Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Zelenski Putinin hiyləsindən xəbərdardır, ABŞ və Avropa isə…

Avqust 21, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

Ukrayna ətrafında cərəyan edən və bir-birini sürətlə əvəzləyən qəribə hadisələr əsasında yekun nəticəyə gəlmək hələ ki, tezdir. Lakin müəyyən həqiqətlər yavaş-yavaş üzə çıxmağa başlayır.

Bir neçə gün bundan öncə dünya ictimaiyyəti ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edəcəyindən danışırdı. İndi isə Tramp müharibənin bitməsinin Ukrayna Prezidenti Volodimir Zelenskidən aslı olduğunu deyir. Ancaq o, Zelenskinin hansı şərtlərlə bunu edəcəyinə aydınlıq gətirmir. Digər yandan, ABŞ Prezidenti deyir ki, Krımı Obama verib və Ukrayna NATO-ya daxil olmaycaq. Artıq buradan anlaşılır ki, Zelenski ağır güzəştlərə getməli, əvəzində isə Ukrayna NATO-ya girmək kimi mühüm təhlükəsizlik təminatını da almamalıdır. Yumşaq desək, bir tərəfdən Ukraynanı açıq-aydın kapitulyasiyaya sürükləyirlər, digər tərəfdən də yaxşı bilirlər ki, Zelenski bununla qətiyyən razılaşmayacaq.

Trampın mövqeyi aydın görünür və elə təsəvvür yaranır ki, o, bu müharibəni Putin üçün sərfəli olan şərtlər daxilində bitirmək niyyətindədir. Amma Trampa Rusiyanın qalib gəlməsi yox, onun tam mənası ilə ABŞ-dən asılı olması gərəkdir və əslində, hər şey məhz buna hesablanıb.

Yeri gəlmişkən, Avropa liderlərinin Vaşinqton səfərindəki məqsədləri üzdə Zelenskiyə dəstək verilməsi kimi təqdim olunsa da, reallıqda üstüörtülü şəkildə Trampın planına yaşıl işıq yandırmaq kimi görünür. ABŞ və Avropa faktiki yaxın mövqelərdən çıxış edirlər və onların Rusiya barəsindəki tezisləri bir çox hallarda üst-üstə düşür. Məsələn, Tramp Rusiyaya qalib gəlməyin mümükünsüzlüyünü tez-tez vurğulayır. Avropanın aparıcı dövlətlərnin liderləri isə bu məsələdə susurlar.

İndi məlum olur ki, onların heç biri tarixi yaxşı bilmir. Əvvəla, Rusiya öz tarixi boyunca dəfələrlə məğlub olub, lakin Qərb dünyası hər dəfə onu məhv olmaqdan xilas edib. İkincisi isə indiki vəziyyətdə Rusiyanın döyüş meydanında ağır yenilgiyə uğradılması tam reallıqdır, amma Qərbdə bunu ya görmürlər, ya da bunun baş verməsini istəmirlər.

Vaşinqtondakı sammit bəlkə də Qərb dünyasının öz tarixi ərzində ən böyük rüsvayçılığı kimi dəyərləndirilməlidir. Qərb bütün sahələr üzrə özündən iyirmi dəfə zəif olan, haliyədə isə iqtisadi cəhətdən tənəzzülə yaxınlaşan Rusiya qarşısında aciz və boynu bükük dayanıb…

Döyüş meydanında Rusiyanın vəziyyəti ilə Ukraynanın durumunu müqayisə etsək, demək olar ki, elə bir ciddi fərq yoxdur. Odur ki, Ukrayna ordusu elə bərbad halda deyil ki, Ağ Ev Kiyevdən böyük güzəştlərə getməyi tələb etsin. Sözsüz ki, ABŞ Rusiyanın necə ağır itkilər hesabına cüzi ərazilər zəbt etməsindən xəbərdardır. Həmçinin, Rusiyanı daha da çətin vəziyyətə salmaq üçün Ukraynanın əlində yaxşı şanslar var. Rusiyanın zəif yerləri göz önündədir, onlar hərb meydanında faktiki heç nə edə bilmirlər. Rusiya ordusunun son 1000 günlük hücumu nəticəsində Ukraynadan qamarladığı ərazi təxminən 6 min kv. kilometrdir. Bu, Rusiyaya sanitar itkilərlə birlikdə bir neçə yüz min əsgər itkisi hesabına başa gəlib.

Rusiyanın ordusunu və neft sənayesini (Neft Emalı Zavodalrını) darmadağın etmək elə də çətin iş deyil, bunun üçün Qərb dünyası Ukraynaya yaxşı kömək göstərməlidir. Lakin alovlu bəyanatlara və çoxsaylı vədlərə baxmyaraq, onlar bunu etmək fikrindən uzaqdırlar. ABŞ və Avropa Ukraynaya lazımi təhlükəsizlik təminatı məsələsinin vacibliyini vurğulasalar da, onun NATO-ya üz olmasına razılıq vermirlər və deyirlər ki, bəs bu, Rusiyanı qıcıqlandırar. Soruşmaq lazımdır ki, Rusiya qıcıqlanıb nə edəcək?

Hələ bu azmış kimi, yeni bir termin düşünüb tapıblar – “ərazi mübadiləsi”. Hazırda Ukraynanın Luqansk vilayətinin 99%-i, Donetsk vilayətinin 76%-i, Zaparojye vilayətinin 73%-i, Xerson vilayətinin 73 %-i, Xarkov vilayətinin -4%-i, Dnepr, Nikolayev və Sumı vilayətlərinin isə 1 %-i Rusiya işğalı altındadır. Deməli, Donald Tramp və Avropa liderləri ərazi mübadiləsi deyəndə Xarkov, Dnepr, Nikolayev və Sumı torpaqlarının geri qaytarılması müqabilində Donetsk vilayətinin yerdə qalan ərazilərin təmas xəttinə kimi Rusiyaya verilməsini nəzərdə tuturlar.

Əgər Ukrayna NATO-ya üz olmayacaqsa, Rusiya müəyyən bir müddətdən sonra imzalanan istənilən sülh sazişini pozaraq, yenidən təcavüzə baş vuracaq. Buna şübhə edənlər Rusiyanın xarakterindən bixəbərdirlər. Rusiya 1991-ci il 8 dekabr tarixindən sonra Ukraynanın ərazi təhlükəsizliyinə dörd dəfə təminat verib. Bunlar 21 dekabr Alma-Ata bəyannaməsi, 5 dekabr 1994-cü il Budapeşt Memorandumu, 31 may 1997-ci il “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilə” və 28 yanvar 2003-cü ildə imzalanmış “Rusiya-Ukrayna dövlət sərhədi haqqında” sazişdir.

Proseslər göstərir ki, Zelenski Putin ilə görüşməkdə olduqca maraqlıdır. Yəqin ki, bu baş tutacaq. Əks təqdirdə, Putinin qorxaqlığı bir daha üzə çıxacaq və o, siyasi karyerasında ən ciddi zərbələrdən birini alacaq.

İndi bir şey aydın görünür ki, Vaşinqtonda hansı bəyanatların səslənməsinə, nələrin danışılmasına baxmayraq, heç nə öz gerçək həllini tapmadı. Siyasi arenada püxtələşən və böyük təcrübə toplayan Volodimir Zelenski Qərbin siyasi istəyindən asılı olmayaraq, böyük ehtimalla reallığa uyğun addımlar atacaq. Reallıq isə hər şeyin Ukrayna ordusundan asılı olduğunu deyir. Zelenski yaxşı bilir ki, hiyləgər fəndlərlə janqlyorluq edən Putin öz mövqeyindən geri çəkilməyəcək və danışıqlar böyük ehtimalla nəticəsiz qalacaq. Bundan sonra isə ABŞ yenidən dövriyyəyə qoşulacaq və müharibə ilə paralel “danışqlar karuseli” davam edəcək. Bəlkə də, ABŞ-yə müharibənin hələ bir müddət uzanması sərfəlidir…

Vaqif Nəsibov

“AzPolitika.info”

Əvvəlki Yazı

Bakı metrosunun Müşahidə Şurasının tərkibi dəyişdi – Yeni TƏYİNATLAR

Növbəti Yazı

“Azərsun Holdinq”in mağazalar şəbəkəsində yoxlama və… – Nə qədər borc var?

EKSKLUZİV

Regional əməkdaşlıq nümunəsi

Regional əməkdaşlıq nümunəsi

19 Oktyabr 2025 / 10:29
4
Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

18 Oktyabr 2025 / 18:45
2
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

18 Oktyabr 2025 / 14:50
2
Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

18 Oktyabr 2025 / 14:48
1

XƏBƏR LENTİ

Regional əməkdaşlıq nümunəsi

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

Pensiya yaşının artırılması iddiası

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Azərbaycan Qəzzaya ordu göndərir

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Türkiyədə ŞOK əməliyyat – masonların rəhbəri istintaqa cəlb olundu

Mehdiyev 7 saat dindirildi – İstintaqa əsa ilə gedib

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Saxta medal verənlərin işini bu idarə araşdırır- 3 nəfər məsuliyyətə cəlb olundu

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

PKK/YPG lideri Dəməşq hökuməti ilə razılığa gəldi: “Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik”

Trampla Putin telefonda müzakirə apardı: nələr razılaşdırıldı? – “Bu, utancverici…”

“TikTok” çevrəni “daraldır” – Üç ay içində 189 milyondan çox video silinib

“Eşqi Bağırov Agentliyə buraxılmır, onun “qələmi” qırılıb”

Mehdiyevlərin “Ailə TV”si necə olacaq?

Fərhad Əhmədov məhkəmədə ifadə verdi – DTX-nın saxladığı Anass Derrazın işi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.