Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Emin Əmirullayev direktorlarla bacarmır? – Nazirin sərtliyi olsaydı…

Oktyabr 1, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

Elm və təhsil naziri Emin Əmirullayev ictimaiyyəti inandırmaq istəyir ki, pul yığmaq məsələsində 4600 məktəbə nəzarət etmək mümkün deyil. Nazir bu problemin həllini təhsil işçiləri ilə valideynlərin üzərinə qoyur, zamana buraxmağı təklif edir.
Onun fikrincə, bunun yaxşı olmadığını hamı başa düşəndə belə hallara yol verilməyəcək. Yəni indi məktəblərdə pul yığılmasının qarşısını almaq mümkün deyil. Ancaq nazir bilir ki, söhbət bəzi məktəblərdən getmir, total şəkildə bütün təhsil ocaqlarında pul yığırlar. İkincisi, ETN təkcə tənzimləyici qurum deyil, həm də məktəblərə nəzarət edən strukturdur.
Eyni zamanda, təhsil sistemini yeniləməli olan, müasir idarəetmə gətirən bir qurumdur. Amma E.Əmirullayev bu günlərdə verdiyi açıqlamada məktəblərdə pul yığılması hallarına görə yaxasını kənara çəkir, nazirliyin məsuliyyətini olduqca kiçildir. Halbuki məktəblərdə belə neqativ hərəkətlərə nəzarət, onun tamamilə aradan qaldırılması birbaşa nazirliyin vəzifəsidir.
Bəs bunu kim etməlidir? – Kənd Təsərrüfatı Nazirliyi, yoxsa Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Əlbəttə, nazirlik pul yığılmasının qarşısını almalıdır. Ümumiyyətlə, bu məsələdə məktəb direktoru və ya müəllimlər kimdirlər ki, pul yığmaq cəsarətini özlərində tapsınlar? Buna göz yuman, “yaşıl işıq” yandıran elə nazirlikdir.
Əgər E.Əmirullayev bu məsələdə qətiyyətli olarsa, sərt şəkildə əmr verərsə, heç bir məktəb direktoru pul yığmağa cürət edə bilməz. Belə çıxır ki, yaranmış bu eybəcər vəziyyətin olmasında nazirlik maraqlıdır, yaxud da bacarmır, yəni təhsil ocaqlarının rəhbərləri Emin Əmirullayevi saymırlar.
Azərbaycanda hansı nazir göstəriş verdikdən sonra onun yerli idarələrinin, şöbələrinin rəhbərləri, əməkdaşları buna əməl etməz? Deməli, nazir Əmirullayev bu məsələni başdı-başına buraxıb. Ona görə də məktəb direktorları nazirliyin “dişsiz” siyasətindən sui-istifadə edərək bu biabırçılıqları davam etdirir.
Hərçənd məktəblərdə bu rüsvayçılıqlara son qoyulması bir günün işidir. Sadəcə, tələbkarlıq, sərtlik lazımdır. Bu da olmadıqca fond pulu da yığarlar, direktora ad gününə boyunbağı, qolbaq da…
Baxın, dərslər iki həftədir ki, başlayıb. Amma ilk gündən demək olar ki, bütün təhsil ocaqlarından pul yığılması haqda xəbərlər gəlir. Yəni nazirin dediyi kimi, heç də bəzi məktəblərdə deyil, əksəriyyətində bu hallar var. Əsrin dörddə biri geridə qalmaqdadır, gənc nazir isə məktəb direktorları ilə bacarmır. 
Bundan əlavə, Əmirullayevin komandası da bacarıqsızdır. Bu komanda islahatlar həyata keçirməyiblər. Sadəcə, dövləti və prezidenti aldadırlar. Son illərdə Azərbaycanın təhsil sistemində nə kimi yeniliklər olub? Beynəlxalq təcrübədən nə dərəcədə istifadə olunub? Əksinə, xarici təhsilli nazirin qurduğu “sistem” ötən əsrin 90-larında qalıb. Əgər yeni idarəetmə modeli olsaydı, Azərbaycan təhsili sələmə pul verən, alverçi məktəb direktorlarının əlində qalmazdı…


Azər Talıbov

Anxeber.Az

Əvvəlki Yazı

“Kristal Bakı” “Qanlı göl”ün ətrafındakı sakinlərin “qan”ını almaq istəyir

Növbəti Yazı

Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və… FOTO+VİDEO

EKSKLUZİV

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

20 Oktyabr 2026 / 17:03
2
Güneydən Azərbaycanla bağlı bəyanat

Güneydən Azərbaycanla bağlı bəyanat

20 Oktyabr 2026 / 16:00
1
Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

20 Oktyabr 2026 / 15:49
2
Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

20 Oktyabr 2026 / 15:21
1

XƏBƏR LENTİ

İcra başçısı işıqlandırılması nəzərdə tutulan daha bir küçəyə baxış keçirib

Güneydən Azərbaycanla bağlı bəyanat

Nəsimi Musayev Ermənistanda belə həbs olundu – Video

Yeni qaydalar hazırlandı: Yanvarın 1-dən tətbiq olunacaq

Bəzi ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

Kartla ödəniş üçün ən azı 1 manatlıq alış etməlisiniz? – RƏSMİ

Türk millətçiliyini zəhərləməyə çalışanlar… – Baxçalı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Türkiyə parlamenti Məkkə sazişini təsdiq edəcək

Sabahın havası açıqlanıb

Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

Hərbi qulluqçuların məsuliyyəti artırılır, alternativ cəza müəyyənləşir

Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

DİM sədri narazılıqlara münasibət bildirdi

Neft Fondunun investisiya portfeli 5%-dən çox artıb

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

Bu ilin doqquz ayında 37 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib

Mehdiyev divanda uzanmış halda məhkəməyə qoşulub

Fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edilib

“DTX-nın atdığı addımlar doğru və təqdirəlayiqdir”

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.