“12 DEv Adam” kimi tanınan Türkiyənin A Milli Kişi Basketbol Komandamız 2025 Avropa Çempionatının (EuroBasket) yarımfinal oyununda Yunanıstanla qarşılaşıb. Ay-ulduzlular çətin görüşü 94-68 hesabı ilə qazanaraq, 24 ildən sonra finala adını yazdırıb.
“AzPolitika” xəbər verir ki, baş məşqçi Ergin Atamanın rəhbərlik etdiyi Türkiyə komandası “Arena Riga”-da keçirilən oyuna Şeyn Larkin, Şehmus Hazer, Cedi Osman, Ercan Osmani və Alperen Şengün beşliyi ilə başlayıb.

Beləliklə, “12 Dev Adam” 24 ildən sonra yenidən Avropa Çempionatının finalına çıxmağa nail olub. Komanda sonuncu dəfə ev sahibliyi etdiyi EuroBasket 2001-də finala yüksəlmişdi.
Millilər final oyununda Finlandiyanı 98-86 hesabı ilə məğlub edən Almaniya ilə qarşılaşacaq.
Böyük görüş sentyabrın 14-də, bazar günü, saat 21:00-da keçiriləcək.