Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Adəm İsmayıl Bakuvi: “Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin “Naxçıvan dövrü” ölkənin gələcək müqəddəratını həll etmiş mühüm hadisələrlə zəngin olmuşdur”

Sentyabr 3, 2025
A A

REDAKTORUN SEÇİMİ

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

Sabirbad müəllimlərinin Həmkarlar İttifaqı NƏYƏ XİDMƏT EDİR? – İTTİHAM…

16 Oktyabr 25 / 12:32
Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

Ağtafada dəhşətli mənzərə: mərkəzi küçələr zibillik meydanına çevrilib

10 Oktyabr 25 / 15:36
“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

“Pilgrim Education”un rəhbəri Aisa Aslanova növbəti qurbanlarının axtarışında….

09 Oktyabr 25 / 15:52
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

09 Oktyabr 25 / 12:05
Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü  isə… – FOTOFAKT

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

08 Oktyabr 25 / 17:00

“Nə qədər təzadlı səslənsə də, 1991-ci ildə Azərbaycanı inkişafa, yüksəlişə aparan yolun əsası həmin dövrdə özü ağır blokada vəziyyətində yaşayan Naxçıvanda qoyulub. Həmin ilin 3 sentyabr tarixində Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu hal qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etməsinə meydan açıb. Ümummilli Lider Heydər Əliyevin parlaq siyasi fəaliyyətinin1990-1993-cü illəri əhatə edən “Naxçıvan dövrü”, həmin dövrdə dahi rəhbərin iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən önəmli səhifələrini təşkil edir. Birmənalı olaraq deyə bilərik ki, bu həlledici illər həm Muxtar Respublikanın, həm də bütün Azərbaycanın gələcək müqəddəratını həll etmiş mühüm hadisələrlə zəngin olmuşdur. Ulu Öndər Heydər Əliyev Ali Məclisin sədri vəzifəsinin icrasına başlayandan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Bununla da Ulu Öndər o dövrdə blokada şəraitində yaşayan Naxçıvanın faktiki olaraq mövcudluğuna qarşı yönəlmiş təhdidləri aradan qaldırdı, orada sabitliyə və daha sonra dirçəlişə, inkişafa nail oldu.” Bu sözləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi deyib.

Daha sonra partiya sədri Ulu Öndər Heydər Əliyevin Naxçıvanda verdiyi qərarların ölkənin ali qanunverici orqanının fəaliyyətinin də düzgün istiqamətlənməsində əsas rol oynadığını xüsusi vurğulayıb: “Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrildi. Müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirildi. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Muxtar Respublikanın Dövlət bayrağı olaraq təsdiq edildi. Bundan sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Ulu Öndər Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra səmərəli dövlətçilik konsepsiyası, iqtisadiyyatın dirçəlişi strategiyası və azərbaycançılıq fəlsəfəsinin əsaslarına uyğun olaraq demokratik inkişaf reallaşdı. Beləliklə, yeni ictimai-siyasi münasibətlərin formalaşdırılması dövründə dövlətçilik ənənələrinin qorunması məsələsi bilavasitə Ümummilli Liderimizin adı ilə bağlıdır.” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.

Əvvəlki Yazı

Kəlbəcər RİH kürd əsilli iş adamından imtina etdi: ONU QARABAĞA KİM GƏTİRİB? – İLGİNC FAKTLAR…

Növbəti Yazı

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb-Şok

EKSKLUZİV

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

18 Oktyabr 2025 / 18:45
1
Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

18 Oktyabr 2025 / 14:50
1
Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

18 Oktyabr 2025 / 14:48
0
Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

18 Oktyabr 2025 / 14:45
0

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin komandasında “yarpaq tökümü”: İlk qurban kim olacaq?

Ramiz Mehdiyevin vəzifədə olan qohumları – SİYAHI+VİDEO

Bakıdakı tarixi abidələri sökə bilmək üçün bu addımı atırlar – Foto, Video

Türkiyə masonlarının “Böyük Ustad”ı saxlanıldı – O kimdir?

Mehdiyevlə Əhmədzadə bir məqsədə xidmət ediblər – Faktlar

Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyə hazırlaşır

Pensiya yaşının artırılması iddiası

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Azərbaycan Qəzzaya ordu göndərir

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Müstəqillik aktı necə qəbul edilmişdi? – Tarixi faktlar

Siyavuş Novruzov üçün tarix dərsi: Ramiz Mehdiyevin toyu bitib, istintaqı gedir…

Masallı şəhər bələdiyyəsində qanun pozuntusu: 300 minlik sifariş

Vüsal Aslanov 7 ay əvvəl təyin olunmuş rəisi işdən çıxardı

Əhliman Əmiraslonovun Ramiz Mehdiyev bağlantısı: Gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib?

Türkiyədə ŞOK əməliyyat – masonların rəhbəri istintaqa cəlb olundu

Mehdiyev 7 saat dindirildi – İstintaqa əsa ilə gedib

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Saxta medal verənlərin işini bu idarə araşdırır- 3 nəfər məsuliyyətə cəlb olundu

Zəngəzurla bağlı MÜJDƏLİ XƏBƏR: nəhəng dağlar yarılır, Naxçıvana belə yol açılır – VİDEO

PKK/YPG lideri Dəməşq hökuməti ilə razılığa gəldi: “Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik”

Trampla Putin telefonda müzakirə apardı: nələr razılaşdırıldı? – “Bu, utancverici…”

“TikTok” çevrəni “daraldır” – Üç ay içində 189 milyondan çox video silinib

“Eşqi Bağırov Agentliyə buraxılmır, onun “qələmi” qırılıb”

Mehdiyevlərin “Ailə TV”si necə olacaq?

Fərhad Əhmədov məhkəmədə ifadə verdi – DTX-nın saxladığı Anass Derrazın işi

Füzulinin işğaldan azad olunmasından beş il ötür

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.