Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

HƏR ADDIMIMIZI İZLƏYİRLƏR… – Texnologiyanın görünməyən tərəfi: Rahatlıqmı, nəzarətmi? (ARAŞDIRMA)

Sentyabr 13, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

İngilis yazıçısı Corc Oruellin “1984” adlı romanında belə bir məşhur ifadə yer alır: “Big Brother is watching you” (“Böyük Qardaş səni izləyir” – red.). Romanda təsvir olunan “Böyük Qardaş” əslində konkret bir şəxsi yox, bir siyasi partiyanın simvolunu və onun bütün vətəndaşlar üzərində qurduğu daimi nəzarəti xarakterizə edir. Oruell əsərdə göstərir ki, psixoloji nəzarət üsulu olan “Böyük Qardaş”ın portreti hər yerə asılır ki, insanların gündəlik həyatında daim qarşılarına çıxsın və izlənildikləri hissini aşılasın. Çünki bu zaman insan özü-özünü senzura edir və nə vaxtsa dediyi fikirlərin özünə qarşı istifadə oluna biləcəyi qorxusu ilə bir ömür sürür…

1949-cu ildə həmin dövrün reallıqlarına uyğun şəkildə yazılmış bu roman müasir texnologiyaların inkişafı ilə bu distopik təsvirləri gerçəyə çevirməyi bacarıb. Bu gün real kimliklə sosial şəbəkələrə qoşulma, arxa planda tətbiqlərin izlənməsi, üz tanıma texnologiyaları, kameralarla müşahidə və nəzarət, eləcə də onlayn ödəniş metodları vasitəsilə dövlətin vətəndaşlar üzərində daimi maliyyə nəzarəti bunun əyani sübutudur. Texnoloji inqilab nəticəsində bütün dünyada müzakirə mövzusuna çevrilən bu məsələlər artıq ölkəmizə də gəlib çatıb.

Söhbət Bakı Metropolitenində yeni üz tanıma ilə ödəniş üsullarının sınaqdan keçirilməyə başlanması ilə bağlı yayılan xəbərlərdən gedir. Qurumun və quruma yaxınlığı ilə bilinən mətbu orqanlarda gedən məlumatlara görə, bu addım sərnişinlərin rahatlığını artırmaq, vaxta qənaət və insanların sürətli keçidini təmin etmək üçündür.

Şübhəsiz ki, qeyd olunanlar mahiyyət etibarilə həqiqəti əks etdirir və texnologiyanın xidmət sahələrinə tətbiqi bu gün bütün dünyada “lüks” hesab olunur. Çin başda olmaqla Avropa və dünyanın əsas inkişaf etmiş ölkələrində bu cür sistemlər mövcuddur. Amma…

Təəssüf ki, xaricdən götürülüb ölkəmizə “copy-paste” edilən bu cür texnoloji layihələr əksər hallarda özünü doğrultmur və ya özü ilə bərabərində əlavə problemlər, çətinliklər, diskomfortlar gətirir. “Rahatlıq”, “vaxta qənaət”, “sürətli keçid” kimi qulağa xoş gələn bu fikirləri “aysberq” olaraq beynimizdə canlandırsak, o zaman həm də bilməliyik ki, həmin bu “aysberq”in bir də görünməyən və lehimizə olmayan tərəfləri var.

Bunlardan ilki – yuxarıda da qeyd olunduğu kimi, insanların şəxsi həyatına qeyri-etik şəkildə müdaxilə, mümkün izlənmə halları və özündə mühüm şəxsi məlumatları ehtiva edən toplanmış dataların təhlükəsizliyi ilə; ikincisi isə kifayət qədər bahalı olan və tez-tez texniki dəstək tələb edən bu texnologiyanın tətbiqindən sonra metroda gediş haqqının artırılma ehtimalı ilə bağlıdır.

Üz tanıma texnologiyası nədir və nə kimi riskləri var?

Əvvəlcə qeyd edək ki, biometrik – üz tanıma texnologiyaları insanın üz cizgilərini təhlil edərək şəxsiyyətini təsdiq edən bir üsuldur. Bu texnologiya unikal üz xüsusiyyətlərini müəyyən etmək və bu məlumatları verilənlər bazasında saxlanılan digər üzlərlə müqayisə etmək üçün mürəkkəb alqoritmlərdən və dərin öyrənmə üsullarından istifadə edir. Üz tanıma sistemləri adətən iki mərhələdə işləyir – üz aşkarlama və üz uyğunlaşdırma.

 

Üz aşkarlanması mərhələsində sistem şəkil və ya video axınındakı üzləri aşkarlayır. Üz uyğunluğu mərhələsində isə aşkar edilmiş üzün xüsusiyyətləri çıxarılır və əvvəllər qeydə alınmış üz məlumatları ilə müqayisə edilir.

Üz tanıma texnologiyası özündə məlumatların məxfiliyi və şəxsi məxfiliyin pozulması riskini ehtiva edir. Üz tanıma sistemləri böyük miqdarda şəxsi məlumatları toplayır və emal edir. Bu məlumatların təhlükəsizliyi təmin olunmazsa, zərərli şəxslərin əlinə keçə və kibercinayətlərə səbəb ola bilər.

Bundan əlavə, üzün tanınması sistemlərinin geniş tətbiqi fərdlərin daimi monitorinqi və izlənməsi anlamına gəlir ki, bu da şəxsi azadlıqların məhdudlaşdırılması kimi qəbul edilə bilər. Ekspertlər hesab edirlər ki, bu cür sistemlər hökumətə vətəndaşların hərəkət marşrutlarını mərkəzləşdirilmiş bazada toplamaqla, onların gündəlik vərdişlərini, hara getdiklərini izləmək kimi imkanlar verir.

Qeyd edək ki, hazırda Azərbaycanda üz tanıma ilə ödəniş sistemi məhdud sahələrdə tətbiq olunur. Məsələn, SİMA Pay sistemi “Face ID” texnologiyasını dəstəkləyir, bankların və bəzi texnologiya şirkətlərinin də pilot layihələri mövcuddur.

İT mütəxəssisi: “Şəxsin hansı tarixdə, saatda, ictimai nəqliyyatda olduğu kimi detalları araşdırmaq məqsədilə istifadə oluna bilər”

Bu mövzu ilə bağlı İnformasiya Texnologiyaları (İT) üzrə mütəxəssis Fərhad Mirəliyev “AzPolitika”-ya şərhində bildirib ki, hazırda dünyada tətbiq olunan ödəmə üsullarından biri də biometrik – üz tanıma ola bilər.

 

 

Ekspert qeyd edir ki, bizdə vahid üz tanıma ilə ödəniş sistemi hələ mövcud deyil. Ödənişlər əsasən kart və bank servisləri vasitəsilə həyata keçirilir və bununla da rəqəmsal qeydlər aparılır: “Rəqəmsal qeydlərin aparılması bu gün də mümkündür. Biometrik ödənişlər – üz tanıma və digər biometriya növləri ödənişin sadəcə bir üsuludur. Bu gün “m10” və bank tətbiqi ilə ictimai nəqliyyatda ödəniş etmək mümkündür ki, bu zaman da ödənişlər bank serverlərində qeydə alınır. Biometrik ödəniş zamanı da məlumatların saxlanılması və emalı prinsipi eyni qalır. Yəni, biometrik ölçülər vasitəsilə ödəniş edildikdə həmin məlumatlar da mərkəzi sistemdə qeydə alınacaq. Bu, sadəcə alternativ ödəniş üsuludur”.

F. Mirəliyev məlumatların sonradan istifadəsinə də toxunub: “Mən düşünürəm ki, adi bir vətəndaşın bu məlumatları ciddi bir maraq kəsb etmir. Yalnız hansısa məhkəmə predmeti və ya cinayət işi olduqda, həmin şəxsin hansı tarixdə, saatda, ictimai nəqliyyatda olduğu kimi detalları araşdırmaq məqsədilə istifadə oluna bilər. Amma gündəlik həyatda kimin hara getməsi barədə məsələlər o qədər də əhəmiyyətli deyil”.

Mütəxəssis məlumatların təhlükəsizliyi məsələsinə də münasibət bildirib: “Burada artıq tələblər xüsusi xidmət orqanları tərəfindən müəyyən olunur. Metropoliten, eləcə də ictimai nəqliyyat qurumları özbaşına fəaliyyət göstərmir. Əgər burada vətəndaşların məlumatları saxlanılırsa, deməli, dövlətin müvafiq qurumları da bu məsələdə iştirak edir. Onların bu sahə ilə bağlı dövlətin tələblərini, fərdi məlumatların qorunması, saxlanılması və emalı ilə bağlı qanunvericilik və prosedurların şərtlərini mütləq şəkildə təmin etmələri vacibdir”.

Ekspertin sözlərinə görə, bu istiqamətdə dövlət strukturları ildə bir neçə dəfə monitorinqlər keçirir: “Xüsusi xidmət qurumları mövcud infrastrukturun tələblərə uyğun olub-olmadığını yoxlayır. Əgər uyğunsuzluq varsa, onun aradan qaldırılması üçün tədbirlər görülür. Məqsəd odur ki, vətəndaşların fərdi məlumatlarının qorunması və saxlanması təmin edilsin”.

Bu məqamda başqa bir məsələyə də toxunmaq yerinə düşər. Bu gün bütün dünyada məxfilik hüququ təməl insan hüquqlarından hesab olunur və BMT-nin İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində də açıq şəkildə bildirilir ki, şəxsi həyatımız qorunmalıdır. Belə olan halda üz tanıma texnologiyalarının tətbiqi xüsusi diqqət tələb edir. Yəni, hər hansı yeni sistemin tətbiqi zamanı vətəndaşların məxfilik hüququ mütləq qaydada qorunmalı, məlumatların istifadəsi, saxlanması və emalı qanunvericiliyə uyğun həyata keçirilməlidir.

Nəqliyyat eksperti: “Ödəniş məsafəyə görə və sutkanın saatlarına uyğun olaraq müəyyən edilə bilər”

İkinci məqama – metroda qiymət artımı ilə bağlı mümkün ehtimala gəlincə, bir müddətdir mətbu orqanlarda metro və avtobusda gediş haqqı məbləğinin artırılacağı ilə bağlı ardıcıl xəbərlər tirajlanır. Bu xəbərlərə görə, yaxın vaxtlarda metroda yeni gediş haqqı üsulu tətbiq olunacaq. Yəni, insanlar getdikləri məsafəyə uyğun şəkildə ödəniş edəcəklər. Həmçinin aylıq və illik biletlərin satışa çıxarılacağı, həssas kateqoriyada olan şəxslər üçün müəyyən güzəştlərin tətbiq olunacağı da müzakirə mövzularından biridir.

Qiymət məsələsinə gəlincə, burada gediş haqqının 50 qəpikdən 1 manata qədər artırılacağı deyilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “AzPolitika”-ya açıqlamasında bildirib ki, üz tanıma metodu ilə ödəniş sistemi hələ layihə çərçivəsindədir və belə bir qərar rəsmi olaraq qəbul edilməyib: “Sadəcə yaxın gələcəkdə bu sistemin tətbiqi planlaşdırılır. Dəmir yolunda artıq uğurla sınaqdan keçirilib. Dünyanın müxtəlif ölkələrində üz tanıma ilə ödəniş sistemləri işləyir — metroda, ictimai nəqliyyatda, qatarlarda tətbiq olunur”.

Ekspert ödəniş mexanizminə də toxunub: “Qiymətlərin məsafəyə görə diferensiallaşdırılacağı deyilir. Ödəniş məsafəyə görə və sutkanın saatlarına uyğun olaraq müəyyən edilə bilər. Həssas kateqoriyadan olan sərnişinlər üçün də güzəştlər nəzərdə tutula bilər, lakin bu məsələlər hələ aktuallıq daşımır. Əgər gediş haqqının diferensiallaşdırılması həyata keçirilərsə, o zaman bu məsələyə də baxıla bilər”.

Xatırladaq ki, son illər Bakı Metropolitenində gediş haqqının artımı diqqət çəkən məsələlərdən biridir. 2018-ci ildə metroda bir gedişin qiyməti 30 qəpik müəyyən edilmişdi. 2023-cü ilə qədər bu tarif 40 qəpiyə yüksəldi ki, bu da təxminən 33,3% artım deməkdir. Bu dövr ərzində illik orta artım təxminən 6,7% təşkil etmişdir.

Sonrakı iki ildə, yəni 2023–2025-ci illərdə metro gediş haqqı 50 qəpiyə çatdırılıb. Bu dövrdə artım tempi daha sürətlidir – ümumən 25% artım qeydə alınıb. İllik orta artım 12,5%-ə bərabər olub ki, bu da əvvəlki dövrə nisbətən təxminən iki dəfə yüksəkdir.

Ümumilikdə, 2018–2025-ci illər ərzində metro gediş haqqı 30 qəpikdən 50 qəpiyə yüksələrək 66,7% artım göstərmişdir. Statistik təhlil də göstərir ki, artım tempi xüsusilə son iki ildə sürətlənib.

Elvin Bəyməmmədli
“AzPolitika.info”

Əvvəlki Yazı

“12 DEV ADAM” TARİX YAZDI… – Türklər yunanlara basketbol dərsi keçdi

Növbəti Yazı

“28 May”dan “Nizami”yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?

EKSKLUZİV

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0
Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

16 Dekabr 2025 / 16:48
0
Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

16 Dekabr 2025 / 16:45
0
Amnistiya bu şəxslərə şamil olunacaq

Amnistiya bu şəxslərə şamil olunacaq

16 Dekabr 2025 / 16:44
0

XƏBƏR LENTİ

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Aslan İsmayılovdan sabiq prokurorluq əməkdaşları ilə bağlı ittiham

Əvvəlcədən deyilənlər təsdiqini tapdı. Emil Ağacanov anlaqsız hesab edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.