Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

İşıq və qaz qiymətində müəmma

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

16 Oktyabr 25 / 13:04
Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05

Hazırda əhalini düşündürən əsas məsələ baş verəcək dəyişikliklərin qiymətlərə təsiridir

Prezident İlham Əliyev Milli Məclisin iyulun 8-də qəbul etdiyi “Qaz təchizatı haqqında” Qanunu təsdiqləyib. Yeni qanuna əsasən, Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymətin (tarifin) müəyyən edilməsi nəzərdə tutulur. Həmin qiymətlərə (tariflər) qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri və sabit tarif daxildir.

Prezident İlham Əliyev qanunun tətbiqi ilə əlaqədar fərman da imzalayıb. Fərmana əsasən, Tarif Şurasına bir sıra səlahiyyətlər verilib. Belə ki, sabit tarifin nə qədər olacağı barədə qərarı Tarif (qiymət) Şurası verəcək.

Qeyd edək ki, sabit tarif dedikdə  qazın istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin müvafiq qurum tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi nəzərdə tutulur. Xatırladaq ki, rəsmi qurumlar sabit tarifin 1 manatdan artıq olmayacağını bildirib.

Tarif Şurası həmçinin qazın topdansatış tarifləri, qazın nəqli tarifləri, qazın saxlanması xidmətlərinin tarifləri, qazın paylanması tarifləri, istehlakçılara qazın pərakəndə satış tarifləri, qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri, qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri barədə də qərar vermə səlahiyyətinə malik olub. Qurumun bu səlahiyyəti 2028-ci il iyulun 1-dək qüvvədə olacaq. Həmin tarixdən sonra isə bu səlahiyyətlər Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyinə veriləcək.

Təbii qazın və elektrik enerjisi tarifləri dəyişib

Qeyd olunan məsələlər 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

Energetika nazirinin müavini Orxan Zeynalovun sözlərinə görə, sabit tarifə aid xərclər aktiv istifadəçilər tərəfindən artıq mövcud istehlak tarifləri daxilində ödənilir və bu yanaşma əsas əhali istehlakçıları arasında əlavə maliyyə yükü yaratmayacaq. Belə olan halda, sabit xərclərin mövcud tariflərdən ayrı tətbiqi məntiqlə elektrik və təbii qaz qiymətlərinin aşağı salınmasına gətirib çıxarmalıdır. Həmçinin sabit tarifə aid xərclərin gələcəkdə istehlak edib-etməməsindən asılı olmayaraq bütün abonentlər arasında bölünməsi aktiv istifadəçilərin bu istiqamətdə məsrəflərinin azalması deməkdir.

Energetika Nazirliyindən verilən məlumata görə, sabit tarifin tətbiqi üçün Tarif Şurasının qərarı olmalıdır. Hazırda bununla bağlı hər hansı müzakirə aparılmır. Bununla belə, sabit tarifin gələcəkdə tətbiqinə müəyyən xərclərin elektrik enerjisi və təbii qaz tariflərindən ayrılması kimi yox, mövcud tarifin tərkibində strukturlaşdırılma kimi baxılması daha doğrudur. Sabit tarifin gələcəkdə tətbiq olunması ilə istehlakçılar üçün mövcud tarif yükünün çox cüzi də olsa azalmasına iqtisadi zəmin yaranması ehtimalı var.

“Azəriqaz” İstehsalat Birliyinin 1 fevral 2024-cü il tarixinə olan məlumatına əsasən, ümumi abonent sayı 2 milyon 599 min 043-dür.

2025-ci ilin yanvar-mart ayları ərzində əhali sektoru üzrə 2 milyon 50 min 624 abonent, yəni abonentlərin 78,1 faizi qazdan limit daxilində istifadə edib”.

Qeyd edək ki, eyni proses enerji təchizatı ilə bağlı da aparılır. Verilən izahatlardan, qəbul edilən hüquqi-normativ aktlardan aydın olur ki, Azərbaycanın enerji sektorunda köklü dəyişikliklər həyata keçirilməsinə hazırlıqlar aparılır. Söhbət həm qaz, həm də elektrik enerjisi bazarında münasibətlərin əsl bazar tələblərinə uyğunlaşdırılmasından gedir. Məsələn, ölkədə qəbul olunan və 2028-ci ilin 1 yanvarından tətbiq edilməsi nəzərdə tutulan “Elektroenergetika haqqında” yeni qanuna əsasən elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi planlaşdırılır. Qanunun keçid maddəsi olan 42-ci maddəsinə əsasən bu  proses üç mərhələdən ibarət olacaq. Layihəyə əsasən, elektroenergetika subyektlərinin və istehlakçıların elektrik enerjisi bazarındakı dəyişikliklərə uyğunlaşması, o cümlədən azad rəqabət münasibətlərinin tətbiqi və subsidiyalaşmanın ləğv edilməsi məqsədilə elektrik enerjisi bazarı elementlərinin tətbiqi prosesinin üç mərhələdən ibarət olması nəzərdə tutulurdu. Bu il iyunun 30-dək yekunlaşması nəzərdə tutulan birinci mərhələdə elektrik enerjisinin istehsalı və ötürülməsi fəaliyyətinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması; Qanunda göstərilən müddətlər nəzərə alınmaqla elektroenergetika subyektləri tərəfindən “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazələrin alınması;  ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin İxtisaslaşmış bölməsi tərəfindən elektrik optimallaşdırılmasının tətbiqi; enerjisi istehsalının iqtisadi optimallaşmasının tətbiqi; elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin maliyyə və funksional nöqteyi-nəzərindən ayrılması; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektrik enerjisinin ötürülməsi, elektrik enerjisinin topdan və pərakəndə satış qiymətlərinin (tariflərinin) (ikitərəfli müqavilələrlə satılan elektrik enerjisinin qiyməti istisna olmaqla), habelə ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətlərinin tənzimlənməsi; ikinci mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbul edilməsi, eləcə də ikinci mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməsi.

Qaz və işıq tarifləri dəyişdi - Yeni qiymətlər

Nəzərdə tutulmuş icazələr alınanadək elektroenergetika subyektlərinin fəaliyyəti onlar tərəfindən bu qanunun qüvvəyə mindiyi tarixədək verilmiş və qüvvədə olan icazələr əsasında həyata keçiriləcək.

2025-ci il iyulun 1-dən 2028-ci il iyunun 30-dək davam edəcək ikinci mərhələdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazan qaydaları əsasında elektrik enerjisinin topdansatış bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ikinci mərhələdə ötürücü sistem operatorunun tabeliyində ayrıca hüquqi şəxs kimi, üçüncü mərhələdə isə müstəqil bazar operatorunun yaradılması; bazar operatoru tərəfindən bütün istehsalçılardan (“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanuna uyğun olaraq, elektrik enerjisini zəmanətli alıcıya satan istehsalçılar istisna olmaqla) elektrik enerjisinin alınması; bazar operatoru tərəfindən elektrik enerjisinin bütün təchizatçılara satılması; elektrik enerjisinin paylanması və təchizatı fəaliyyətlərinin hüquqi və idarəçilik nöqteyi-nəzərindən ayrılması; elektrik şəbəkəsinə dair qaydalara və ikinci mərhələ üçün nəzərdə tutulan müvəqqəti topdansatış bazarı qaydalarına uyğun olaraq, ötürücü və paylayıcı sistem operatorları tərəfindən elektrik enerjisinin ötürülməsi və paylanması fəaliyyətlərinin həyata keçirilməsi; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu qanunda nəzərdə tutulan qiymət və tariflərin tənzimlənməsi (lektrik enerjisinin ötürülməsi, paylanması, tarifləri, bazar operatorunun xidmətlərinin tarifləri, ötürücü və paylayıcı şəbəkələrə qoşulma xidmətlərinin qiymətləri, sərbəst olmayan istehlakçılara, habelə sərbəst istehlakçılara səlahiyyətli təchizatçı tərəfindən elektrik enerjisinin təchizatı tarifləri); üçüncü mərhələyə hazırlıq, o cümlədən normativ hüquqi aktların qəbulu, eləcə də üçüncü mərhələdə bağlanılması nəzərdə tutulan birtipli müqavilələrin təsdiq edilməsi.

Üçüncü mərhələ 2028-ci il iyulun 1-dən başlayacaq. Bu mərhələdə enerji sisteminin yeni qaydalarla fəaliyyətinin başlanması planlaşdırılır.

Beləliklə, gördüyümüz kimi, hökumət energetika sektorunda sırf bazar münasibətlərinə keçidə doğru gedir. Bu münasibətlər təbii qaz və elektrik enerjisi istehsalçılarının ötürmə, paylama və satış funksiyalarının alınaraq ayrı-ayrı subyektlərə verilməsi, hər üç tərəf arasında dəqiq sərhədlərin müəyyən olunmasını ehtiva edir. Eyni zamanda təbii qaz və elektrik enerjisinin topdansatışının tamam ayrı və müstəqil quruma həvalə edilməsi nəzərdə tutulur.

Yeni sistem qaz və elektrik enerjisinin həm topdan, həm pərakəndə satış tariflərinin tələb və təklif əsasında formalaşmasını ehtiva edir. Belə görünür ki, hökumət qaz və elektrik enerjisi istehsalçısı kimi bazara yeni oyunçuların daxil olmasını planlaşdırır. Elektrik enerjisi ilə bağlı bu sahədə vəziyyət daha aydındır: ölkədə böyük yatırımlar hesabına külək, günəş elektrik stansiyaları inşa olunur, yaxın 2 ildə ən azı 5 belə stansiya istehsala başlayacaq. Bu stansiyaların tikintisi tik və idarə et prinsipi ilə həyata keçirilir və mövcud münasibətlər sistemi onların istehsal edəcəyi enerjinin sağlam rəqabət prinsipləri əsasında satışına imkan vermir. Bu mənada, Azərbaycan hökumətinin sistemi yeni prinsiplərə uyğunlaşdırması təbiidir.

Qazla təchizat məsələsində hələlik bazarda tək istehsalçı kimi SOCAR çıxış edir. Elə ötürmə, paylama və satış da ondadır. Qanunvericiliyə olunan dəyişikliklər göstərir ki, 2028-ci ilədək şirkətin yalnız istehsalçı funksiyası saxlanacaq, nəql, paylama və satış ayrı-ayrı subyektlərə həvalə olunacaq.

Baş verənlər əslində uzun illər boyu xarici təşkilatlar və müstəqil mütəxəssislərin istehsal, paylama və satış funksiyalarının ayrı-ayrı subyektlərə həvalə olunması təklifinin icrasıdır.

Hazırda həm əhalini, həm də mütəxəssisləri düşündürən əsas məsələ baş verəcək dəyişikliklərin qiymətlərə təsiridir. Aydın məsələdir ki, bir neçə subyektin iştirak edəcəyi yeni sistemdə xərclərin optimallaşdırılması(dövlət məxsus təbii inhisarlardakı mövcud korrupsiyalaşmanın, səmərəsizliyin aradan qaldırılması və sair) ilə yanaşı artımı da mümkündür. Bu isə avtomatik olaraq son alıcıya çatan məhsulun qiymətində artıma gətirəcək. Belə olan halda əhaliyə baş verən dəyişikliklərin təsiri yaxın 3 ildə Azərbaycanda gəlirlərin artım sürətindən birbaşa asılı olacaq: Əgər qaz və elektrik enerjisi tarifləri gəlirlərdən daha yüksək sürətlə artacaqsa, əhali üçün ciddi problemlər yaranacaq. Bu halda dövlət məcbur olacaq ki, aztəminatlı təbəqələr üçün qiymət güzəştlərini subsidiyalaşdırsın.

Bunun əksi olarsa – yəni əhalinin gəlirləri daha sürətlə artarsa, tariflərdəki artımlar daha az təsirə malik olacaq. Bu halda prosesin daha az ağrılı keçməsi gözləniləndir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir

Növbəti Yazı

“Kremlin əsl sahibi kimdir – sual Putin, yoxsa Lavrov?” – Avropa komissarından sərt açıqlama

EKSKLUZİV

Azərbaycan sülhməramlıları Qəzzada?!

Azərbaycan sülhməramlıları Qəzzada?!

17 Oktyabr 2025 / 10:44
0
“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

16 Oktyabr 2025 / 17:26
0
Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

16 Oktyabr 2025 / 17:11
0
Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

16 Oktyabr 2025 / 17:04
0

XƏBƏR LENTİ

Azərbaycan sülhməramlıları Qəzzada?!

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

Nazir Eşqi Bağırovu yola salır? – İnanılmaz fakt

Bakıda Zəfər Gününə həsr olunmuş hərbi parad keçiriləcək

“Hamısı generalların, polkovniklərin pullarıdır…” – Şabalıd davası

Putin Düşənbədə Əliyevə NƏLƏR DEYİB? – İmişli detalı, Mehdiyevin “ÇEVRİLİŞ KOMANDASI”NDAKI ŞOK ADLAR

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ – Leysan yağacaq

Ramiz Mehdiyevin halı pisləşdi – Həkim çağırdılar

Zahid Orucun Ramiz Mehdiyev sədaqəti: Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri susaraq nələri demiş olur?

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?

Azərbaycanda pensiya islahatları olacaq – Nələr dəyişəcək?

“Azəriqaz” Akif Çovdarova 100 min ödəyəcək

Filtrli siqaretlərin qadağan edilməsi nəzərdə tutulur

Qəzzada əməliyyatlar bərpa edilə bilər – Vaşinqton və Təl-Əvivdən növbəti xəbərdarlıq

Ramiz Mehdiyevin çevrəsi və yaxınları təlaş içində: hamı mülklərini, torpaqlarını satışa çıxardı – notariuslara tapşırıq gəldi

Paytaxtda taksi sayına limit – qiymətlərə və keyfiyyətə təsiri nə olacaq?

Ən zərərli yağların ölkədə satışı artır – xəbərdarlıq

Saakaşvili: “İlham Əliyev bütün Qafqazın şərəfini qorudu”

Ramiz Mehdiyevin vəkili bəlli oldu – dövlət tərəfindən təyin edilib

Qazax şəhər qəbiristanlığında iməcilik keçirilib

AHİK sədrindən xalqa hörmətsizlik – məmurlardan qalan artıqları…

“Bank BTB” müştərilərin çox narazı qaldığı bank seçildi

Nazirlik İskəndər Xəlilovun “ISR Plaza”sında yoxlama aparacaq

Elşad Həsənovun şübhəli “birmənbə metodu”: 19,7 milyonluq üç müqavilənin izi ilə…

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

“WhatsApp” istifadəçilərinə ŞAD XƏBƏR – YENİLİK EDİLDİ

Konfrans iştirakçılarının Ağdərədəki kütləvi məzarlığı ziyarəti erməni faşizminin qlobal ifşasıdır

Şahin Şıxlinski və Səfərov qardaşlarının işi- işgəncə ilə alınan ifadə, yoxa çıxan general- Rusiyada SENSASİON GƏLİŞMƏ

Adnan Əhmədzadə ilə Vahid Ələkbərovun anlaşması necə olub?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl   Sen »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.