Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Karen Livanda “ASALA” terror düşərgəsində gizli hərbi təlim keçib, hərbidə kod adı “Kakadu” olub – TƏFƏRRÜAT

Sentyabr 15, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Xəbər verdiyimiz kimi, 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Karen Avanesyan qabaqcadan gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb, Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Bu zaman Karen Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərib.

Cavab atəşi nəticəsində güllə yarası almış Karen Avanesyan tutulub. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanıb.

Yayılan məlumatlardan belə aydın olur ki, Karen Avanesyan 1-ci Qarabağ müharibəsi dönəmində əlində silah Azərbaycan ordusuna qarşı döyüşüb. Hətta onun 21-22 yaşlarında olarkən Livanda gizli hərbi təlimlərə cəlb edilməsini təsdiqləyən videolar da yayılıb. Bəlli olur ki, onun hərbidə kod adı “popuqay Kakadu” olubmuş.

Bəllidir ki, 1-ci Qarabağ savaşı zamanı qarşı tərəf hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda, Yaxın Şərq regionundan – Livandan, Suriyadan olan muzdluları cəlb edirdilər. Qeyd edək ki, Qarabağ müharibəsində Azərbaycana qarşı savaşanda ermənilərin xarici ölkələrdən muzdlular cəlb etməsi barədə xəbərlər  yeni deyil. 1-ci, sonradan 2-ci Qarabağ savaşı zamanı erməni cəbhəsində dünyanın müxtəlif ölkələrindən, o cümlədən Suriyadan və Livandan olan yaraqlılar fəal şəkildə iştirak edib. ASALA terror təşkilatının üzvü Monte Melkonyan Qarabağ müharibəsində məhz xarici muzdlulardan təşkil olunmuş batalyonun komandiri olub. Qarabağ müharibəsində ən qəddar və amansız olanlar da məhz xarici muzdlular olub. Hətta o da bəlli idi ki, 4 ölkədən – Rusiya, Fransa, ABŞ və Uruqvaydakı  erməni biznesmenlərin muzdlu döyüşçüləri səfərbər etmək üçün koordinasiya mərkəzləri yaratması haqda xəbər yaymışdı.

Həmin xəbərlərdə qeyd olunurdu ki, “Preventiv mobilizasiya” adlanan proqrama əsasən, dünyanın 38 ölkəsindən 200 minə qədər erməni cəlb olunması nəzərdə tutulurdu. “Erməni rezervistləri və veteranları İttifaqı” çərçivəsində aparılan bu kampaniyanın əsas hədəfi dünyanın 4 bir tərəfindən muzdluları Dağlıq Qarabağa cəlb etmək idi. Bu məqsədlə Suriya və Livandan ermənilərin Qarabağ cəbhəsinə yerləşdirilməsi də vardı. Suriyadan ermənilərin Ermənistana, o cümlədən Dağlıq Qarabağa köçürülməsi ilə bağlı da təkzibedilməz məlumatlar vardı. Hətta erməni telekanallarlında İrəvana köçən, həmçinin Dağlıq Qarabağa yerləşdirilən ermənilərin görüntüləri yayılmışdı.

Qeyd edək ki, Livan və Suriya dünyada ermənilərin böyük icma təşkil etdiyi azsaylı ölkələrdən biridir. Suriya və Livana ermənilər əsasən, Birinci Dünya savaşı zamanı Osmanlı dövləti tərəfindən köçürülüb. Osmanlı dövləti ölkənin şərq əyalətlərində qiyam qaldıran və müharibə zamanı rus ordusu ilə birləşərək türk və kürd əhaliyə hücum edən erməniləri imperiyanın digər ərazilərinə köçürmək haqda qərar verib. Nəticədə İraq, Suriya, Livan və digər Yaxın Şərq ölkələrinə ermənilər köçürülüb. Hazırda ən böyük erməni icması Livanda, əsasən, paytaxt Beyrutda yaşayır. Beyrutda erməni məhəlləsi mövcuddur. Livanda təxminən 150 min nəfərə yaxın erməni yaşayır. Livanda mövcud olan 16 etnik qrupdan biridir. Beyrut universitetlərində xeyli sayda erməni müəllim, professor var. Bundan başqa Livanda 1975-90-cı illərdə davam edən vətəndaş müharibəsi zamanı silahlı qruplardan biri də Livan ermənilərinə məxsus olub. ASALA terror təşkilatı məhz bu dövrdə yaranıb.

Suriyada da erməni mövcudluğu əsasən Birinci Dünya Savaşı zamanına gedib çıxır. Ancaq daha əvvəl də bölgədə, xüsusən də Fələstin ərazilərində erməni icmaları mövcud olub. Suriyada başlayan müharibədən sonra Ermənistan hökuməti Suriyadan köçürülən ermənilərin Ermənistana yerləşməsində maraqlı olub. Ancaq Livanda ermənilərin durumu Suriyadan xeyli dərəcədə fərqli olub. Beyrutda ermənilər yaxşı təşkilatlanmış icma yaradıblar. Livanda bir zamanlar  ASALA-nın hərbi təlim düşərgələri mövcud olub. Birinci Qarabağ savaşında xaricdən gələn erməni muzdlularının böyük qismi məhz Livan üzərindən təşkilatlanaraq Ermənistana göndərilib. Bir sıra müşahidəçilərə görə, Livan Qarabağ savaşında ermənilərin ikinci əsas qərargahı olub. Karen Avenisyanın həmin illərdə Livanda gizli hərbi təlimlərə cəlb edilməsi bu baxımdan təəccüblü deyil.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Əvvəlki Yazı

Emin Ağalarov açıqladı – “Sea Breeze”də sərhədləri aşan musiqi təcrübəsi

Növbəti Yazı

Əvvəl müqavilə, ödəniş, sonra… – TƏBİB-in xəstəxanalarına müraciət edən firmalara şərt qoyuldu

EKSKLUZİV

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
9
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
16
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
9
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.