“Sea Breeze”də “Dream Mahnı Yazma Kampı” uğurla həyata keçirilib. Musavat.com xəbər verir ki, bu barədə iş adamı və tanınmış müğənni Emin Ağalarov danışıb.
O bildirib ki, tədbir 4 gün davam edib və 15 beynəlxalq mahnı müəllifi, prodüser və sənətçidən ibarət qrup 30-dan çox orijinal mahnı yaradıb.
Emin Ağalarov qeyd edib ki, belə layihələr musiqi sənayesində beynəlxalq əməkdaşlığı gücləndirir və gənc istedadlar üçün əvəzsiz təcrübə imkanları yaradır:
“Musiqi, sərhədləri aşan, insanları birləşdirən bir sahədir. Dünyanın müxtəlif ölkələrindən olan istedadlı gənc mahnı müəlliflərini qarşılamaq və onlarla birlikdə işləmək mənim üçün böyük məmnunluqdur”.