni – Fotolar

Lökbatanda güclü yanğın başladı – Video – Fotolar – Yenilənib

Sabahdan bu ərazilərdə parklanma məhdudiyyəti tətbiq olunacaq – Video

20 günün əsgəri vəfat etdi

Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib – Video

Akif İslamzadənin vəziyyəti necədir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.