Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Türkiyədə azyaşlılara sosial şəbəkə qadağası, bəs Azərbaycanda?

Sentyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Ekspertlər deyir ki, bunun praktik tətbiqi çətindir, yalnız VPN-lə… 

Türkiyədə, nəhayət, 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsi təsdiqlənib. Bu barədə NTV telekanalı xəbər verib.

Sənədə əsasən, provayderlər 16 yaşınadək uşaqlara xidmət göstərə bilməyəcək ki, bu da beynəlxalq platformaları onlar üçün əlçatmaz edir. Təşəbbüsün məqsədi uşaqları rəqəmsal təhlükələrdən və internetdəki zərərli məzmundan qorumaqdır. Qaydaların qüvvəyə minməsinin təfərrüatları və nəzarət üsulları isə hələ dəqiqləşdirilir.

Azərbaycanda da bu mümkünmü? Bəs qadağaların praktik tətbiqi necə, mümkün olacaqmı? 

Qeyd edək ki, yalnız Türkiyə deyil, dünyanın bir çox ölkəsində bu istiqamətdə müzakirələr aparılıb. Misal üçün, Avstraliya da 2024-cü ildə buna bənzər bir qanunu müzakirəyə çıxarıb. Yeni qaydalara əsasən, 16 yaşdan aşağı uşaqlar sosial media hesabı aça bilməyəcək və platformalar bu yaş məhdudiyyətinə əməl etmədikdə böyük cərimələrlə qarşılaşa bilərlər. Qanunun 2025-ci ilin sonunda qüvvəyə minməsi planlaşdırılır. Avropa ölkələrində isə daha yumşaq, amma nəzarətə yönəlik qaydalar mövcuddur. Fransada 15 yaşdan kiçik istifadəçilərin sosial media hesabı yaratması üçün valideyn razılığı tələb olunur. Almaniyada da 13 yaşdan aşağı şəxslər üçün sosial media istifadəsi yalnız valideyn icazəsi ilə mümkündür, 13-16 yaş arası qrupda da bəzi məhdudiyyətlər var. Belçika və İtaliyada da bənzər tənzimləmələr qüvvədədir. Norveç isə 2025-ci ilin sonundan etibarən sosial media üçün minimum yaş həddini 13-dən 15-ə qaldırmağı planlaşdırır.

Bu kimi tədbirlərin məqsədi uşaqları onlara zərər verə biləcək rəqəmsal təsirlərdən qorumaq, internet mühitində daha təhlükəsiz mühit formalaşdırmaqdır. Lakin tam qadağaların effektivliyi və texnoloji olaraq necə nəzarət ediləcəyi hələ də geniş müzakirə mövzusudur.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, Türkiyənin qəbul etdiyi qərar – 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması – uşaqları rəqəmsal təhlükələrdən qorumaq baxımından müsbət təşəbbüsdür: “Azərbaycanda da bu mövzu nəzəri olaraq gündəmə gələ bilər, lakin praktiki tətbiqi asan deyil. Çünki beynəlxalq sosial şəbəkələr əsasən öz qlobal qaydalarına uyğun fəaliyyət göstərir və yaş yoxlaması çox vaxt formal xarakter daşıyır. Bundan əlavə, VPN və digər alternativ vasitələrin köməyi ilə belə məhdudiyyətlərin asanlıqla aşılması mümkündür.

Ona görə də, sadəcə, qadağa ilə problemi həll etmək mümkün deyil. Əsas diqqət uşaqların rəqəmsal savadlılığının artırılmasına, valideyn nəzarət mexanizmlərinin gücləndirilməsinə və beynəlxalq platformalarla əməkdaşlığa yönəlməlidir. Bu yanaşma həm uşaqların təhlükəsizliyini təmin edər, həm də qadağaların formal qalmasının qarşısını alar”.

e94fe6523996f10b3c22f1f077c2d613.jpg (229 KB)

İnnovasiya üzrə mütəxəssis Bəxtiyar Həsənov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib: “Hazırda Türkiyədə müzakirə olunan məsələ rəsmi qəbul olunmuş qərar deyil, sadəcə, gündəmə gətirilmiş bir təşəbbüsdür. Lakin belə təşəbbüslərin cəmiyyət üçün faydalı tərəfləri, həmçinin mübahisəli məqamları var. Əvvəlcə qeyd etmək lazımdır ki, uşaq və yeniyetmələrin sosial şəbəkələrdə təhlükəsizliyi bütün dünyada müzakirə olunan mövzudur. İnternetdəki zərərli məzmun, kiberzorakılıq və manipulyativ informasiyalar uşaqların psixoloji inkişafına ciddi təsir göstərə bilir. Buna görə də beynəlxalq platformalarda belə mövzular daim aktuallığını saxlayır. Digər tərəfdən, praktik tətbiq məsələsi xüsusilə Avropadakı təcrübələrdə göründüyü qədərilə müəyyən çətinliklər yaradır. Çünki sosial şəbəkələr qlobal xarakter daşıyır və onların üzərində nəzarəti təkcə milli qanunlarla təmin etmək çox vaxt effektli olmur. Təcrübə göstərir ki, burada valideynlərin maarifləndirilməsi, uşaqlar üçün rəqəmsal savadlılıq proqramları və texniki nəzarət alətlərinə fokuslanmaq önəmli rol oynayır.

Məsələnin Azərbaycan reallığında da müzakirə olunması göründüyü qədər hələ ki gündəmdə deyil. Amma hər hansı qərar qəbul olunmazdan əvvəl geniş ictimai və ekspert müzakirələri aparılmalıdır. Çünki məqsəd qadağa qoymaqdan çox, uşaqlara riskləri öyrətmək, valideynlərə və müəllimlərə maarifləndirmə imkanları, yolları yaratmaqdır. Yekun olaraq onu deyə bilərəm ki, belə mövzulara emosional yox, elmi əsaslarla yanaşmaq vacibdir. Texnologiya sürətlə dəyişir, biz də buna ayaqlaşmalı, qərarları düşünülmüş şəkildə məntiqlə verməyə çalışmalıyıq”.

Əvvəlki Yazı

Paşinyandan kommunikasiyaların açılması ilə bağlı SON DƏQİQƏ açıqlaması

Növbəti Yazı

Məşhur alim dəhşətli kəşfdən sonra yoxa çıxdı: Onun düsturları III dünya müharibəsini dayandıra bilərdi

EKSKLUZİV

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
19
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
1
Bəylər Eyyubova yeni imtiyaz verildi

Bəylər Eyyubova yeni imtiyaz verildi

18 Dekabr 2025 / 19:40
2

XƏBƏR LENTİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.