Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Siyasət

SEPAH terrorçu təşkilat kimi tanındı – nə vaxtsa Azərbaycan da…

Sentyabr 19, 2025
A A

REDAKTORUN SEÇİMİ

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

31 Oktyabr 25 / 16:04
Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

31 Oktyabr 25 / 11:35

Ekvador hökuməti SEPAH, HƏMAS və “Hizbullah”ı rəsmi olaraq terror təşkilatları kimi tanıyıb. Bu barədə müvafiq qərar ölkə prezidenti Daniel Noboa tərəfindən imzalanmış 128 nömrəli sərəncamla qüvvəyə minib.

Sərəncamda bildirilir ki, bu təşkilatlar Ekvadorun suverenliyi, ictimai təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi təhdid yaradır. Qərarın verilməsində Ekvador Milli Kəşfiyyat Mərkəzinin bu qrupların Latın Amerikasında geniş şəkildə mövcudluğu və yerli cinayət şəbəkələri ilə mümkün əlaqələri barədə verdiyi xəbərdarlıq əsas rol oynayıb (Axar.az).

Məlumdur ki, konkret olaraq SEPAH İranın Azərbaycana münasibətdə son dərəcə radikal mövqedə dayanan hərbi-siyasi qurumudur. SEPAH-a bağlı media dəfələrlə ölkəmizə qarşı, ərazi bütövlüyü və suverenliyimizə qarşı şər-böhtan xarakterli materiallar, o cümlədən videosüjetlər tirajlayıb. Çox vaxt hökumətin mötədil siyasəti ilə uzlaşmayan bu destruktiv yanaşma, qarayaxma kampaniyası indi də davam edir.

Belə olan surətdə nə vaxtsa Azərbaycanda da SEPAH-ın terrorçu qurum kimi tanınma məsələsi gündəmə gələ bilərmi?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü, Azərbaycan-Ekvador parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, SEPAH, HƏMAS və “Hizbullah”ı terror təşkilatları kimi tanımaları ilə bağlı Ekvador Prezidenti Daniel Noboanın imzaladığı 128 nömrəli sərəncam ilk baxışda Ekvadorun daxili təhlükəsizlik maraqlarına əsaslanırmış kimi görünsə də, əslində burada xarici və qlobal faktorlar həlledici rol oynayıb: “Təbii ki, belə bir qərarın verilməsində daxili amillər də var. Amma bu terror təşkilatı kimi tanınan qruplaşmaların birbaşa fəaliyyəti ilə bağlı deyil. 

Məsələn, son illərdə Ekvadorda narkotik kartelləri və transsərhəd cinayət şəbəkələrinin fəallaşması hökuməti daha sərt təhlükəsizlik siyasəti yürütməyə məcbur edib. Bu fonda “xarici” terror qruplarının da rəsmi siyahıya salınması dövlətin öz təhlükəsizlik konsepsiyasını həm də qlobal trendlərə uyğunlaşdırmaq cəhdidir. Bununla yanaşı, ABŞ və Latın Amerikasındakı əsas tərəfdaşlar uzun müddətdir ki, SEPAH, HƏMAS və “Hizbullah”ın bu regionda gizli maliyyə kanalları, diaspor şəbəkələri və narkotik ticarəti ilə əlaqələri barədə region ölkələrinə dəfələrlə xəbərdarlıqlar edirlər. Xüsusilə “Hizbullah”ın Cənubi Amerikada narkotik və çirkli pulların yuyulması əməliyyatlarında iştirak etdiyi dəfələrlə sübut olunub. Deməli, Ekvadorun qərarı həm daxili təhlükəsizlik, həm də ABŞ ilə siyasi-ictimai yaxınlaşma siyasətinin nəticəsi kimi ortaya çıxıb”.

Deputatın fikrincə, nəzərə almaq lazımdır ki, SEPAH-ı HƏMAS və “Hizbullah”dan fərqləndirən spesifik xüsusiyyətlər var: “SEPAH  formal olaraq İranın dövlət strukturlarına daxildir. Ancaq onun spesifikliyi ondadır ki, SEPAH birbaşa İranın dini liderinə tabedir. Yəni dövlətin seçilmiş prezidentindən və hökumətindən daha çox seçilməmiş, xalq iradəsini təmsil etməyən teokratik rəhbərə bağlıdır. Bu isə beynəlxalq münasibətlərdə qəbul edilmiş legitim idarəçilik modelinə ziddir. SEPAH İranda həm iqtisadiyyatın mühüm hissəsini nəzarətə götürüb, həm də kəşfiyyat, xarici əməliyyatlar və ideoloji təbliğat sahəsində dövlətin ”ikinci hökuməti” rolunu oynayır. Faktiki olaraq, SEPAH beynəlxalq hüquqa görə dövlət qurumu deyil, “dövlət içində dövlət” strukturudur.

Məlum olduğu kimi, ABŞ SEPAH-ı terror təşkilatı kimi tanıyıb, Avropa İttifaqı isə onun “Qüds” xüsusi bölməsini sanksiyalara məruz qoyub. Bu, göstərir ki, beynəlxalq ictimaiyyət SEPAH-ı legitim dövlət orqanı kimi deyil, ideoloji-terrorizm mərkəzi kimi qəbul edir. Ekvadorun qərarı göstərir ki, artıq SEPAH və ona bağlı radikal qruplar təkcə Yaxın Şərqdə deyil, qlobal miqyasda təhlükə mənbəyi kimi qəbul olunur. Bu, Azərbaycanın da perspektivdə qarşısında duran seçimlərdən biridir. Çünki SEPAH-ın fəaliyyəti dövlətlərin daxili işlərinə qarışmaq, radikal dini ideologiya yaymaq və milli suverenliyi hədəfə almaq üzərində qurulub”.

E.Mirzəbəyli xatırlatdı ki, Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdən başlayaraq SEPAH ölkəmizə qarşı gizli və açıq təxribatlar həyata keçirib və bu fəaliyyətlər həm siyasiləşmiş məzhəbçi ideologiya üzərindən, həm də ən müxtəlif müstəvilərdə təxribatçı üsullarla icra olunub: “Məlum olduğu kimi, son illərdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları nəticəsində onlarla SEPAH agenti ifşa edilib. Bu şəxslər Azərbaycanın müxtəlif regionlarında İranın xüsusi xidmət orqanlarına məlumat toplamaq, strateji obyektləri izləmək və təxribat hazırlıqları aparmaqda ittiham olunublar. 2022-2023-cü illərdə Azərbaycanda “Hüseyniyyun” adlı qondarma silahlı qruplaşma ilə bağlı istintaq işləri aparılıb. Bu qurumun birbaşa SEPAH tərəfindən idarə olunduğu sübut olunub. SEPAH Azərbaycan daxilində radikalizmi gücləndirmək məqsədilə din pərdəsi altında gizlənən ayrı-ayrı qruplara maliyyə və ideoloji dəstək verib. Bu qrupların bir hissəsi Vətən müharibəsi, antiterror əməliyyatları zamanı belə parçalanma yaratmağa cəhd göstəriblər.

Onların əsas şüarları dövlətçilik prinsiplərinə qarşı yönəlib. SEPAH-a bağlı televiziya kanalları və internet resursları Azərbaycanda ictimai fikri manipulyasiya etməyə çalışıb. Bu resurslar açıq şəkildə Azərbaycanın İsrail və Qərb dövlətləri ilə əməkdaşlığını hədəf alıb, ölkə daxilində antidövlət narrativləri yaymağa xidmət edib. SEPAH işğal dövründə, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Ermənistanla açıq-aşkar siyasi yaxınlıq nümayiş etdirib. İran ərazisindən Ermənistana silah daşınması ilə bağlı faktlar dəfələrlə gündəmə gəlib. Bu, Azərbaycanın ərazi bütövlüyünə qarşı aparılan siyasətdə SEPAH-ın dolayısı ilə iştirakını göstərir”.

Deputatın sözlərinə görə, bütün bunlar sübuta yetirir ki, SEPAH-ın Azərbaycana qarşı fəaliyyəti artıq sistemli, ardıcıl və təhlükəli xarakter daşıyır: “Casus şəbəkələrinin ifşası, radikal dini qrupların maliyyələşdirilməsi, terror planları və Ermənistanla strateji yaxınlıq SEPAH-ın mahiyyət etibarilə terrorçu təşkilat olduğunu sübut edir. Düşünürəm ki, beynəlxalq miqyasda qəbul edilmiş legitimlik əsası olmayan SEPAH kimi təşkilatların mövcudluğu ilk növbədə İranın legitim dövlət orqanları üçün ən böyük təhlükədir. Hazırkı geosiyasi proseslər sübuta yetirir ki, beynəlxalq birliyin qarşısında SEPAH kimi təşkilatların və onların proksi qollarının sıradan çıxarılması əsas vəzifələrdən biri kimi dayanır. Və bu vəzifənin sonuna qədər icra olunacağına şübhə etmirəm. Azərbaycanın SEPAH-ı terror təşkilatı kimi elan etməsinə gəldikdə isə istintaq və məhkəmə istintaqı materiallarında SEPAH-ın adının terrora dəstək verən bir təsisat kimi faktoloji olaraq hallandırılması, artıq bu təsisata hüquqi müstəvidə olan münasibəti göstərir. Önəmli olan da budur”.

Əvvəlki Yazı

“Bravo”dan alıcılara endirim fırıldağı-Videofakt

Növbəti Yazı

Nərimanov Tibb Mərkəzində təmir bitmir :19 milyon hara gedib?

EKSKLUZİV

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

03 Noyabr 2025 / 16:17
3
ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

03 Noyabr 2025 / 13:09
4
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 2025 / 12:14
9
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 2025 / 12:01
3

XƏBƏR LENTİ

“Ramiz Mehdiyev işi” sabiq əmlak məmurları arasında təlaşa səbəb olub

ADA ilə “Veysəloğlu”nun tərəfdaşlığı uğurla davam edir – xeyriyyə məqsədli festival keçirilib

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Kirayə bazarında yeni dövr: Nələr dəyişəcək, kim nəzarət edəcək?

Ramiz Mehdiyevin “qara kassası” üzə çıxdı: Qaynından iş adamına qarşı AĞIR İTTİHAMLAR

Dünya qopur: NATO Rusiya ilə müharibəni qaçılmaz sayır – hərbi rəhbərlik savaşa hazırlaşır

Ziya Məmmədov həbsdən necə qurtulub? — SENSASİON SİRLƏR ÜZƏ ÇIXDI

Doğum azalır, narahatlıq artır: Müəllimlərin gələcəyi necə olacaq?

Trampın oğlu Ermənistana niyə gəlir? (ŞƏRH)

Mənzil bazarında bahalaşma davam edir – Səbəb nədir?

Əsgərlik müddəti azaldıla bilər – Ermənistandan sonra…

Rusiya Qafqazda yeni “cəbhə” açır – sensasion hədə

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov danışdı: “Yalandır, hazırda Bakıdayam, danışmaq istəmirəm”

Paşinyana qarşı hərbi çevriliş planı – 102-ci bazaya yaxın…

Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Revanşistlər istəyinə çatdı – sülh sazişi…

İpoteka ilə bağlı qərar – BUNDAN SONRA…

Cinayət işi ən ağır bəndlərlə aparılır

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

Sürücülük vəsiqəsin evdə unudub, maşın sürmək olarmı?

Parlamentdə YENİ QAYDA – 1 MiLYONLUQ CƏRİMƏ

Vəkillər üçün YENİ XƏBƏR

DTX-nin həbs etdiyi icra başçısı Ramiz Mehdiyevlə qonşu imiş – FOTOLAR

Güney hərəkatının fəalları aclıq aksiyasına başlayıb

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını niyə icra etmir?

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.