Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Qazaxda 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar şəhid ailələri ilə görüş keçirilib

Sentyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

17 Noyabr 25 / 15:31
Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

Saleh Məmmədovun oğluna yarım milyonluq toy edən məmuru: Müseyib Həmzəeyevin Arif Əsgərovla başlayan korrupsiya dosyesi

13 Noyabr 25 / 17:48
Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

Vüsal Novruzovun FETÖ dəstəkli “diriliş” planı: Sabiq “fövqəlgeneral” nəyə hazırlaşır?

13 Noyabr 25 / 17:19
Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

Adı rusiyalı casuslarla hallanan Anar Əlizadəyə Serbiya pasportunu kim verib? – SENSASİYA

13 Noyabr 25 / 11:58
Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

Fəzail Ağamalı Ana Vətəni necə dağıdır: qeyri-legitimliyin siyasi səbatsızlıq fəsadları

12 Noyabr 25 / 12:07

Bu gün Azərbaycan Vətən müharibəsində qazanılan tarixi Qələbədən, antiterror tədbirlərinin uğurla başa çatmasından sonra suverenliyimizin bütün ərazilərimizdə tam bərpasından, doğma Qarabağımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən və Böyük Qayıdışdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır. 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında döyüş meydanında şücaət göstərərək bütün şəhidlərimizin qisasını aldılar, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı bu gün də böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə bir ömür boyu minnətdar olacağıq.

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

27 Sentyabr – Anım Günü ilə əlaqədar Qazax rayonunda da şəhidlərimizin xatirəsinə həsr olunmuş silsilə tədbirlər təşkil olunur. Həmin tədbirlər çərçivəsində Qazax şəhərində yerləşən “Qərb Qapısı” şadlıq sarayında 27 Sentyabr – Anım Gününün beşinci ildönümü ilə əlaqədar süfrə arxasında şəhid ailələri ilə görüş keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil edilmiş görüşdə igid Vətən oğullarının əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatın məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən yolunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.

Tədbirin aparıcısı, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov çıxış edərək tədbir iştirakçılarını, dəyərli şəhid ailələrini salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğullarının şücaətinin yüksək qiymətləndirilməsi, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilməsi, xatirəsinin uca tutulması məqsədilə, eyni zamanda, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq ölkə başçısı İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi təsis edildiyini diqqətə çatdırıb. S.Çobanov qeyd edib ki, məhz bu gündə xalqımız İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır, ruhlarına dualar oxuyur. S.Çobanov respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonumuzda da 27 Sentyabr – Anım Günü münasibətilə müxtəlif anım tədbirlərinin, konfransların, dəyirmi masaların keçirildiyini, rayon rəhbərliyi tərəfindən anım günü ərəfəsində şəhidlərin məzarlarının ziyarət edildiyini, şəhid ailələri, Vətən müharibəsi əlilləri, qazilərlə görüşlər keçirildiyini, bugünkü görüşün də həmin silsilə tədbirlərin davamı olduğunu diqqətə çatdırıb. S.Çobanov Qazax rayonunda şəhidlərin adının əbədiləşdirilməsi üçün “Qanları ilə dastan yazanlar”, “Vətəni canından əziz bilənlər”, “Şanlı Vətən Oğulları” kitablarının çap edildiyini, “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin inşa olunduğunu, Qazax Tarix-Diyarşünaslıq Muzeyində, Bakı Dövlət Universitetinin Qazax filialında Xatirə guşəsinin yaradıldığını, Qazax Şəhidlər xiyabanına isə şəhidlərin şəkilləri əks olunan mərmər lövhələrin vurulduğunu bildirib. Bu günlərdə qardaş Türkiyədə səfərdə olan S.Çobanov səfər barədə xoş təəssüratlarını bölüşüb, “Şanlı Vətən Oğulları” kitabını Millî Savunma Bakanı Yaşar Gülərə və digər rəsmilərə təqdim etdiyini bildirib. S.Çobanov vurğulayıb ki, Qazax rayonunun 348 nəfər şəhidi vardır. Bunlardan 289 nəfəri Birinci Qarabağ müharibəsi, 49 nəfəri 44 günlük Vətən müharibəsi şəhidi, 2 nəfər müharibədən sonra xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş, 3 nəfər 2022-ci il sentyabr ayının 12-dən 13-ə keçən gecə düşmən təxribatının qarşısını alan zaman şəhid olmuş və 5 nəfər hərbi qulluqçumuz isə 19-20.09.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuşdur. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonu üzrə 7 nəfər şəhidimiz Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür. Qazax rayonu üzrə 44 günlük Vətən müharibəsi, 2022-ci ilin Sentyabr döyüşləri zamanı və Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş hərbi qulluqçular isə Respublika Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra 2 nəfər “Qarabağ” ordeni, 8 nəfər “Azərbaycan Bayrağı” ordeni, 5 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 14 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, habelə 58 nəfər şəhid müxtəlif adda 226 ədəd orden və medalla təltif edilmişdir. Qazax rayonu üzrə Vətən müharibəsi zamanı 246 nəfər hərbi qulluqçu müxtəlif dərəcəli xəsarət almışdır ki, həmin şəxslərdən 74 nəfərə əlillik dərəcəsi təyin edilmişdir. Xəsarət almış 250 nəfər hərbi qulluqçu ümumilikdə, müxtəlif adda 617 ədəd orden və medallarla (onlardan 1 nəfər “Azərbaycan Bayrağı” ordeni, 1 nəfər 3-cü dərəcəli “Rəşadət” ordeni, 3 nəfəri isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə) təltif olunmuşlar. O cümlədən, Respublika Prezidentinin müvafiq sərəncamına əsasən Qazax rayonu üzrə hazırda hərbi xidmətini davam etdirən 1 nəfər hərbi qulluqçumuz polkovnik-leytenant Nicad Bədəlov Vətən Müharibəsi Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiklərinə görə minnətdarlığını bildirib, səmimi ürək sözlərini bölüşüb. “Bu gün bizlər siz şəhid ailələri ilə bir yerdə olmaqdan qürur duyuruq. Sizlərin bu məclisdə iştirak etməyiniz bizlərə başucalığı gətirir”, – söyləyən icra başçısı 27 Sentyabr – Anım Gününün beşinci ildönümünə həsr olunmuş tədbirin əhəmiyyətindən danışıb. İcra başçısı bugünkü görüşün təkcə şəhid ailələrinin bir süfrə ətrafında görüşməsi üçün təşkil olunmadığını, eyni zamanda, beş il əvvəl olduğu kimi, bir daha dərdlərinə məlhəm olmaq, onlara olan diqqət və qayğını, ehtiramı göstərmək üçün təşkil oldunduğunu söyləyib. İcra başçısı bildirib ki, bu gün qalib, qəhrəman xalq olaraq qürurla danışırıqsa, bu adı daşıyırıqsa, bu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına olub, buna görə onlara borcluyuq. Rayon rəhbəri qeyd edib ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur. Hərb tariximizə böyük Qələbəni yazdıran, canlarından keçərək Şəhidlik zirvəsinə yüksələn bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara və ailələrinə bir ömür boyu borclu və minnətdarıq. “Şəhid ailəsi bilməlidir ki, onlara göstərilən qayğı tək bu gün üçün deyil, nə qədər Azərbaycan xalqı var, Azərbaycan dövləti var şəhid ailələri daim diqqət mərkəzində olacaq. Sizin övladlarınız tarix yazdılar, tarixi yaşatdılar”, – deyən rayon rəhbəri şəhidlərimizin daim qəlblərdə yaşayacaqlarını, onlarla hər kəsin qürur duyacağını söyləyib. İcra başçısı Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından söz açıb. “Ölkə başçısı şəhidlərimizin, qazilərimizin ailələri, valideynləri qarşısında baş əyirəm söyləyirsə, Birinci vitse-prezident Mehriban xanım qazilərimizin yarası Azərbaycan xalqının yarasıdır deyirsə, bu, hər bir dövlət məmuru üçün nümunə olmalıdır”, – deyən icra başçısı bu gün bir dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizin ailələri ilə süfrə ətrafında görüşməyi özünə borc bildiyini dilə gətirib.

Şəhid ailələri ilə olan görüşdə yaxın müddətdə Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən Baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun və kiçik çavuş Qaragözov Alıxan Əkbər oğlunun təltif olunduqları “Şücaətə görə” medalı qəhrəman şəhidlərimizin analarına təqdim olunub.

Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş gizir Amid Məmmədovun atası, Birinci Qarabağ müharibəsi veteranı Müqabil Məmmədov çıxış edərək xoş arzularını çatdırıb. “Bu gün bizlər üçün çətin olsa da, bizlər övlad itirsək də qürurlanmalıyıq ki, torpaqlarımız azaddır. Körpə balalarımız azad yaşayacaqlar. Qürurlanmalıyıq ki, bu gün Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda üçrəngli Azərbaycan Bayrağı dalğalanır”, – deyən şəhid atası bütün bunlara görə Müzəffər Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib. “Bu gün qürurlanırıq ki, biz şəhid ailələri dövlətimiz tərəfindən hər zaman qayğı ilə əhatə olunmuşuq, dövlət biz şəhid ailələrinin arxasındadır”, – deyən şəhid atası onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına minnətdarlığını bildirib. Şəhid ailələrinə olan səmimi münasibətə və daim yanlarında olduqlarına görə rayon rəhbərinə razılığını ifadə edib.

Vətən müharibəsi şəhidi, ölkə başçısının müvafiq Sərəncamlarına əsasən ölümündən sonra ”Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş gizir Sərxan Abdullayevin atası, keçmiş hərbçi, Birinci Qarabağ müharibəsi veteranı Elxan Abdullayev çıxış edərək övladı başda olmaqla bütün şəhidlərimizi qürurla andığını, igid Vətən oğullarının hər zaman xalqımızın ürəyində olduğunu, şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Şəhid ailələrinə göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə rayon rəhbəri şəhid ailələrinin oturduqları stollara yaxınlaşaraq onlarla görüşüb, səmimi ürək sözlərini bölüşüb.

 

 

 

 

Əvvəlki Yazı

Ağstafada yaşıllıqları kütləvi şəkildə məhv edən hansi vəzifəli şəxsin qohumudur?

Növbəti Yazı

Səbail rayonu Salyan şossesi 32-də qanunsuz tikinti “göz deşir”

EKSKLUZİV

Vətəndaşlar sosial mediadakı şərhlərində Sumqayıt İcra Hakimiyyətinə qəzəb püsükürür

Vətəndaşlar sosial mediadakı şərhlərində Sumqayıt İcra Hakimiyyətinə qəzəb püsükürür

17 Noyabr 2025 / 16:42
6
Adnan Əhmədzadənin xanımının Londondakı şirkətləri – FAKTLAR

Adnan Əhmədzadənin xanımının Londondakı şirkətləri – FAKTLAR

17 Noyabr 2025 / 16:14
2
Sabiq nazirin oğlunun Moskvadakı biznesi: 16 milyon zərər var

Sabiq nazirin oğlunun Moskvadakı biznesi: 16 milyon zərər var

17 Noyabr 2025 / 16:09
0
“Lal deputat” kimdir: xaricdə şirkət sahibi, yoxsa diplomat çətiri altında karyera quran siyasətçi?

“Lal deputat” kimdir: xaricdə şirkət sahibi, yoxsa diplomat çətiri altında karyera quran siyasətçi?

17 Noyabr 2025 / 16:08
3

XƏBƏR LENTİ

Vətəndaşlar sosial mediadakı şərhlərində Sumqayıt İcra Hakimiyyətinə qəzəb püsükürür

Adnan Əhmədzadənin xanımının Londondakı şirkətləri – FAKTLAR

Sabiq nazirin oğlunun Moskvadakı biznesi: 16 milyon zərər var

“Lal deputat” kimdir: xaricdə şirkət sahibi, yoxsa diplomat çətiri altında karyera quran siyasətçi?

Sürücülük vəsiqəsi almaq üçün imtahan: “yezda” qəbulunda yenilik olunub

İran süni yağış yağdırır – Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb

AVP-dan istefalar başlayıb: Elçin Ağamalı məhkəməyə hazırlaşır

SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi – Səbəb

Fransadan Ukraynaya ŞOK DƏSTƏK – TARİXİ SAZİŞ

Azərbaycanda əslində nə qədər işsiz var: “1 mln. 155 min insan hardadır, niyə işsiz kimi qeydiyyatda deyil?!”

Dünya üzərində “Nüvə kabusu”: “ABŞ ləngiyir, ruslar qorxudur, Çin isə…”

İcra Hakimiyyətindəki qəbulda qalmaqal – Vəzifəli şəxs başçının müavininə hücum etdi + FOTOLAR

Mehdiyevlə bağlı SENSASİON yenilik – Yaxın saatlarda…

Gömrük Komitəsindən sensasion əməliyyat -90 milyon dollarıq heroin tutuldu

Elm və Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulu ilə bağlı yeni qaydaları niyə gizlədir?

Azərbaycanın ən böyük göllərindən biri quruyur: Ekoloqlar həyəcan təbili çalır (VİDEO)

Əhali kəndləri niyə tərk edir? – VİDEO

Doğum, nikah, boşanma azalıb, ölüm artıb

Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub

Azərbaycan adına qürur ünvanı: Raul İsmayılın uğur hekayəsi

Artım və azalmalar – Hesabat

Neft-qaz sektorunda maaşlar – Başqa maaşlardan nə qədər üstündür?

Prezident aşpazları – dövlət ziyafətlərinin görünməz ADAMLARI

Sertifikatı ləvğ edilmiş həkim QANUNSUZ fəaliyyətini Kəpəz Hospitalda necə davam etdirir?

Moskva şok açıqlama verdi: “Azərbaycan səfirliyini ABŞ raketlərinin qalıqları vurub!”

Yağış yağacaq, külək əsəcək – XƏBƏRDARLIQ

Tramp Maduro üçün sürgün ünvanı axtarır: siyahıda Azərbaycanla Türkiyə də var – İDDİA

Qeyri peşəkarlar nə vaxta kimi təsilimizi TALAMAQLA məşğul olacaqlar?

Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı

Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Sentyabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« Avq   Okt »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.