Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

AZƏRBAYCAN TORPAĞI İGİDLƏRİN QANI İLƏ SULANIB -ELDƏNİZ NAMAZOV YAZIR

Yanvar 14, 2026
A A

REDAKTORUN SEÇİMİ

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

Neftçalada təhsil anarxiyası: Nicat Cəfərovun ambisiyası dövlət siyasətinə qarşı

21 Oktyabr 26 / 12:11
BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

BDU-nun müəllimləri “PROFESSORUN” toruna düşüb

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03

Bizim üçün hər dövrdə doğulmuş qəhrəmanların nümunəsi unudulmazdır!!!

MÜHÜD ORUCOV onların ən parlaq simalarından biridir. O, yalnız bir zabit deyildi,  O, Xüsusi Təyinatlı Qüvvələrin ŞƏRƏFLİ ZABİTİ, döyüş meydanının CƏSUR simvolu, döyüş yoldaşlarına motivasiya verən İŞIQ idi!!!

 

Onunla çiyin-çiyinə döyüşmək çoxlarının arzusuydu. Çünki, Mühüdün varlığı qorxuya yer qoymur, iradə və əzm verirdi. Onun hər baxışı, hər addımı bölməyə ruh verirdi, hər əməliyyatı, idarəçiliyi və silahdaşlarına sevgisi bir liderin əzmini göstərirdi.

 

Mühüdün igidliyi təkcə fiziki gücündə deyil, strateji düşüncəsində, planlaşdırmada və təhlükənin ən yaxın anında soyuqqanlı qalma qabiliyyətində idi. Düşmən arxasında kəşfiyyat və xüsusi əməliyyat tapşırıqlarında onun rolu əvəzsiz idi.  Murovdağ silsiləsinin qarlı, uçurumlu yamaclarında icra edilən əməliyyatlar bəzən mümkünsüz görünürdü, amma Mühüd hər dəfə qrupuna yol göstərmiş, bütün əziyyətlərə səbr və qətiyyət göstərərək əməliyyatı uğurla başa çatdırmışdır. Hər bir tapşırıq onun iradəsi, soyuqqanlılığı və fədakarlığı ilə reallaşır, Taboruna həm güc, həm də ruh verirdi!

2014-cü ilin avqust ayının 1-dən 2-nə keçən gecə Ağdamın Nəmirli kəndi yaxınlığında düşmənin xüsusi təyinatlı qüvvələrinə endirilən zərbədə Mühüdün xüsusi rolu heyranedicidir. O, əməliyyatın hər anında ön sırada dayanaraq düşmənə böyük zərbələr vurmuş, dostlarını qorumuş və əməliyyatın uğurla tamamlanmasını təmin etmişdir. Bu əməliyyat yalnız döyüşün taktiki uğuru deyildi, eyni zamanda Mühüdün və döyüş yoldaşlarının cəsarətləri, soyuqqanlılıqları və hərəkətlərinin, düzgün qərarlarının dəqiqliyi komandaya ruh verdi, qorxuya yer qoymadı. Onun kimi komandirlərin hər addımı, hər qərarı bir işıq, bir yol göstərən bələdçi kimidir!!!

Onun şəxsiyyəti yalnız döyüş meydanında deyil, insan kimi də nümunə idi. ZABİT ŞƏRƏFİNƏ SADİQLİYİ, dostlarına verdiyi dəstək, VƏTƏN SEVGİSİ MÜHÜDÜ bütün gənclər üçün ÖRNƏK etdi. Döyüş yoldaşları onun yanında olarkən çox xoşbəxt və qətiyyətli görünürdülər, çünki Mühüd hər an yanlarında idi, onların ruhunu, iradəsini yüksəldirdi. Hər əməliyyatda göstərdiyi iradə və fədakarlıq Tabora yalnız güc vermirdi, həm də hər an yanlarında duran bir QƏHRƏMAN olduğunu hiss etdirirdi!

Qazax elinin tarix boyu belə oğullar yetişdirməsi təsadüfi deyil! Mühüd də onların ən parlaq nümayəndələrindən biridir!!!

 Onun şəhidliyi uca bir məqamdır, amma eyni zamanda döyüş yoldaşlarını, silahdaşlarını dərin kədərə qərq etmişdir. Aprel döyüşlərində biz MÜHÜD ORUCOV, RAQUF ORUCOV, SAMİD İMANOV, ELVİN NAMAZOV və.s CƏSUR qardaşlarımızı, igidlərimizi itirsək də, onların fədakarlığı, döyüş yolu və 2016 APREL DÖYÜŞÜ – 44 günlük VƏTƏN MÜHARİBƏSİNƏ, ZƏFƏRİMİZƏ aparan İŞIQ, MAYAK  olmuş, yol göstərmişdir! 

Onların QƏHRƏMANLIĞI həm də GƏNC NƏSİLLƏRƏ göstərdi ki, VƏTƏN SEVGİSİ təkcə SÖZLƏ deyil, ƏMƏL və FƏDAKARLIQLA ÖLÇÜLÜR!!!

MÜHÜD ORUCOV göstərdi ki, Azərbaycanın igid oğulları yalnız torpağı qorumaqla kifayətlənmir; onlar Azərbaycanın dünyada sözünü deməsini təmin edirlər! Onun adı qardaş TÜRKİYƏ cumhur başqanı RƏCƏB TAYYİB ƏRDOĞAN cənabları tərəfindən “Azərbaycan aslanı” kimi qeyd olunması təsadüfi deyil… Azərbaycan PREZİDENTİ, Ali Baş Komandan Cənab İLHAM ƏLİYEV onunla şəxsən görüşərək, əlini sıxıb, ona hədiyyə təqdim etməsi təsadüfi deyil !!! 

Mühüd əsl qəhrəmandır, Azərbaycan ordusunun güc və iradəsinin simvoludur!!!

Şəhid MÜHÜD ORUCOVUN HƏYATI, İGİDLİYİ və FƏDAKARLIĞI GÖSTƏRİR ki, QƏHRƏMANLIQ YALNIZ SİLAH GÜCÜNDƏ DEYİL, HƏM də FƏDAKARLIQDA, DOSTLARA və XALQA BAĞLILIQDA, VƏTƏN SEVGİSİNDƏ ÖLÇÜLÜR.

Onun xatirəsi əbədi olaraq qəlblərdə yaşayacaq, gələcək nəsillərə vətənpərvərlik dərsi verəcək, Azərbaycan əsgərinin dünyada sözünü deməsini simvollaşdıracaqdır!!!

 Hər addımı, hər əməliyyatı və hər sözsüz duruşu ilə Mühüd Orucov bir qəhrəmanlıq simvoluna çevrilmişdir! Onun tezliklə Cənab Ali Baş Komandanımız tərəfindən layiqli qiymətini almasına, Azərbaycan MİLLİ QƏHRƏMANI adının rəsmi təsdiqini tapmasına adım kimi əminəm!!!

Əvvəlki Yazı

Azərbaycanda İLK: Partiya sədrinin müavini süni intellekt oldu

Növbəti Yazı

165 ailə prezidentə müraciət etdi: “Şəhərsalma və Memarlıq ilində bizi sevindirin…”

EKSKLUZİV

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

22 Oktyabr 2026 / 12:22
0
Gələn il 40-dan çox müəssisə büdcəyə dividend ödəyəcək

Gələn il 40-dan çox müəssisə büdcəyə dividend ödəyəcək

22 Oktyabr 2026 / 12:14
0
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

22 Oktyabr 2026 / 12:00
0
Türkiyə hərbi xərcləri kəskin artırır

Türkiyə hərbi xərcləri kəskin artırır

22 Oktyabr 2026 / 11:45
0

XƏBƏR LENTİ

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Gələn il 40-dan çox müəssisə büdcəyə dividend ödəyəcək

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Türkiyə hərbi xərcləri kəskin artırır

Azərbaycanda payız yay havasına döndü

Metro ilə bağlı ŞAD XƏBƏR – Yeni stansiya ilin sonunda açılır

Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi yenilənib

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

BVF: Azərbaycanın xarici ticarət balansı güclənib

Azərbaycana turist axını 6% azaldı

DİM 648 nəfər üçün bu həftə imtahan keçirəcək

Azərbaycan nefti bahalaşıb

Azərbaycana qripə qarşı vaksinlər gətirilib

Türkiyənin 31 vətəndaşı “arzuolunmaz şəxs” elan edildi

Kobaxidze Azərbaycana gəlir

Noyabrda 5 günlük tətil olacaq

DYP sürücülərə müraciət edib

Ermənistan Azərbaycandan keçməklə İrana keçə bilər – Mirzoyan

Sabahın havası açıqlanıb

Azərbaycanın Ailə Konsepsiyası hazırlanır: Zəruri edən səbəblər

Bu il bələdiyyələrdə 2565 hektar torpaq qanunsuz verilib

Azərbaycan məktəblərində “TikTok”a giriş məhdudlaşdırılıb

Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib

Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb

Azərbaycanın xarici borcunun region ölkələri ilə müqayisəsi – RƏQƏMLƏR

Azərbaycana 38 min ton ət gətirildi – Qiymətə necə təsir edəcək?

Mətbuat Şurasından jurnalistlərə XƏBƏRDARLIQ

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanda yağ kəskin bahalaşdı

Azad edilmiş ərazilərə 28 milyard manat investisiya yatırılıb

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek   Fev »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.