Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Paşinyan İrana Azərbaycan üzərindən yol vəd edir

Avqust 22, 2025
A A

REDAKTORUN SEÇİMİ

Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir

Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir

21 Avqust 25 / 16:17
Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

21 Avqust 25 / 11:33
Adı dələduzluq işində keçən başçı – Seymur Orucov necə qurtuldu?

Adı dələduzluq işində keçən başçı – Seymur Orucov necə qurtuldu?

18 Avqust 25 / 15:41
Zaman Novruzovun açılışını etdiyi “Sabunçu körpüsü”ndə ayrılan vəsait tam xərclənməyib

Zaman Novruzovun açılışını etdiyi “Sabunçu körpüsü”ndə ayrılan vəsait tam xərclənməyib

18 Avqust 25 / 15:22
Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

15 Avqust 25 / 12:08

Azərbaycanla kommunikasiya xətləri açılarsa, Nikol Paşinyan İrana Qara dənizə çıxış vədi verir. O, bunu avqustun 19-da İran prezidenti Məsud Pezeşkianla görüşündə deyib. Bildirib ki, Azərbaycanla kommunikasiyaların açılması Ermənistanla İranın dəmiryol əməkdaşlığına təsir edəcək, məsələn, Culfa-Naxçıvan dəmir yolu ilə İranın Ermənistana, oradan da Qara dənizə çıxışı ola bilər.

İqtisadçı Natiq Cəfərli deyir ki, Ermənistan baş nazirinin qeyd etdiyi yol Sovet dönəmində paylayıcı qovşaq olub, Ermənistandan da, Azərbaycandan da gələn yüklər oradan keçib: “Paşinyan onu demək istəyir ki, onsuz da Azərbaycan ərazisi də bu işin içində olacaq. Hətta İrandan Qara dənizə yol açılsa, o yol Culfadan keçəcəksə, o yolun bir hissəsi Azərbaycanın nəzarətində olacaq… Yəni, bu yol ilə Azərbaycanı da maraqlandırmağa çalışır… Paşinyanın dediyinin tərcüməsi budur: Azərbaycan Culfada nəqliyyat xətlərinə, Ermənistan Zəngəzurda (Ermənistanın Sünik vilayətində) yola nəzarət edəcəksə, bu, qarşılıqlı asılılıq yaradacaq. Biz orada sizə mane olmayacağıq, siz də burada bizə mane olmayacaqsınız”.

N.Cəfərli əlavə edir ki, Gürcüstandan dəmiryol infrastrukturunu İran sərhədinə qədər uzatmaq, yolların yenidən qurulmasının özü çox milyardlıq layihədir. Bu baxımdan, o, bu ideyanın asanlıqla reallaşacağını düşünmür.

“Belə bir yol yoxdur”

Siyasi şərhçi Rauf Mirqədirovun fikrincə isə, əgər nə vaxtsa İran sanksiyalardan xilas olsa, bu onun üçün yaxşı olardı. Ancaq indi real olan odur ki, ortada belə bir yol hazırda yoxdur, bu, heç aktual da deyil.

Mirqədirov bildirir ki, İran “Tramp marşrutu” adlandırılan, Azərbaycanla Naxçıvanı birləşdirəcək yolun açılmasından blokadaya düşmə ehtimalına görə narahatdır: “İranla normal münasibətlərin qorunub saxlanacağına İran prezidentini əmin etmək və Sünik vilayətindən keçəcək yolun çəkilməsindən İrana heç bir təhdid olmayacağını göstərmək istəyir. Əksinə, İranın gələcəkdə həmin yolun çəkilməsindən xeyir götürə biləcəyini də göstərmək istəyir”.

Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında kommunikasiyaların açılması, eləcə də Ermənistandan keçərək Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək maneəsiz keçid təminatı öhdəliklərinə imza atıblar. Ermənistanın Sünik vilayətindən keçəcək “Tramp marşrutu” da bu razılaşmalarda nəzərdə tutulub ki, İran ABŞ-nin bölgəyə cəlb edilməsindən narahat olduğunu dilə gətirib.

Ermənistan və İran liderləri arasında keçirilən görüş və danışıqlara baxmayaraq, İranın narahatlıqları hələ də aradan qalxmamış görünür. Avqustun 19-da Pezeşkian X sosial şəbəkə hesabında yazıb: “Ortaq sərhədimizdə üçüncü qüvvələrin mövcudluğu ilə bağlı narahatlıqlarımız aradan qaldırılmalıdır”.

AzadlıqRadiosunun erməni xidmətinə müsahibə verən siyasi şərhçi Akop Badalyan hesab edir ki, Paşinyanın şifahi zəmanətləri İranı qane etməyəcək və İran müəyyən mexanizmlər, institusional təminatlar almağa çalışacaq: “Bu təminatlar praktik olaraq Ermənistan-İran münasibətlərini daha da dərinləşdirən yeni sənədlər olmalıdır”.

Əvvəlki Yazı

Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb?

Növbəti Yazı

Tələbələrdən kütləvi NARAZILIQ: “Agentliyin imtina qərarları qeyri-qanunidir”

EKSKLUZİV

RUSİYADAN ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQ – Paşinyan seçim qarşısındadır

RUSİYADAN ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQ – Paşinyan seçim qarşısındadır

22 Avqust 2025 / 18:10
0
“Hər şeyimizə həbs qoyublar” – Şərurlu İsfəndiyar kimə minnət qoyur?

“Hər şeyimizə həbs qoyublar” – Şərurlu İsfəndiyar kimə minnət qoyur?

22 Avqust 2025 / 18:09
0
QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı

QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı

22 Avqust 2025 / 18:08
0
Nazirdən yeni tədris ili ilə bağlı əmr

Nazirdən yeni tədris ili ilə bağlı əmr

22 Avqust 2025 / 18:03
0

XƏBƏR LENTİ

RUSİYADAN ERMƏNİSTANA SƏRT XƏBƏRDARLIQ – Paşinyan seçim qarşısındadır

“Hər şeyimizə həbs qoyublar” – Şərurlu İsfəndiyar kimə minnət qoyur?

QARABAĞA SƏFƏR: daha bir icazə imkanı yaradıldı

Nazirdən yeni tədris ili ilə bağlı əmr

FƏRHAD ƏHMƏDOVUN AZƏRBAYCANDAKI MÜLKLƏRINƏ HƏBS QOYULUB – Oliqarx qalmaqallı çəkişməni uduzub + FOTOLAR

ALYASKA GÖRÜŞÜ SIFIRLANIR… – Trampın “Nobel arzusu” suya düşür

Yumurta bahalaşıb, yoxsa ucuzlaşıb? – Fakt və ekspert rəyi

Təhsilimizdə uyğunsuz proqramlar – Azərbaycan məktəbləri və dünya təcrübəsi

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər İMZALANDI

Tələbələrdən kütləvi NARAZILIQ: “Agentliyin imtina qərarları qeyri-qanunidir”

Paşinyan İrana Azərbaycan üzərindən yol vəd edir

Kirayə mənzillər ən çox hansı ərazilərdə bahalaşıb?

İranla İraq arasında şiə qarşıdurması? (ŞƏRH)

Cərimələnən şirkət Ağstafa Rayon İcra Hakimiyyəti ilə 76 min manatlıq müqavilə bağlayıb

“DELTA TELEKOM”-a HÜCUMDA RUSİYA İZİ

Kondisionerlə qorxulu xəstəlik yayılır – ŞOK XƏBƏRDARLIQ

“Azərbaycan Dəmir Yolları“ QSC-də qalmaqal: tender anlaşması niyə pozulub?

“Kremlin əsl sahibi kimdir – sual Putin, yoxsa Lavrov?” – Avropa komissarından sərt açıqlama

İşıq və qaz qiymətində müəmma

Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir

Türkiyə paytaxtında su ehtiyatı tükənir – Ankaranın üç aydan az içməli suyu qalıb

Binəqədi İcra Hakimiyyətinin baş məsləhətçisi milyonluq obyektə sahibdir

Azərbaycanda internet ÇÖKDÜ

“Ulduz”u sönən məşhurlarımız – Qətl, şantaj, dələduzluq…

Paşinyandan ETİRAF: Bakıyla sülh imzalamaqdan başqa yolumuz yox idi

Bakıda ən bahalı torpaq sahələri bu ərazilərdə satılır (VİDEO)

Azərbaycana ən çox hansı ölkələrdən səfər edirlər? – SİYAHI

Dünyanın ən sevilən hakimi vəfat edib

Xəzərdəki bu ada Abşerona birləşəcək

PREZİDENT və BİRİNCİ XANIM KƏLBƏCƏRDƏ: açılış, təməlqoyma və sakinlərlə görüş olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Avqust 2025
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« İyl    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.