Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Rusiyada Ağalarovla bağlı nə baş verir? – Moskva təhlükəli oyuna başladı

Sentyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Xəbər verdiyimiz kimi, Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova vəzifəsindən azad edilib. Məlumata görə, onun azərbaycanlı iş adamı Araz Ağalarovla sıx əlaqələrinin olması və Azərbaycan diasporuna yaxınlığı bu qərarın əsas səbəblərindən biri kimi göstərilir.

Qeyd edək ki, bir müddət öncə Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) Araz Ağalarova qarşı icraata başlayıb. Rəsmi səbəb borc mübahisəsi kimi təqdim olunsa da, prosesin mahiyyət etibarilə maliyyə məsələlərindən daha dərin səbəblərə söykəndiyi ehtimal olunur.

Xatırladaq ki, Ağalarovlara məxsus “Crocus City Hall” konsert kompleksi 22 mart 2024-cü ildə dəhşətli terror aktına məruz qalmışdı. Hadisə nəticəsində azı 150 nəfər həlak olmuş, 551 nəfər isə yaralanmışdı. Hücumla bağlı məsuliyyət daşıyan şəxslərin əslində kimlər olduğu və hadisənin arxasında hansı dairələrin dayandığı hələ də mübahisə mövzusudur. pizza

Son dövrlərdə baş verən hadisələr Ağalarovların – həm ata, həm də oğulun – Rusiya hakimiyyət dairələrinin hədəfinə gəldiyini göstərir. Onlarla bağlı aparılan proseslər, o cümlədən hüquqi təzyiqlər bu kontekstdə diqqət çəkir.

Bəzi müşahidəçilər isə bu gedişatın daha geniş geosiyasi fonu olduğunu qeyd edirlər. Belə ki, azərbaycanlı iş adamlarına qarşı artan təzyiqlər Azərbaycan–Rusiya münasibətlərindəki gərginlik, eləcə də Azərbaycanın ABŞ və Qərb ilə istiləşən əlaqələri fonunda dəyərləndirilir.

Bəs digər Azərbaycan əsilli iş adamları ilə bağlı vəziyyət necədir? Onlar da hədəfə çevrilə bilərmi?

Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, Krokus hadisəsindən sonra, Rusiya hakimiyyətində təmsil olunan müəyyən qüvvələrin ayrı-ayrı millətlərə qarşı münasibəti açıq şəkildə özünü göstərdi:

“Hadisəni törədən və ya heç bir əlaqəsi olmayan şəxslərin qısa müddət ərzində saxlanılması, həbs olunması və onlara qarşı sərt tədbirlərin görülməsi, əslində, bu məsələnin yaxın zamanda həll olunmayacağını göstərdi.

Bununla yanaşı, biz bu hadisəni Azərbaycan təyyarəsinin vurulması ilə müqayisə edirik. Həmin faciədə azərbaycanlı vətəndaşların da həyatını itirməsinə baxmayaraq, artıq bir ilə yaxın vaxt keçsə də, hadisəni törədənlərlə bağlı ciddi araşdırma aparılmayıb, məsul şəxslər məsuliyyətə cəlb edilməyib. Lakin Krokus faciəsinə münasibətdə tamamilə fərqli yanaşma sərgiləndi. Bu da onu göstərir ki, hadisələrə yanaşma eyni səviyyədə deyil və obyektivlikdən uzaqdır.

Digər tərəfdən, Rusiyada azərbaycanlı iş adamları Araz Ağalarov və Emin Ağalarova qarşı müəyyən münasibətlərin ortaya çıxması diqqət çəkir. Bu da son hadisələrlə bağlıdır. Halbuki söhbət yalnız azərbaycanlılardan getmir; ümumiyyətlə, müxtəlif millətlərdən olan sahibkarlar bu cür münasibətlərdən zərər görə bilərlər. Rusiyanın uzun illərdir geniş iş imkanları yaratdığı məlumdur. Burada təkcə azərbaycanlılar deyil, postsovet məkanından olan müxtəlif xalqlar biznes fəaliyyətləri ilə məşğuldurlar. Ağalarovlar da bir neçə gündür deyil, on illərdir ki, Rusiyada fəaliyyət göstərirlər.

Əslində, onlarla bağlı olmayan, Rusiyanın daxili gərginliklərindən qaynaqlanan hadisələrin nəticəsində iş adamlarının qurban verilməsi gələcəkdə sərmayə mühitinə mənfi təsir göstərəcək. Dünyanın əksər ölkələri ərazisinə sərmayə yatırılmasını, sahibkarlıq fəaliyyətini dəstəkləyir. Lakin Rusiya radikal və imperialist siyasət yürüdərək iş adamlarını qurban verərsə, bunun ən böyük zərərini gələcəkdə məhz Rusiya iqtisadiyyatı çəkəcək.

Əgər Moskva bu əsassız qarşıdurma siyasətindən əl çəkməsə, proses daha da genişlənəcək və təkcə azərbaycanlı iş adamları deyil, digər millətlərdən olan sahibkarlar da zərər görəcəklər.

Münasibətlərin normallaşması isə yalnız Rusiyanın atacağı addımlardan asılıdır. Məhz Rusiya tərəfi gərginliyi aradan qaldırmaq üçün üzərinə düşən öhdəliklərə əməl etməlidir”

Əvvəlki Yazı

Lənkəranskinin qardaşının 700 minə satdığı villası ilə bağlı fırıldağın – Təfərrüatı

Növbəti Yazı

İrəvanın strateji tərəfdaşları – Arasında Azərbaycana dost olanlar da var

EKSKLUZİV

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
12
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
16
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
9
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.