ABŞ federal hökumətinin fəaliyyəti dayandırılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb Konqresin yeni maliyyə ili başlamazdan əvvəl müvəqqəti büdcə qanun layihəsini təsdiqləməməsi olub.
Ölkə konstitusiyasına əsasən, belə halda federal hökümət avtomatik “iflic” olur.
Məlumatda deyilir ki, 2025-ci maliyyə ili çərşənbə axşamı gecə yarısı başa çatıb: “Federal hökuməti maliyyələşdirmək üçün büdcə ilə bağlı konqresə bu səbəbdən yeni layihə təqdim olunsa da, konqresmenlər federal hökumət və ona bağlı qurumların fəaliyyətini davam etdirməsini nəzərdə tutan büdcə layihəsinə “yox” deyiblər. Bu hal 2019-cu ildən bəri növbəti dəfə təkrarlanır”.
Məlumatda deyilirdi ki, Tramp administrasiyası hökumətin maliyyələşdirilməsi ilə yanaşı, təxminən 1 trilyon dollarlıq səhiyyə xidməti üçün qanun layihəsinini təsdiqinə çalışıb. Ancaq buna tələb olunan sayda səs verilməyib.