Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Putinin Azərbaycanda batan milyonları – SENSASİON DETALLAR

Sentyabr 16, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Rusiya QHT-lərini ölkəmizdə gücləndirmək ssenarisi iflasa uğrayıb; bu iş rus kəşfiyyatçısına həvalə edilibmiş… – faktlar

Rusiya Prezidenti Vladimir Putin cari ilin avqustun 29-da xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə prezident idarəsini ləğv edib. Məqsəd Prezident Administrasiyasının işini optimallaşdırmaq olub. Əvəzində aparatda strateji tərəfdaşlıq və əməkdaşlıq üzrə idarə yaradılıb. “Bakı-Xəbər” “The Insider” araşdırma nəşrinə istinadən yazır ki, Kreml keçmiş SSRİ ölkələrində “yumşaq güc”ü irəlilətməyə nail olmayıb və bu da təəccüblü deyil: Ayrılan pullar əməkdaşların qonşularının və qohumlarının yeməyə getdiyi mənasız tədbirlərə xərclənib, rəhbərlik isə daim dəyişib. 

Sözügedən idarə 2005-ci ildə Ukraynada “narıncı inqilab”dan bir il sonra yaradılıb: “Həmin hadisələr Putini çox qorxutdu və o, Prezident Administrasiyasında qonşu ölkələrdə “məxməri inqilablar”ın yaranmasının qarşısını ala biləcək, Kremlə sadiq siyasətçilərin və siyasi partiyaların təbliğatını apara biləcək şöbənin yaradılması barədə göstəriş verdi. Departamentin əməliyyat maraqlarına Ukrayna ilə yanaşı, Ermənistan, Azərbaycan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Moldova, Qazaxıstan, həmçinin Baltikyanı ölkələr və qondarma Abxaziya və Cənubi Osetiya respublikaları daxil olub”.

Məxfi sənədlərdən aydın olur ki, Azərbaycanla bağlı fəaliyyətlərə Xarici Kəşfiyyat Ximətinin zabiti Valeri Çernışov rəhbərlik edib: “Ona respublikanın tanınmış şəxsləri, o cümlədən məmurlar, hərbçilər və ictimai xadimlər barədə məlumatlar gəlirdi. Xarici Kəşfiyyat Ximətinin digər zabiti Dmitri Avanesov isə Ermənistandakı vəziyyəti izləyib. “The İnsider”in ixtiyarında Ermənistan hökumətindəki “köstəbək”dən xəbərlər var, o, Avanesova baş nazir Nikol Paşinyanın bütün hərəkətləri barədə məlumat verib”.

O da qeyd olunur ki, xarici ölkələrlə mədəni əlaqələr departamenti Rusiya Prezident Administrasiyası başçısının müavini Dmitri Kozak üçün qonşu ölkələrdəki vəziyyətlə bağlı məxfi hesabatlar hazırlayıb və o, daha sonra onları Putinə təqdim edib.

Məsələn, Kreml Azərbaycanda Türkiyədən fərqli olaraq Rusiyanın maraqlarını təşviq edəcək təşkilatların demək olar ki, tamamilə olmamasından çox narahat idi. Dmitri Kozaka “Azərbaycan” şöbəsinin məruzəsində deyilirdi ki, Azərbaycanda Rusiya QHT-lərini gücləndirmək məqsədəuyğundur. “Azərbaycan” departamentinin Kozaka verdiyi məxfi hesabatdan bir parçanı təqdim edirik: “Rusiya QHT-lərinin Azərbaycanda mövcudluğunun gücləndirilməsi məqsədəuyğundur. Rusiyanın mövqeyini təşviq edəcək real ictimai təşkilatların çatışmazlığı açıq şəkildə müşahidə olunur. Azərbaycanda mövcud QHT-lərin canlanması və ya yenilərinin yaradılması uzunmüddətli perspektivdə Rusiya təsirinin həyata keçirilməsi üçün “yumşaq güc” alətinin yaradılmasına kömək edərdi. QHT layihələri təkcə iri tədbirlərlə bitməməli, daim Azərbaycan cəmiyyətinə daxildən “nüfuz etməli”, kütləvi informasiya vasitələrində səslənməlidir. Həmvətənlərin birləşdiyi təşkilatlarla işi optimallaşdırmaq və sistemləşdirmək, lazım gələrsə, onların rəhbərlərini dəyişmək lazımdır… Emissarlar Azərbaycana tez-tez gəlməyə başladı, çoxsaylı seminarlar, dəyirmi masalar, konfranslar, jurnalistika məktəbləri təşkil olundu…

Daha sonra adıçəkilən idarənin keçmiş əməkdaşı “The İnsider”ə deyib ki, Azərbaycanda “yumşaq güc” üçün ayrılan böyük pullar Rusiya xüsusi xidmətinin struktur rəhbərləri və Azərbaycandakı əməkdaşları tərəfindən mənimsənilib: “Mənim hesablamalarıma görə, Azərbaycanla “dostluğa” yüz milyon dollardan çox pul töküldü, amma hər şey boş yerə getdi. Yenə də çox şey formal qeyd üçün və ya “balalayka diplomatiyası” ruhunda edildi. Və onlar həmişə içdilər, içdilər və içdilər…”

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov 

Artıq çoxları şübhə etmir ki, Kremlin mövcud siyasəti Rusiyanı sürətli şəkildə bataqlığa yuvarlamaqdadır. Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov “Yeni Müsavat”a bildirdi ki, Putinin 29 avqust 2024-cü ildə xarici ölkələrlə regionlararası və mədəni əlaqələr üzrə idarəni ləğv etməsi Kremlin postsovet məkanında “yumşaq güc” siyasətinin tam iflasını simvollaşdırır: “Bu qərar ”administrasiyanın optimallaşdırılması” adı altında təqdim olunsa da, əslində Rusiyanın keçmiş SSRİ ölkələrində təsirini saxlamaq üçün istifadə etdiyi mexanizmlərin səmərəsizliyini etiraf etməkdir. 2005-ci ildə Ukraynada “narıncı inqilab”dan sonra yaradılan idarə qonşu ölkələrdə “məxməri inqilablar”ın qarşısını almaq və Kremlə sadiq qüvvələri dəstəkləmək məqsədi daşıyırdı. Lakin praktikada korrupsiya və bürokratik xaosa qurban getdi. Ayrılan böyük məbləğlər mənasız tədbirlərə, şəxsi mənfəətlərə və ya sadəcə olaraq, mənimsənilməyə sərf olunub, nəticədə real təsir əldə olunmayıb”.

Ekspert hesab edir ki, Rusiyanın belə siyasəti ənənəvi imperialist yanaşmanın bariz nümunəsidir: “Qonşu dövlətləri öz maraqlarına tabe etmək üçün “köstəbək”lər, casuslar və manipulyativ QHT-lər vasitəsilə daxili işlərə müdaxilə etmək. Azərbaycan kimi suveren dövlətlər isə bu cəhdlərə qarşı dayanıqlılıq nümayiş etdirərək öz milli maraqlarını prioritetləşdirirlər”.

T.İsmayılov qeyd etdi ki, Kremlin Azərbaycanda Türkiyənin təsirini qısqanması və rusiyapərəst təşkilatların olmaması barədə narahatlığı onun imperialist ambisiyalarının dərinliyini göstərir: “”The Insider”in yazısından belə çıxır ki, bu idarənin fəaliyyəti, xüsusilə Azərbaycanla bağlı, Xarici Kəşfiyyat Xidmətinin zabitləri tərəfindən idarə olunub, bu da “mədəni əlaqələr”in əslində kəşfiyyat əməliyyatları olduğunu sübut edir. Valeri Çernışov kimi fiqurların Azərbaycanın tanınmış şəxsləri haqqında məlumat toplamaqla məşğul olması iddiası Rusiyanın qonşu ölkələrdə sabitliyi pozmaq potensialını vurğulayır. Azərbaycanın bu tip müdaxilələrə qarşı güclü immuniteti ölkənin müstəqil siyasətinin uğurunu təsdiqləyir. Rusiyanın “yumşaq güc” alətləri, seminarlar, konfranslar və jurnalistika məktəbləri kimi formal tədbirlərlə məhdudlaşaraq real ictimai nüfuz qazanmaqda uğursuz olub. Azərbaycan isə enerji resursları və strateji mövqeyi sayəsində Rusiya kimi hegemon güclərdən asılı olmadan inkişaf edir”.

Ekspert vurğuladı ki, Kremlin Ermənistan və Azərbaycan kimi ölkələrdə “köstəbək”lər vasitəsilə məlumat toplaması iddiası qonşu dövlətlərin daxili işlərinə qanunsuz müdaxilənin klassik nümunəsidir: “Dmitri Avanesovun Ermənistan hökumətindəki mənbələrdən məlumat alması Rusiyanın regionda qarşıdurmaları saxlamaq strategiyasını açıqlayır. Azərbaycanın bu proseslərdən uzaq durması və Qarabağ münaqişəsini öz gücü ilə həll etməsi ölkənin müstəqilliyinin parlaq nümunəsidir. Rusiyanın idarəni ləğv edərək yeni “strateji tərəfdaşlıq” idarəsi yaratması köhnə siyasətin yenidən qablaşdırılmasıdır, lakin bu dəyişiklik də imperialist mahiyyətini gizlədə bilmir. Azərbaycanın Rusiya ilə iqtisadi əlaqələri saxlayaraq eyni zamanda Avropa, Türkiyə və Asiya ilə inteqrasiyanı dərinləşdirməsi, diversifikasiya olunmuş xarici siyasətin üstünlüyünü göstərir. Rusiyanın “balalayka diplomatiyası” kimi təsvir olunan mədəni tədbirləri, yalnız xərc və vaxt itkisi ilə nəticələnib, real etimad qazanmaqda uğursuz olub. Azərbaycanın milli maraqlarını qorumaqda göstərdiyi qətiyyət regionda digər ölkələrə nümunə olur. Rusiyanın imperialist siyasəti, qonşu ölkələrdə QHT-ləri manipulyasiya etmək və rəhbərləri dəyişmək cəhdləri isə beynəlxalq hüquqa ziddir və regionda gərginliyi artırır. Azərbaycanın bu tip təzyiqlərə boyun əyməməsi ölkənin güclü idarəetmə sisteminin və xalqın birliyinin nəticəsidir”.

T.İsmayılov qeyd etdi ki, Azərbaycanın beynəlxalq arenada artan rolu Rusiyanın təsirini zəiflədərək regionda yeni balans yaradır: “Rusiyanın “yumşaq güc” fiaskosu onun hərbi gücə daha çox etibar etməsinə səbəb olur, bu da Ukrayna müharibəsi kimi nümunələrdə görünür. Azərbaycanın sülh və inkişaf yönümlü siyasəti isə qlobal imperialist ambisiyalardan üstün olduğunu sübut edir. Bu idarənin ləğvi postsovet məkanında geosiyasi dəyişikliklərin əlamətidir, harada ki, Rusiya təsirini saxlamaq üçün yeni taktikalar axtarır. Amma Azərbaycan kimi dövlətlərin müqaviməti, bu prosesi çətinləşdirir və Rusiyanın imperialist siyasətini ifşa edir. Azərbaycanın enerji dəhlizləri və tranzit layihələri ilə qlobal rol oynaması Rusiyanın monopoliya cəhdlərini məhdudlaşdırır. Azərbaycanın mədəni diplomatiyası isə həqiqi əməkdaşlığa əsaslanır və imperialist manipulyasiyalardan uzaqdır.

Rusiyanın “mədəni” siyasətinin uğursuzluğu onun iqtisadi və sosial problemlərinin dərinliyini göstərir, çünki daxili resursları xarici macəralara sərf edir. Azərbaycanın iqtisadi artımı və sosial sabitliyi isə Rusiya modelindən üstünlüyünü vurğulayır. Bu hadisə Rusiyanın “yaxın xaric” konsepsiyasının sonunu xəbər verir, harada ki, qonşu ölkələr artıq öz gələcəklərini müstəqil şəkildə formalaşdırırlar. Azərbaycanın Türkiyə ilə strateji ittifaqı da Rusiyanın regionda təsirini balanslaşdırır və imperialist siyasətə qarşı güclü qalxan yaradır. Azərbaycan kimi ölkələr Rusiyanın təzyiqlərinə boyun əymədən regionda sülh və sabitliyin təminatçısına çevrilirlər”.

Əvvəlki Yazı

İki səfirliyin Azərbaycanda vergi borcları var – 250 min manat

Növbəti Yazı

Dollarla bağlı yeni proqnoz

EKSKLUZİV

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0
Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

16 Dekabr 2025 / 16:48
0
Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

16 Dekabr 2025 / 16:45
0
Amnistiya bu şəxslərə şamil olunacaq

Amnistiya bu şəxslərə şamil olunacaq

16 Dekabr 2025 / 16:44
0

XƏBƏR LENTİ

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Aslan İsmayılovdan sabiq prokurorluq əməkdaşları ilə bağlı ittiham

Əvvəlcədən deyilənlər təsdiqini tapdı. Emil Ağacanov anlaqsız hesab edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.