Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Azərbaycana borclu olanlar, borclu olduğumuz ölkələr – aradakı fərq

Sentyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Gürcüstan uzun illər boyu Rusiya, Azərbaycan və Ermənistana olan borcunu tam ödəyib. Bu barədə TASS Gürcüstanın Maliyyə Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, Gürcüstanın ümumi dövlət borcu 1,56 milyard dollar olub, bunun da 156,9 milyon dolları Rusiyanın payına düşüb. Qeyd olunur ki, Gürcüstanın Azərbaycan və Ermənistana olan borcunun məbləği son vaxtlar təxminən bərabər və 1 milyon dollardan az olub.

İqtisadçı Eldəniz Əmirov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, hazırda Azərbaycanın daxili borcu xarici borcundan iki dəfə çoxdur. Konkret xarici dövlət borcuna diqqət çəkən iqtisadçı qeyd etdi ki, bu məbləğ 5 milyard 75 milyon ABŞ dollarıdır ki, bu da ÜDM-in 6,6 faizinə bərabərdir: “Bu məbləğin 49,9 faizi qısamüddətli borclardır. Orta müddətli borclar isə 5 ildən 10 ilə qədərdir. Bu da 44 faiz təşkil edir. Daha dəqiq desək, 49,2 faiz, 5,9 faiz isə müddəti 10 ildən çox olan borclardır. Burada müxtəlif beynəlxalq maliyyə təsisatları – Asiya İnkişaf Bankı 35 faiz, Dünya Bankı 15 faiz və digər kredit təşkilatlarının payı da var. Təxminən yarısı dəyişən faizlə, digəri isə sabit faizlə. Daxili borcumuz isə ÜDM-in 13,8 faizi -10,5 milyard ABŞ dolları həcmindədir.

Hazırkı vəziyyəti təhlil etsək, hesab edirəm ki, digər ölkələrin göstəriciləri ilə müqayisədə Azərbaycanın həm daxili, həm də xarici borcu kifayət qədər qənaətbəxşdir. Bu və növbəti illərdə dövlətin borclanmasının artacağını düşünürəm, çünki strateji olaraq ÜDM-in 30 faizə çatdırılması riskli deyil. Bu baxımdan büdcə kəsirinin maliyyələşdirilməsi üçün borclanmanın artırılacağı gözlənilir”.

Qeyd edək ki, Maliyyə Nazirliyinin bu günlərdə açıqladığı məlumatda bildirilib ki, Azərbaycan hökuməti 2025-ci ilin yekununda dövlət borcunun 25 milyard 404,1 milyon manat, 2026-cı ilin yekununda isə 27 milyard 51,7 milyon manat təşkil edəcəyini proqnozlaşdırır. 2026-cı ildə Azərbaycanda dövlət borcuna və öhdəliklərinə xidmət xərclərinin 2 milyard 457,6 milyon manat olması nəzərdə tutulur. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,4% çoxdur. Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.

O ki qaldı dövlət büdcəsinin gəlir və xərclərinə, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir. Bunlar 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 0,2% və 0,3% çoxdur.

Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib ki, Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 2029-cu ilin sonunda isə 32 milyard manat səviyyəsinə çatacağı gözlənilir. Bu da o deməkdir ki, qarşıdakı 4 ildə Azərbaycanın dövlət borcu 6,6 milyard manat arta bilər. Azərbaycan Prezidentinin 30 dekabr 2022-ci il tarixli 3702 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” ilə müəyyən edilən hədəflərə Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2023-cü il tarixli 4021 nömrəli Sərəncamı ilə dəyişikliklər edilərək 2025-ci ilin sonunadək dövlət borcunun ümumi daxili məhsula (ÜDM-ə) nisbətinin yuxarı həddinin 30 faizdən aşağı səviyyədə saxlanılması, bu zaman xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi kimi hədəflər müəyyən edilib.

Qeyd edilib ki, 2025-ci il 1 iyul tarixinə dövlət borcunun həmin tarixə 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-ə nisbəti 19,6 faiz təşkil edib ki, bu da büdcə qaydasının ortamüddətli dövr üzrə dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı hədd göstəricisindən 10,4 faiz bənd az olub. Bununla da Strategiyada nəzərdə tutulan dövlət borcunun ÜDM-ə nisbətinin 30 faizlik yuxarı həddi gözlənilib. Vurğulanıb ki, 2025-ci il ərzində Prezident tərəfindən müəyyən olunmuş bir sıra prioritet sahələr, o cümlədən, nəqliyyat sektoru, su təchizatı, məşğulluq və sosial müdafiənin gücləndirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq 11 maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara başlanılıb və qeyd olunan bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi məqsədilə beynəlxalq maliyyə institutları ilə kredit müqavilələri imzalanaraq təsdiq edilib.

Növbəti dövr ərzində də beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində prioritet layihələrin maliyyələşdirilməsi üçün kredit vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 25,4 milyard manat səviyyəsinə və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizinə çatacağı gözlənilir.

Ortamüddətli (2026-2029-cu illər) dövrün sonuna Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləğinin 32 milyard manat səviyyəsinə çatacağı və 2029-cu il üzrə proqnozlaşdırılan ÜDM-in 19,8 faiz səviyyəsində olacağı gözlənilir.

Əvvəlki Yazı

Revanşistlərin “Qərbi Ermənistan və artsax” sancıları – Paşinyana iki “ev tapşırığı”

Növbəti Yazı

Milli dərman sektorunda “inqilab” – xaricdən asılılıq azalır

EKSKLUZİV

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
20
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3
Bəylər Eyyubova yeni imtiyaz verildi

Bəylər Eyyubova yeni imtiyaz verildi

18 Dekabr 2025 / 19:40
2

XƏBƏR LENTİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.