Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Adı dələduzluq işində keçən başçı – Seymur Orucov necə qurtuldu?

Avqust 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

16 Oktyabr 25 / 13:04
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05

Seymur Orucov Ağstafa rayonuna icra başçısı 5 il əvvəl təyin olunub. Onunla eyni vaxtda Mirhəsən Seyidov da Neftçada oxşar posta gətirildi. Hər ikisi gənc idi və Prezident İlham Əliyev onları qəbul edəndə etimad göstərdiyini bildirmiş, işləməyi, özlərini təsdiqləməyi tapşırmışdı.
Bu, dövlət rəhbərliyinin gənclərə yaratdığı böyük fürsət idi və rayonların idarəçiliyini onlara həvalə edirdi. Artıq o zaman idi ki, kadr siyasətində cavanlaşma siyasəti başlanmışdı.
Amma hər iki gənc başçı barəsində indiyə qədər saysız-hesabsız tənqidlər, faktlar, şikayətlər var. Onların dövründə nə Ağstafa, nə Neftçala inkişaf etdi. Elə son günlərdə ən çox gündəmə gələn Ağstafa İH rəhbəri Seymur Orucovdur. O, 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib. 2020-ci ildə icra başçısı təyin olunub. Anxeber.Az məlumat verir ki, icra başçısı gündəmə öz qohumunun onu ittiham etməsi və həbsi ilə gəlib. Bu da istər gənc olsun, istər yaşlı, məmuriyyətdə, idarəetmədə ciddi problemlərin olduğunu bir daha gözlər önünə sərdi. Belə ki, Ali Məhkəmədə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirov və eks-baş mühasibi Rəşad Babayevin barələrindəki qərardan verdikləri kassasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.
Rəşad Babayev Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun qohumudur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkirovla birgə hakim qarşısına çıxarılan baş mühasib Rəşad Babayev 194 min manat mənimsəməkdə ittiham edilib.
Rəşad Babayev ilkin məhkəmə instansiyasında demişdi ki, əvvəllər rabitə sahəsində mühasib işləyib. Sonradan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sabiq sədri Seymur Orucovun vasitəsilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqına baş mühasib vəzifəsinə təyinat alıb. İttihama görə o, ittifaqda mühasib kimi işlədiyi vaxt “ASAN İmza” ilə təsdiq edildikdən və ya özü tərəfindən imzalanmasına nail olduqdan sonra, 2020-ci ilin martından 2022-ci il iyun ayına kimi aylıq özünə ən çoxu 10 min 842 manat 97 qəpik maaş yazıb.
Beləcə qurumun 194 min manatını mənimsəyib. Təsəvvür edin – bir rabitə idarəsinin həmkarlar təşkilatının baş mühasibi özünə ayda 10 min maaş yazır.
Rəşad Babayev məhkəmədə Seymur Orucovun adını çəkməklə mənimsəməyə məcbur edildiyini deyib. Sabiq baş mühasib qurumda Seymur Orucovun tapşırıqlarını da yerinə yetirdiyini bildirib. Onun sözlərinə görə, ittifaqda müqavilə əsasında xidmət göstərən Gülbəniz adlı qadının oğlu Fərid Bayramovun Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (Rabitə) Dövlət Radiotezliklər İdarəsinə işə bərpa olunmasına köməklik göstərəcəyini, lakin qarşılığında 20 min manat alınacağını deyib. Bu barədə Seymur Orucovla danışıb və sonuncu Fəridi işə götürə biləcəyini bildirib.
Rəşad Babayev məhkəmədə Fəridin işə düzəlməyinə görə ailəsindən aldığı 20 min manatı Seymur Orucova verdiyini də iddia edib. Seymur Orucov icra başçısı təyin olunduqdan sonra Fəridin işə düzəlməsi ilə bağlı məsələ dayandırılıb. Bir müddət sonra Gülbəniz adlı qadın oğlu işə düzəlmədiyi üçün baş mühasibə verdiyi 20 min manatı geri tələb edib. Rəşad Babayev bu barədə Seymur Orucova məlumat verib.
İcra başçısı isə Gülbənizə narahat olmamasını bildirib. Bundan sonra Rəşad Babayev ittifaqın vəsaitlərinin xərclənməsində maxinasiyaya yol verməyə başlayıb.
Məhkəmənin qərarı ilə Rəşad Babayev Cinayət Məcəlləsinin külli miqdarda dələduzluq, mənimsəmə, vəzifə saxtakarlığı, vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirli bilinib və 7 il müddətə azadlıqdan məhrum edilib. Məhkəmə Rəşad Babayevin ifadəsi əsasında Seymur Orucov barəsində xüsusi qərardad çıxarmayıb.
Bütün bu faktlar ortadadır. İcra başçısı çirkin işlərdə iştirak edib. Amma məsuliyyətə cəlb olunmayıb. Ən azından istintaqa ifadə verməmiş olmaz. Rəşad Babayev məhkəmədə deyir ki, tapşırıqları Seymur Orucovdan alıb, mənimsəməyə məcbur edilib, hətta etiraf edir ki, işə bərpa ilə bağlı aldığı 20 min manatı icra başçısına verib, lakin yenə də Ağstafa rayon rəhbəri bu prosesdən qurtula bilib. Görünür, ciddi himayə olunub. Məsələ ondadır ki, prezident icra başçısına Ağstafanın inkişafı, yerli camaatla işləməyi tapşırıb. Amma o, qohumu ilə əlbir olaraq yeyintilərə yol verib, işə düzəltmək üçün pul almaqda iştirak edib.
Qeyd edək ki, Ağstafanın icra başçısı biznesi ilə gündəmə gəlmişdi. Seymur Orucov Gədəbəydə “Daşlıq Bulaq-A” MMC açıb və 18 kilometr məsafədən yoğunluğu 1 metrlik borularla bulağın suyunu gətirib bu müəssisədə qablaşdırır. Saatda nə az, nə çox, 8000 litr su şüşələrə doldurulur, oradan marketlərə çatdırılır. Yəni daha əvvəlki icra başçılarının aqibəti məmurlar üçün örnək olmur.

Əvvəlki Yazı

Zaman Novruzovun açılışını etdiyi “Sabunçu körpüsü”ndə ayrılan vəsait tam xərclənməyib

Növbəti Yazı

Rusiya ABŞ bayrağı altında hücuma keçdi

EKSKLUZİV

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

16 Oktyabr 2025 / 17:26
0
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

16 Oktyabr 2025 / 17:11
0
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

16 Oktyabr 2025 / 17:04
0
“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

16 Oktyabr 2025 / 16:58
0

XƏBƏR LENTİ

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

Putin Düşənbədə Əliyevə NƏLƏR DEYİB? – İmişli detalı, Mehdiyevin “ÇEVRİLİŞ KOMANDASI”NDAKI ŞOK ADLAR

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Leysan yağacaq

Ramiz Mehdiyevin halı pisləşdi – Həkim çağırdılar

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?

Azərbaycanda pensiya islahatları olacaq – Nələr dəyişəcək?

“Azəriqaz” Akif Çovdarova 100 min ödəyəcək

Filtrli siqaretlərin qadağan edilməsi nəzərdə tutulur

Qəzzada əməliyyatlar bərpa edilə bilər – Vaşinqton və Təl-Əvivdən növbəti xəbərdarlıq

Ramiz Mehdiyevin çevrəsi və yaxınları təlaş içində: hamı mülklərini, torpaqlarını satışa çıxardı – notariuslara tapşırıq gəldi

Paytaxtda taksi sayına limit – qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?

Ən zərərli yağların ölkədə satışı artır – xəbərdarlıq

Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”

Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

General Ramiz Zeynalovun qardaşı oğlunun Dubaydakı mülkləri üzə çıxıb – SƏNƏDLƏR – FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.