Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Emin Əmirullayev direktorlarla bacarmır? – Nazirin sərtliyi olsaydı…

Oktyabr 1, 2025
A A

REDAKTORUN SEÇİMİ

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib

18 Aprel 26 / 13:18
Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

Kəmaləddin Heydərov qalmaqallı Hacı Ibrahimi “vurdu”: “Qurtuluş-93” rəhbərinin otelini bağlandı

14 Aprel 26 / 11:05
Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

Saleh Məmmədovun bağında fövqəl-toplantı – “ƏLİNİZİ DAŞIN ALTINA QOYMASANIZ”, HƏBSƏ GEDİRSİNİZ!

02 Mart 26 / 11:01
1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində narazılıq: Vüqar Behbudov işçilərin haqqını niyə vermir?

17 Fevral 26 / 7:23
Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

Ötən il 515 min dollarlıq heykəl Azərbaycana gətirilib – sifarişçi yüksək vəzifəli məmurdur?

16 Fevral 26 / 12:42

Elm və təhsil naziri Emin Əmirullayev ictimaiyyəti inandırmaq istəyir ki, pul yığmaq məsələsində 4600 məktəbə nəzarət etmək mümkün deyil. Nazir bu problemin həllini təhsil işçiləri ilə valideynlərin üzərinə qoyur, zamana buraxmağı təklif edir.
Onun fikrincə, bunun yaxşı olmadığını hamı başa düşəndə belə hallara yol verilməyəcək. Yəni indi məktəblərdə pul yığılmasının qarşısını almaq mümkün deyil. Ancaq nazir bilir ki, söhbət bəzi məktəblərdən getmir, total şəkildə bütün təhsil ocaqlarında pul yığırlar. İkincisi, ETN təkcə tənzimləyici qurum deyil, həm də məktəblərə nəzarət edən strukturdur.
Eyni zamanda, təhsil sistemini yeniləməli olan, müasir idarəetmə gətirən bir qurumdur. Amma E.Əmirullayev bu günlərdə verdiyi açıqlamada məktəblərdə pul yığılması hallarına görə yaxasını kənara çəkir, nazirliyin məsuliyyətini olduqca kiçildir. Halbuki məktəblərdə belə neqativ hərəkətlərə nəzarət, onun tamamilə aradan qaldırılması birbaşa nazirliyin vəzifəsidir.
Bəs bunu kim etməlidir? – Kənd Təsərrüfatı Nazirliyi, yoxsa Ekologiya və Təbii Sərvətlər Nazirliyi? Əlbəttə, nazirlik pul yığılmasının qarşısını almalıdır. Ümumiyyətlə, bu məsələdə məktəb direktoru və ya müəllimlər kimdirlər ki, pul yığmaq cəsarətini özlərində tapsınlar? Buna göz yuman, “yaşıl işıq” yandıran elə nazirlikdir.
Əgər E.Əmirullayev bu məsələdə qətiyyətli olarsa, sərt şəkildə əmr verərsə, heç bir məktəb direktoru pul yığmağa cürət edə bilməz. Belə çıxır ki, yaranmış bu eybəcər vəziyyətin olmasında nazirlik maraqlıdır, yaxud da bacarmır, yəni təhsil ocaqlarının rəhbərləri Emin Əmirullayevi saymırlar.
Azərbaycanda hansı nazir göstəriş verdikdən sonra onun yerli idarələrinin, şöbələrinin rəhbərləri, əməkdaşları buna əməl etməz? Deməli, nazir Əmirullayev bu məsələni başdı-başına buraxıb. Ona görə də məktəb direktorları nazirliyin “dişsiz” siyasətindən sui-istifadə edərək bu biabırçılıqları davam etdirir.
Hərçənd məktəblərdə bu rüsvayçılıqlara son qoyulması bir günün işidir. Sadəcə, tələbkarlıq, sərtlik lazımdır. Bu da olmadıqca fond pulu da yığarlar, direktora ad gününə boyunbağı, qolbaq da…
Baxın, dərslər iki həftədir ki, başlayıb. Amma ilk gündən demək olar ki, bütün təhsil ocaqlarından pul yığılması haqda xəbərlər gəlir. Yəni nazirin dediyi kimi, heç də bəzi məktəblərdə deyil, əksəriyyətində bu hallar var. Əsrin dörddə biri geridə qalmaqdadır, gənc nazir isə məktəb direktorları ilə bacarmır. 
Bundan əlavə, Əmirullayevin komandası da bacarıqsızdır. Bu komanda islahatlar həyata keçirməyiblər. Sadəcə, dövləti və prezidenti aldadırlar. Son illərdə Azərbaycanın təhsil sistemində nə kimi yeniliklər olub? Beynəlxalq təcrübədən nə dərəcədə istifadə olunub? Əksinə, xarici təhsilli nazirin qurduğu “sistem” ötən əsrin 90-larında qalıb. Əgər yeni idarəetmə modeli olsaydı, Azərbaycan təhsili sələmə pul verən, alverçi məktəb direktorlarının əlində qalmazdı…


Azər Talıbov

Anxeber.Az

Əvvəlki Yazı

“Kristal Bakı” “Qanlı göl”ün ətrafındakı sakinlərin “qan”ını almaq istəyir

Növbəti Yazı

Kəmaləddin Heydərovun Lənkəran idarəsində özbaşınalıq: fiziki zorakılıq, avtoşluq və… FOTO+VİDEO

EKSKLUZİV

Britaniyalı Ayaqqabı Nəhəngi Russell & Bromley 10 Mağazasını Bağladı: Böyük Zərər Səbəb Oldu

23 Aprel 2026 / 12:39
0

Livan’da İsa Heykəlini Dağıdan İsrail Əsgəri Xristian Dünyasını Ayağa Qaldırdı: Beynəlxalq Təpki

23 Aprel 2026 / 12:39
0

Hörmüz böhranı prezervativ qiymətlərini sarsıdır: 30%-ə qədər bahalaşma yoldadır

23 Aprel 2026 / 12:39
0

Çelsi”nin Sükanı Kimə Həvalə Edilir? Əsas Namizəd Müəyyənləşdi

23 Aprel 2026 / 12:39
0

XƏBƏR LENTİ

Britaniyalı Ayaqqabı Nəhəngi Russell & Bromley 10 Mağazasını Bağladı: Böyük Zərər Səbəb Oldu

Livan’da İsa Heykəlini Dağıdan İsrail Əsgəri Xristian Dünyasını Ayağa Qaldırdı: Beynəlxalq Təpki

Hörmüz böhranı prezervativ qiymətlərini sarsıdır: 30%-ə qədər bahalaşma yoldadır

Çelsi”nin Sükanı Kimə Həvalə Edilir? Əsas Namizəd Müəyyənləşdi

Qurban Qurbanovun gülüşü gündəm oldu: Səbəb nə idi?

Hörmüz Böhranı Dərinləşir: 30 Ölkənin Hərbçiləri Nəyə Hazırlaşır?

Yeni Klinikaya Direktor Təyin Edildi: Qalib İmanov Kimdir?

Ağstafada dəhşətli hadisə: Məktəbli bıçaqlandı

G20 Sammitində Rusiya Sürprizi: Putin ABŞ-yə Gedəcəkmi?

Bir zamanlar hamı buradan qaçmaq istəyirdi, indi qalmaq üçün pul verirlər – Fotolar

Avstraliyada Yeni Qızıl Həyəcanı: 1400 Lirəyə Milyonçu Olmaq Şansı

Banklar kredit şərtlərini nə zaman yumşaldır? – Ekspert detalları açıqladı

Azərbaycan-Latviya Əlaqələri Yeni Mərhələdə: Prezident Rinkeviçin Bakı Səfəri Başa Çatdı

Fes Medinesi: 9000 Küçəli, Avtomobilsiz UNESCO Mirası

İsveç Təhsilində Radikal Dönüş: Şagird Performansı Geriləyincə Qələm və Kağıza Qayıdış

Avropa çempionatı: Daha 3 Azərbaycan güləşçisi xalça üzərinə çıxır

Fabian Buntiçdən Sərt Penalti Etirazı: ‘Hamı Gördü, Təmiz idi!’

Azərbaycan Boksçusu Dünya Kubokunda Zəfər Yürüşünü Davam Etdirir

Erməni Politoloqdan Şok İddia: İran Paşinyana Ciddi Xəbərdarlıq Edib

İran ABŞ-a sərt xəbərdarlıq etdi: Hədəflər müəyyənləşib, ordu hazır vəziyyətdədir

Hörmüz Boğazında Gərginlik Artır: İran İki Gəmini Ələ Keçirdi

Qızıl və Gümüş Qiymətləri Kəskin Ucuzlaşdı: Bazarlarda Son Vəziyyət

İranın Hörmüz Boğazı Təhdidi Neft Qiymətlərini Kəskin Artırdı

Naxçıvanda minlərlə ‘Smart kart’ sayğac dəyişdirilir: Səbəb və nəticələr

FHN-dən Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ: Küləkli havada TELEFON təhlükəsi!

Toy karvanında yol terroru: Avtoxuliqanlar həbs edildi

Ukrayna Cəbhəsində Vəziyyət: Rusiyanın Son Sutkadakı Ağır İtkiləri Açıqlandı

Kremlin əsrarəngiz iqtisadi möcüzəsi: Putin qəzəbləndi, Rosstat rəqəmləri ‘düzəltdi’

Azərbaycanda kimlərə ömürlük həbs cəzası verilə bilməz? – Hakim AÇIQLADI

Azərbaycanın Yaşıl Enerji Hədəfləri: Neft Hasilatının Azalması Narahatlıq Yaratmayacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.