Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

Kremlin diasporumuza qarşı “xüsusi əməliyyat”ı

Avqust 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Rusiya ədalətsiz, insan hüquqlarına, beynəlxalq hüquqa sığmayan qaydada hücuma keçib

Rusiya Azərbaycan diasporuna açıq şəkildə hücum kampaniyasına başlayıb. Sonuncu belə fakt Çelyabinsk vilayətində olub. Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.

Musavat.com xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin qərarı ilə onun Rusiya pasportu ləğv olunub və ölkəyə girişinə qadağa qoyulub. Daha əvvəl isə Rusiyanın Moskva vilayətində Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin rəhbəri Elşən İbrahimov bu ölkənin vətəndaşlığından çıxarılıb. Onun deportasiya olunduğu bildirilir.

Rusiyada vətəndaşlıqdan çıxarılan Ərşad Xankişiyev kimdir?

Həmçinin Rusiyanın Voronej şəhərində azərbaycanlı diaspor rəhbəri Yusif Xəlilov saxlanılıb. İstintaq iddia edir ki, o, bu ilin martında oğlunun hərbi xidmətə aparılmaması üçün həkimə 330 min rubl rüşvət verib. Məbləğin bir hissəsinin vasitəçi ilə çatdırıldığı, qalan 100 min rublun isə karta köçürüldüyü bildirilir. Yusif Xəlilov istintaqa ifadə verməkdən imtina edib və günahını qəbul etmir. Onun barəsində 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə və deportasiya təhlükəsi mövcuddur. Bundan əvvəl isə “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski axtarışa verilmişdi, sonra özü təslim oldu.

Rusiya Azərbaycanla əlaqələri geridönüşü olmayan bir böhrana sürükləyir. Bir yandan Ukraynadakı enerji infrastrukturumuza hücum çəkir, digər tərəfdən diaspor təşkilatlarımıza. Hazırda Moskvanın əlində ən ciddi təzyiq rıçaqlarından biri Rusiyadakı azərbaycanlılardır. Rusiya hüquq-mühafizə orqanlarının bu cür davranışı, xüsusilə də ortada şəffaf, inandırıcı hüquqi əsas olmadan həyata keçirdiyi həbslər etnik və siyasi motivli təzyiq aktı kimi qiymətləndirilir. Bu cür əndazəsiz təzyiqlər Azərbaycan ictimaiyyətində ciddi narahatlıq və haqlı qəzəb doğurur.

Ekspertlər hesab edir ki, bu kimi hallar Rusiya dövlətinin Azərbaycana və onun diaspor nümayəndələrinə qarşı yürütdüyü ikili, hətta düşmənçilik ruhunda aparılan siyasətin təzahürüdür. Rusiyanın bu düşmənçilik siyasətini xüsusi təyinatlı polis qüvvələrinin, FTX-nin əli ilə ortaya qoyduğu da bilinən məsələlərdəndir.

Bəs azərbaycanlı diaspor rəhbərlərinə qarşı bu cür addımların mənası nədir? Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi bu hadisələrə qiymət verəcəkmi, yaxud Rusiyadakı diaspor təşkilatlarımızla maraqlanacaqmı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya həqiqətən də açıq, ədalətsiz, insan hüquqlarına, beynəlxalq hüquqa sığmayan qaydada hücuma keçib: “Çox təəssüflər olsun ki, Rusiya Azərbaycanla imzaladığı çoxsaylı əməkdaşlıq, tərəfdaşlıq və digər müqavilələrin heç birinə hörmət etmədən btkz hücumlar edir. Rusiya 2022-ci ilin 22 fevralında Azərbaycanla imzaladığı tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqda sənədi nəzərə almadan addımlar atır. Rusiya tərəfi bir daha imzasına belə hörmət etməyən dövlət olduğunu nümayiş etdirir. Rusiyanın Kremldən qidalanan telekanallarının hamısı Azərbaycana qarşı təhdid, təhqir, nifrət kampaniyası aparmaqda, hətta Azərbaycana qarşı müharibə çağırışları etməkdədir. Bu çağırışlarla paralel olaraq Rusiyadakı Azərbaycan diaspor fəallarının təqibi, qanunsuz həbs edilməsi prosesi sürətlənməkdədir. Məqsədləri Azərbaycanın gözünü qorxutmaqdır. Rusiya əvvəllər Azərbaycana qarşı təzyiqlərini əsasən Azərbaycan kənd təsərrüfatı məhsullarını sərhəddən buraxmamaqla nümayiş etdirirdi. İndi təzyiq aləti kimi Rusiyadakı azərbaycanlılara qarşı əməliyyatlar, təqiblər üsulu, həmçinin Ukraynadakı neft-qaz obyektlərimizə zərbələr endirmək taktikası da seçilib. Azərbaycanlıların təqib edilməsi, onların Rusiya vətəndaşlığından xaric edilməsi, həbs olunmaları tamamilə hüquqazidd hərəkətdir və tamamilə siyasi məsələdir. Rusiya, təəssüf ki, Azərbaycan dövlətinə qarşı təzyiq üsulu kimi Rusiya daxilində milli ayrı-seçkilik siyasətinə rəvac vermək yolunu seçib. Bütün bu siyasətin mahiyyətində Azərbaycanı ən müxtəlif istiqamətlərdən sıxışdırmaq niyyəti dayanır. Eyni zamanda Azərbaycanı Rusiyada diasporsuz qoymaq məqsədi güdülür. Birmənalı olaraq bilməlidirlər ki, bu siyasət sonda Rusiyanın özünə zərər vuracaq”.

Hüquq müdafiəçi dedi ki, yaranmış hazırkı situasiyada Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin müdaxiləsi müsbət nəyəsə nail ola bilməz, çünki bu siyasət birbaşa Kremldən qaynaqlanır: “Kremldən qaynaqlanan siyasətin komitənin müdaxiləsi ilə dəyişəcəyi mümkün deyil. Komitənin bu məsələdə nəyisə həll edə biləcəyini düşünmürəm. Həll etmək istəsə belə, buna gücü yetməz. Komitə uzağı bəyanatlar verə, Rusiyanın müvafiq qurumlarına müraciətlər edə, Rusiyadakı diaspor təşkilatlarımızla əlaqələri gücləndirə bilər”.

Ç.Qənizadə hesab edir ki, Rusiya ilə münasibətlərin tənzimlənməsi, düzəlməsi istiqamətində daha başqa səviyyələrdə addımlar atılmalıdır. Rusiya qonşu dövlətdir, güclü dövlətdir və beynəlxalq hüququ qəbul etməyən, ona hörmət etməyən bir dövlətdir və istənilən addımı atmağa qadirdir. O baxımdan hesab edirəm ki, yaranmış arzuedilməz vəziyyətin aradan qaldırılması üçün Azərbaycan tərəfindən də, Rusiya tərəfindən də addımlar atılmalıdır. Hələ görünən budur ki, Rusiya tərəfindən belə bir maraq yoxdur. Ona görə də Azərbaycan hələlik səbrlə dözməlidir”.

Əvvəlki Yazı

İsrailin Qəzzanı işğal planı: XƏRİTƏ açıqlandı – VİDEO

Növbəti Yazı

Lavrov: “Putin–Zelenski görüşü Trampın fantaziyasıdır” – Kreml sülh planını rədd etdi

EKSKLUZİV

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

17 Dekabr 2025 / 19:52
2
Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

17 Dekabr 2025 / 18:43
0
Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

17 Dekabr 2025 / 18:31
1
Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

17 Dekabr 2025 / 18:30
0

XƏBƏR LENTİ

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır

Milyonlar qazanan Azərbaycan klublarının gəlirləri + SİYAHI

Bakı limanında “mafiya filmi” ssenarisi – 3 milyonu aradan çıxardılar

Şəhərin mərkəzi palçıq içində: BŞİH və RİNN 4 aydır iş görmür – Video

11 abituriyent köməkçi vasitələrlə imtahana girib – DİM fotolar yaydı

Vanqanın 2026-cı il üçün qorxulu PROQNOZLARI

Azərbaycanda ciyərləri zədələyən virus yayılır? – Rəsmi AÇIQLAMA

Ermənistana milyonluq hərbi yardım yolu açıldı – Macarıstan qərarını dəyişdi

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.