Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

ÇİN AVTOMOBİLLƏRİ: HANSI PROBLEMLƏRİ VAR? – Alıcılar nələrə diqqət etməlidirlər? + QİYMƏTLƏR

Sentyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Son illər Azərbaycanda Çin avtomobillərinə maraq nəzərəçarpacaq dərəcədə artıb. Yerli avtosalonlarda yeni modellərin çeşidi genişlənib, şəhər yollarında isə “Changan”, “Geely”, “BYD” və “Chery” markalı Çin avtomobilləri tez-tez qarşımıza çıxmağa başlayıb.

Məlumata görə, təkcə ötən il ölkədə 29 456 ədəd Çin mənşəli avtomobil qeydiyyata alınıb. Bu göstərici ümumi avtomobil parkının təxminən 1,86%-ni təşkil edir ki, əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Azərbaycan bazarında ən çox seçilən Çin markası “Changan” olub – 8 950 ədəd. Onu BYD (4 083 ədəd), “Chery” (3 095), “Geely” (2 482) və “Haval” (2 655) izləyir. Daha az sayda olsa da, “Great Wall” (885), JAC (258), FAW (1 114), “Dong Feng” (557), “Baic” (1 842) və GAC (549) markaları da ölkə yollarında öz yerini tapıb.

Mütəxəssislər hesab edirlər ki, Çin markalarının sürətlə yayılmasının əsas səbəbləri onların münasib qiymətləri, müasir texnologiyalarla təchiz olunması və hibrid-elektrik modellərinin əlçatanlığıdır. Xüsusilə “BYD” və “Chery” markaları elektromobil bazarında yerli alıcıların marağını daha çox cəlb edir.

Ümumi qiymət tendensiyasına gəlincə, ucuz seqment Çin avtomobilləri (kiçik mühərrikli, sadə texniki avadanlıqlarla) təxminən 18 000–25 000 AZN arasıdır.

Orta seqment modellər — orta güclü mühərriklər, daha yaxşı komfort və bəzi texnologiyalarla — təxminən 25 000–35 000 AZN arası qiymətlərlə təqdim olunur.

Yüksək texnologiyalı, zəngin komfort paketi ilə təchiz olunan və ya plug-in, hibrid, elektrik əlavələri olan modellərin qiyməti isə daha da yüksəkdir (məsələn, 35 000 AZN-dən yuxarı).

Qiymətlər təqribən aşağıdakı kimidir:

Model İl Qiymət (AZN)
Changan Uni-Z 2025 25 990 AZN
Komplektasiya fərqli versiyası 2025 34 400 AZN
BYD Destroyer 05 2025 22 550 AZN
Başqa elan versiyasında 2025 18 020–22 965 AZN
Changan CS 55 Plus 2025 29 500–30 500 AZN
Changan Qiyuan Q07 2025 39 900 AZN
Changan Qiyuan Q05 2025 23 120 AZN
Geely Galaxy Starship 7 2025 29 240 AZN

Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ucuz qiymət və zəngin opsiyalara baxmayaraq, Çin avtomobillərinin bir sıra mənfi cəhətləri də var. İlk növbədə, korroziya problemləri, ehtiyat hissələrinin əlçatanlığı, asqı və kardan hissələri kimi komponentlərin tez sıradan çıxması, xüsusən də uzun məsafələrdə və çətin yol şəraitində sürücülərin qarşılaşdığı əsas problemlərdəndir.

Qısası, Çin avtomobilləri Azərbaycan bazarında əlçatan qiymət və müasir texnologiyaları ilə diqqət çəksə də, uzunmüddətli etibarlılıq baxımından hələ də suallar doğurur. Alıcılar üçün əsas sual isə budur: bu modelləri sərfəli qiymətinə görə almağa dəyərmi?

Nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu “AzPolitika”-ya şərhində bildirib ki, hazırda yerli bazarda həqiqətən də kifayət qədər çox Çin avtomobili var: “Son vaxtlar bazarda Çin maşınları ilə bağlı bir qədər durğunluq hiss olunur. Alıcılar artıq ABŞ və Koreya avtomobilləri ilə də maraqlanırlar. Əvvəllər isə bu avtomobillərə yönələnlər demək olar ki, yox idi, hamı Çin maşınına üstünlük verirdi. Biz də elə gözləyirdik ki, müəyyən vaxt keçsin, görək bu maşınlar necə performans göstərirlər”.

Ekspertin sözlərinə görə, bütün Çin markaları haqqında mənfi rəy bildirmək doğru olmaz: “Bu gün ölkəmizdə 60-a yaxın Çin markası var, bəlkə də daha çox. Onların sayı yavaş-yavaş azalacaq və nəticədə bazarda yalnız 5 əsas marka qalacaq. Çünki hazırda kifayət qədər çox Çin markası mövcuddur. Bizdə bəzən alıcılar rus forumlarına baxırlar. Orada bir avtomobil 3–5 il sürülür, problem çıxırsa, həmin təcrübəyə əsaslanaraq qərara gəlirlər ki, filan maşın keyfiyyətsizdir. Məsələn, bəzi “Changan” modellərində sürət qutusunda problemlər yaranır və bunun xərci də az deyil. Sürücülər artıq bunları gördükcə, məsələyə daha fərqli yanaşırlar. Amma ümumilikdə demək ki, bütün Çin maşınları pisdir – bu da düzgün olmaz. Sadəcə, alıcılar seçim edərkən daha diqqətli olmalıdırlar”.

Ekspert əlavə edib ki, problemlər həm də “boz bazar”dan qaynaqlanır: “Bizdə bazarın 80 faizi qeyri-rəsmi idxal bazarıdır. İnsanların özü bu avtomobilləri gətirir. Rəsmi distribyutordan alınmayan maşınlarda problem yarandıqda sürücü nə edəcəyini bilmir, məcbur olur usta axtarmağa, ehtiyat hissəsi tapa bilmir. Rəsmi distribyutordan alınsa belə, bu cür problemlər yenə yaşana bilər. Digər tərəfdən, servis xərcləri digər avtomobillərlə müqayisədə baha olur. İnsanlar düşünür ki, maşını ucuz alıb, amma sonradan bu xərcləri nəzərə almır. Məsələn, 25–30 minə aldığı maşının mayesini dəyişmək üçün 500–700 manat xərcləmək istəmir. Amma 70–80 minlik avtomobil alan sürücülər üçün bu xərclər normal görünür”.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə bildirib ki, hər bir avtomobilin öz alıcısı var: “Kimisi Avropa istehsalı, kimisi Çin, kimisi isə Yapon istehsalı avtomobil alır. Hər kəs seçim edərkən öz zövqünə, büdcəsinə və istismar vərdişlərinə əsaslanır. Ölkəmizə müxtəlif ölkələrdən maşınlar idxal olunur, həmçinin Çindən də gətirilir. Hibrid avtomobillər də mövcuddur”.

Ekspert qeyd edib ki, avtomobil rəsmi diler və distribyutordan alınıbsa və istehsalçı zəmanəti varsa, ciddi problem yaranma ehtimalı azdır: “Əgər problem çıxsa belə, istehsalçının hesabına nasazlıqlar aradan qaldırılır. Ümumiyyətlə, yeni avtomobil alarkən istehsalçı zəmanətinə, avtomobilin hansı ölkə üçün istehsal olunduğuna, hansı təhlükəsizlik standartlarına cavab verdiyinə, hansı yanacaqla çalışdığına və zəmanət müddətinə diqqət etmək lazımdır. Bu gün istehsalçılar avtomobillərə ən azı 5 il zəmanət verirlər”.

E. Bəyməmmədli
“AzPolitika.info”

Əvvəlki Yazı

Mədəd Zeynalovun bağça biznesi və məktəblərdə baş verən qanunsuzluqlar…

Növbəti Yazı

Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

EKSKLUZİV

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

17 Dekabr 2025 / 19:52
2
Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

17 Dekabr 2025 / 18:43
0
Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

17 Dekabr 2025 / 18:31
1
Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

17 Dekabr 2025 / 18:30
0

XƏBƏR LENTİ

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır

Milyonlar qazanan Azərbaycan klublarının gəlirləri + SİYAHI

Bakı limanında “mafiya filmi” ssenarisi – 3 milyonu aradan çıxardılar

Şəhərin mərkəzi palçıq içində: BŞİH və RİNN 4 aydır iş görmür – Video

11 abituriyent köməkçi vasitələrlə imtahana girib – DİM fotolar yaydı

Vanqanın 2026-cı il üçün qorxulu PROQNOZLARI

Azərbaycanda ciyərləri zədələyən virus yayılır? – Rəsmi AÇIQLAMA

Ermənistana milyonluq hərbi yardım yolu açıldı – Macarıstan qərarını dəyişdi

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.