Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Rusiyaya pul axınına qarşı çıxan iş adamları kimin sifarişi ilə həbs edilib – FOTOLAR

Sentyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Azərbaycanda yüksək vəzifəli məmurların və oliqarxların ölkə iqtisadiyyatına problem olması yeni məsələ deyil. Belə məmurlardan biri də Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Gömrük İdarəsinin sabiq rəisi  Rauf Rzayevlə bağlı yaşanıb. Ali Məhkəmənin sabiq sədri Ramiz Rzayevin qardaşı olan idarə rəisi Rusiyaya kənd təsərrüfatı məhsulu ixrac etmək istəyən sahibkarlar qarşısında keçilməz səddə çevrilmişdi. Sabiq rəis Rauf Rzayev kənd təsərrüffatı məhsullarının ixrac zamanı sahibkarlara qanundan kənar süni maneələr yaradırdı. O vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ixrac olunan malların invoys dəyərini qanunsuz olaraq qaldırırdı.  Bundan başqa adətən sahibkarlar öz məhsullarını Rusiyada gömrük rəsmiləşdirilməsini özləri ediblər. Bu da Rusiyada malların idxalı zamanı Azərbaycandan suni şəkildə ixrac olunmuş malların dəyərinə görə 20 %  əlavə dəyər vergisi ödəyiblər ki, həmin xərclər Azərbaycan vətəndaşının şəxsi vəsaitindən, dolayı yoldan valyutanın ölkədən kənara axınına və Rusiya Federasiyasının büdcəsinə axıb.

Bir həbsin tarixçəsi

Göründüyü kimi, gömrük əməkdaşları qanunsuz olaraq invoys dəyərini qaldırılması ilə Azərbaycan Respublikasının daxilində 5-ci kalona və Azərbaycan sahibkarlarının əli ilə Rusiya Federasiyasının dövlət büdcəsini doldurulmasına xidmət edirlər.  İki il öncə bu durumdan şikayətçi olan bir qrup iş adamı məsələni ictimailəşdirmiş və kənd təsərrüfatı mallarının ixracı kimi strateji bir sahədə bu problemin ciddiliyini bildirmişdi. Maraqlıdır ki, Bunun ardınca problemi yaradan şəxslər haqqında tədbir görülmək əvəzinə bu məsələni ictimailəşdirən iş adamları sıxışdırılıb. Belə ki, 2023-cü il dekabrın 25-də məlum müraciətin müəlliflərindən olan Hidayətov Zöhrab Raqub oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 192.3.2 və 206.3.2-ci maddələri ilə, Şirinov Elvin Valeh oğlu və Hümbətov Qaçqın Şura oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 192.3.2 və 206.3.2-ci maddələri və  təqsirləndirilmələrinə dair  cinayət işi başlanıb, bu şəxslər həbs edilib və hazırda  hakim Fəhmin Hümbətovun sədrliyi ilə Sumqayıq Ağır Cinayətlər Məhkəməsində baxılır. Məlumat üçün bildirək ki, Hidayətov Zöhrab Raqub oğlu 27 dekabr 1977-ci il tarixdə Bərdə şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır, əvvəllər məhkum olunmamışdır, ali təhsillidir. Bərdə şəhəri, Nüşabə küçəsi, ev 36-da qeydiyyatda olmaqla daimi olaraq Abşeron rayonu, Xırdalan qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Hidayətov Zöhrab Raqub oğlu 25 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 192.2.2 və 206.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət törədilməsində şübhəli şəxs qisminsdə tutulmuş, 27 dekabr 2023-cü il tarixdə onun əməlləri Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə tövsif edilərək həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İlk növbədə qeyd edilməlidir ki, Hidayətov Zöhrab Raqub oğlu ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilmir. Belə ki, onun əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 192.3.2 və 206.3.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər mövcud deyil.

 Qanunsuz sahibkarlıq yoxsa?

Azərbaycan Respublikası CM-nin 192-ci maddəsindən görünür ki, qanunsuz sahibkarlıq dedikdə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti başa düşülür. Z.Hidayətov vergi ödəyicisi kimi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elvin Şirinovun yanında tədarükçü vəzifəsində çalışmışdır. Göründüyü kimi, onların fəaliyyəti dövlət qeydiyyatına (vergi uçotuna) alınmış, kənd təsərrüfatı məhsullarının ixracı xüsusi razılıq (lisenziya) tələb olunan, eyni zamanda mülki dövriyyəsi məhdudlaşdırılmış fəaliyyət kateqoriyasına aid deyil.

Qaçaqmalçılıq ittihamının gerçək üzü

Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinə əsasən Qaçaqmalçılıq dedikdə – Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə malların və digər əşyaların  keçirilməsi başa düşülür.  Qeyd edilməlidir ki, ixrac olunan kənd təsərrüfatı məhsulları Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli deyil, gömrük sərhədindən gömrük nəzarəti altında keçirilmiş, mallar keçirilərkən gömrük sərhədinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən qanuni əsaslarla verilmiş sənədlər təqdim edilmiş, aldatma yolu ilə heç-bir gömrük eyniləşdirilməsi həyata keçirilməmiş, səhhəddən bəyan edilməmiş və ya düzgün bəyan edilməmiş hər hansı məhsul keçirilməmişdir. Göründüyü kimi, Z.Hidayətovun əməlində təqsirləndirildiyi CM-nin 192 və 206-cı maddələrin dispozisiyasında nəzərdə tutulmuş cinayətlər mövcud deyil.

İstintaqın yanlışlığı

İstintaq orqanı tərəfindən iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmamış və Hidayətov Zöhrab Raqub oğlunun qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olması, eləcə də qaçaqmalçılıq əməlləri törətməsi istintaqla sübuta yetirilməmişdir. Belə ki, əmək müqaviləsi bildirişlərindən görünür ki, Hidayətov Zöhrab Raqub oğlu digər 4 nəfərlə birlikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına (vergi uçotuna) alınmış fiziki şəxs olan işəgötürən Şirinov Elvin Valeh oğlunun “menecer” vəzifəsi üzrə işçisidir və aylıq əmək haqqı 345 manat təşkil edir. Belə olan halda istintaq orqanı tərəfindən əməlin qanunsuz sahibkarlıq kimi tövsif edilməsi tamamilə qanunsuzdur. Belə ki, əmək müqaviləsi əsasında çalışan işçinin öz üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirməsinin iş icraçısı kimi qiymətləndirilməsi tamamilə absurd və ağlasığmazdır.

İttiham aktında 2022-ci ildə Şirinov Elvin Valeh oğlu və Hümbətov Daşqın Şura oğlunun vergi orqanlarında fərdi sahibkar kimi qeydiyyata alınmasını Hidayətov Zöhrab Raqub oğlunun təmin etdiyi göstərilsə də, həqiqətdə Şirinov Elvin Valeh oğlu 2006-cı ildən, Hümbətov Qaçqın Şura oğlu isə 2021-ci ildən vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmişlər. Göründüyü kimi, işəgötürən Şirinov Elvin Valeh oğlu işçi Hidayətov Zöhrab Raqub oğlu ilə əmək müqaviləsi bağlayanadək fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq fəliyyət göstərmiş, işçilər Hidayətov Zöhrab Raqub oğlu, Caniyev Şahrur Məmmədəli oğlu, Hidayətov Təyyar Hidayət oğlu, Hümbətov Ceyhun Şəmsəddin oğlu və Hümbətov Şahin Şəmsəddin oğlu ilə əmək müqaviləlləri bağlayaraq onları işə qəbul etdikdən sonra da, qanuni fəliyyətini davam etdirmişdir. Əmək müqaviləsi ilə işləyən işçinin öz vəzifəsini icra etməsi qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma, vergi orqanında qeydiyyata alınaraq (VÖEN) əldə etmiş işəgötürənin isə əmək müqaviləsi əsasında işləyən işçisi ilə birlikdə çalışması köməkçilik əməli kimi tövsif oluna bilməz.

5-ci kalon izi

Bütün hüquqi və məntiqi məqamlar hazırda həbsdə olan  Hidayətov Zöhrab Raqub oğlu və  Şirinov Elvin Valeh oğlunun sifarişli həbs olunduğunu göstərir. Həbsdən əvvəl isə bu şəxslərin qanunsuz olaraq Azərbaycandan Rusiyaya pul ötürülməsinə qarşı çıxdıqlarını nəzərə alsaq sifarişçilərin kimliyi aydınlaşar. Azərbaycan dövlətinin bütün istiqamətlər üzrə Rusiyaya qarşı münasibəti ortaya qoyduğu bir vaxtda məlum sifarişin ortadan qalxmaması hələ də sual yaradır: 5-ci kalon öz gücünü göstərir?

Əvvəlki Yazı

Qeyri-sabit hava şəraiti ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI – QAR yağacaq…

Növbəti Yazı

Kreml diaspora başçılarımızdan nə istəyir? – “Pul toplamağıma imkan vermirlər…”

EKSKLUZİV

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

17 Dekabr 2025 / 19:52
1
Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

17 Dekabr 2025 / 18:43
0
Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

17 Dekabr 2025 / 18:31
1
Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

17 Dekabr 2025 / 18:30
0

XƏBƏR LENTİ

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır

Milyonlar qazanan Azərbaycan klublarının gəlirləri + SİYAHI

Bakı limanında “mafiya filmi” ssenarisi – 3 milyonu aradan çıxardılar

Şəhərin mərkəzi palçıq içində: BŞİH və RİNN 4 aydır iş görmür – Video

11 abituriyent köməkçi vasitələrlə imtahana girib – DİM fotolar yaydı

Vanqanın 2026-cı il üçün qorxulu PROQNOZLARI

Azərbaycanda ciyərləri zədələyən virus yayılır? – Rəsmi AÇIQLAMA

Ermənistana milyonluq hərbi yardım yolu açıldı – Macarıstan qərarını dəyişdi

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Nüvə sintezi mərkəzinin direktoru evində GÜLLƏLƏNDİ

İcra başçılarını “ipdən alan” qərar

İnanılmaz iddia: sayımız artmaq əvəzinə azalacaq

Nazirin bu açıqlaması qalmaqal yaratdı

Böyük təhlükə gəlir – Dünyanın yeni KABUSU… ŞOK DETALLAR

Abbas Abbasov Türkiyədən Rusiyaya qaçdı

Azərbaycandan milyardları kimlər çıxarır?

Dünyanın ən böyük hava qüvvələrinə malik 10 ölkəsi (SİYAHI)

Əhaliyə təcili XƏBƏRDARLIQ: Bu gündən BAŞLAYIR…

2100-cü ilə qədər dünyanı GÖZLƏYƏN TƏHLÜKƏ

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.