Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Məşhur alim dəhşətli kəşfdən sonra yoxa çıxdı: Onun düsturları III dünya müharibəsini dayandıra bilərdi

Sentyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29

Yüngül palto geyinmiş sovet fiziki Kordobanın dar küçəsində yerləşən otelini tərk edib və bir daha geri qayıtmayıb. Otaqda alimin şəxsi əşyalarına, külli miqdarda puluna və yarımçıq hesablamalarına toxunulmamışdı. Onun müəmmalı şəkildə yoxa çıxması sirr olaraq qaldı, kəşfləri isə keçmişdən gələn xəbərdarlıq kimi rezonans doğurmaqda davam etdi.

Paris Kommunasından Apokalipsisə

Vladimir Aleksandrov 1938-ci ildə Qorki vilayətinin simvolik adı “Paris Kommunasının Yaddaşı” olan kəndində dünyaya gəlmişdi. Həyatı rəqəmlərlə zəngin olan bu təvazökar alim heç vaxt düşünməzdi ki, bir gün III dünya müharibəsini dayandıra biləcək düsturların müəllifi olacaq. Dissertasiyasını müdafiə etdikdən sonra o, SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə qəbul edildi və burada sistem analizinin, ekoloji modelləşdirmənin banilərindən biri sayılan Nikita Nikolayeviç Moiseyevin rəhbərliyi altında çalışdı.

Известный ученый родился на борской земле

Aleksandrovun həyatındakı dönüş nöqtəsi 1970-ci illərin sonu – 1980-ci illərin əvvəllərinə təsadüf etdi. SSRİ-də mürəkkəb iqlim modellərini emal edə bilən texnologiya mövcud deyildi. Bu vaxt inanılmaz hadisə baş verdi: Milli İqlim Proqramının dəstəyi ilə amerikalı professor Coel Birli ona Boulder Atmosfer Tədqiqatları Mərkəzində superkompüterlə işləmək imkanı yaratdı. ABŞ-də keçirdiyi səkkiz ay sovet aliminin elmi karyerasında əsl sıçrayışa çevrildi.

O, alqoritmlərini sınaqdan keçirməklə yanaşı, “dəmir pərdə” arxasında əlçatmaz sayılan ən müasir texnologiyalara çıxış əldə etdi. Moskvaya döndükdən sonra Aleksandrov qlobal siyasəti dəyişdirə biləcək bir layihəyə başladı. 1983-cü ildə amerikalı astronom Karl Saqan “Nüvə qışı” nəzəriyyəsini nəşr etdirdi. Bu konsepsiyaya görə, nəhəng nüvə partlayışları biosferi məhv edərək Yer kürəsini uzunmüddətli soyumaya məruz qoya bilərdi. Moiseyev bu fərziyyəni sovet hesablama modelləri ilə yoxlamağı Aleksandrova tapşırdı. Nəticələr hətta alimin özünü də sarsıtdı.

Тайна профессора Александрова. Куда исчез человек, показавший ядерную зиму?  | Аргументы и Факты

Qlobal faciənin düsturu

Alim sübut etdi ki, mövcud nüvə arsenalının yalnız üçdə biri – təxminən 100 meqaton partlayıcı qüvvə – bəşəriyyətin məhvinə səbəb ola bilər. Bu miqyas milyonlarla ton asfaltı, plastiki, betonu və insan qalıqlarını yandıraraq şəhərlər üzərində yanğın fırtınaları yaradırdı. Aleksandrovun hesablamalarına görə, atmosferin küldən təmizlənməsi üçün 150 ilə yaxın vaxt tələb olunurdu. Bu müddət ərzində isə bəşəriyyət – sağ qalanlar belə – aclıqdan, soyuqdan və radiasiyadan məhv olacaqdı. O, məruzəsində yazırdı:
“Yer kürəsinin biosferi o qədər kəskin dəyişəcək ki, insan həyatının mümkünlüyü aradan qalxacaq.”

Amerikalı alimlər hesablamaları müstəqil şəkildə yoxladı və uyğunsuzluqlar 10 faizdən artıq olmadı. 1983-cü ildə Vaşinqtonda keçirilən beynəlxalq konfransda Aleksandrovun çıxışı elmi ictimaiyyəti heyrətə gətirdi. Lakin o, təkcə elm üçün deyil, siyasət üçün də təhlükəli şəxsə çevrilmişdi. Onun nəticələri hər iki fövqəldövlətin nüvə strategiyalarını əsaslandıran arqumentləri darmadağın edirdi.

Alim sübut edirdi ki, birinci zərbəni kimin vurmasının fərqi yoxdur. Çünki nüvə müharibəsinin başlanmasından cəmi bir neçə həftə sonra təcavüzkar dövlət özü yaratdığı “nüvə qışı” nəticəsində küllər altında qalacaq. Düşmən cavab verməsə belə, iqlim fəlakəti bütün planetdə kənd təsərrüfatını məhv edəcək, tədarük zəncirlərini pozacaq, şəhərləri donduracaq və kütləvi aclıq yaradacaq.

Bu nəticələr silahlanma yarışının mənasızlığını ifşa edirdi. Tarixdə ilk dəfə olaraq elm sadəcə xəbərdarlıq etmədi, həm də nüvə müharibəsinin siyasi alət ola bilməyəcəyini sübut etdi.

66059695-5bff-476e-8061-6f29b5c5e539.jpg (132 KB)

Qeybə çəkilən alim

Aleksandrovun bu hesablamaları və üstəlik də əlaqələri onu həm Sovet, həm də ABŞ kəşfiyyatları üçün təhlükəli fiqura çevirirdi. Amerikalı iqlimşünas Maykl Makkraken ilə dostluğu sayəsində o, ABŞ-ın nüvə silahlarının hazırlandığı Lourens Livermor Milli Laboratoriyasının superkompüterlərinə çıxış əldə etmişdi. Bu sistemlərin daxili modellərini, alqoritmlərini və zəifliklərini anlayan yeganə sovet alimi idi. Soyuq müharibənin ən gərgin vaxtında bu fakt onu həm Şərq, həm də Qərb kəşfiyyat orqanlarının hədəfinə çevirdi.

1985-ci ildə İspaniyanın Kordoba şəhərində nüvə müharibəsinin nəticələri ilə bağlı məruzə etmək üçün səfərdə olan alim həmkarlarının sözlərinə görə, əvvəllər olduğu kimi zarafat etmir, gərgin görünürdü. Çıxışından bir gün sonra Moskvaya qayıtmalı idi. Lakin həmin səhər otelini tərk edərək qeybə çəkildi. Otağında şəxsi əşyaları, sənədləri, elmi qeydləri və külli miqdarda pulu toxunulmamış qaldı.

6b5abcf6-3c84-41ed-8d41-d2c1802d65ce.jpg (138 KB)

İspaniya polisinin araşdırması nəticə vermədi. Rəsmi orqanlar bəyan etdi ki, alim sərhədi keçməyib və İspaniyanı heç bir yolla tərk etməyib. Onun taleyi sirr olaraq qaldı. Bəziləri Aleksandrovun SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən aradan götürüldüyünü iddia etdi. Digərləri isə bu işdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğunu irəli sürdü.

Beləliklə, onun müəmmalı yoxa çıxması elm və kəşfiyyat tarixində boş bir səhifə kimi qaldı. Aleksandrovun düsturları isə bu gün də səssizcə fəryad edir: bəşəriyyət hələ də onun qabaqcadan gördüyü uçurumun astanasında dayanır. Xüsusən Rusiyanın Ukraynaya açdığı müharibənin istiqamətinin nüvə silahlarından istifadəyə apara biləcəyi böyük əndişə yaradır. Rusiya rəsmiləri az qala hər həftə Avropanı nüvə müharibəsi ilə təhdid edirlər…

Aleksandrovun yoxa çıxmasından sonra onun laboratoriyası bağlandı. Lakin üzərində işlədiyi sonuncu layihəni həmkarları tamamladılar. Nəticələr dəhşətli idi: müəyyən ssenarilərə görə, ABŞ Çernobıldan sonra qeydə alınan səviyyədən 20 dəfə yüksək radiasiyaya məruz qala bilərdi…

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Əvvəlki Yazı

Türkiyədə azyaşlılara sosial şəbəkə qadağası, bəs Azərbaycanda?

Növbəti Yazı

Qeyri-sabit hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI – QAR yağacaq…

EKSKLUZİV

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
12
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
16
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
9
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 2026 / 13:07
36

XƏBƏR LENTİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Sumqayıt Teatrında “Aldanmış ər” tamaşasının premyerası keçiriləcək-FOTO

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.