Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Moskva Putin-Tramp görüşünün fiaskosunu təsdiq edir

Oktyabr 8, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31

“ABŞ və Rusiya Prezidentləri arasında avqustda Alyaskada keçirilmiş görüşdən sonra Ukrayna müharibəsinin başa çatdırılması üçün yaranmış “güclü impuls” demək olar ki, tükənib”.

Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov oktyabrın 8-də Moskvada açıqlama verib.

“AzPolitika” xəbər verir ki, Ryabkov bu vəziyyətə görə əsasən “Ukraynanın son nəfərinə qədər savaş tərəfdarlarını” – ilk növbədə Avropa ölkələrini günahlandırıb.

S.Ryabkov ABŞ rəhbərliyini birbaşa tənqid etməkdən çəkinib. Lakin o, Donald Tramp administrasiyasını “Tomahavk” qanadlı raketlərinin Ukraynaya mümkün tədarükünə realist və düşünülmüş şəkildə yanaşmağa çağırıb. “Bu raketlərin verilməsi müharibənin gedişatını dəyişməsə də, regionda vəziyyətin keyfiyyətcə dəyişməsinə səbəb olacaq”, – deyə Rusiya diplomatı bildirib.

Xatırladaq ki, Tramp və Putin arasında görüş 15 avqustda Alyaskada baş tutub. Görüşdən sonra Tramp Ukrayna Prezidenti və Avropa liderləri ilə də ayrıca danışıqlar apararaq, mümkün sülh parametrlərini müzakirə edib.

Media mənbələrinə görə, Rusiya bu müzakirələrdə əsas şərt kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk vilayətindən çıxarılmasını tələb edib. Lakin Kiyev bu təklifi qətiyyətlə rədd edib.

Hazırda Rusiya tərəfi sülh üçün aşağıdakı əsas tələblərində israrlıdır:

– Ukrayna Silahlı Qüvvələrinin dörd vilayətdən (Donetsk, Luqansk, Xerson və Zaporojye) tamamilə çıxarılması;

– Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi;

– Ukrayna ordusunun say və imkan baxımından azaldılması;

– Rusiyayönlü siyasi qüvvələrin fəaliyyəti və rus dilindən istifadəyə hüquqi təminatların verilməsi.

Buna cavab olaraq, Kiyev hazırda cəbhə xətti üzrə atəşkəsə şərtsiz razı olduğunu bildirir, lakin ərazi güzəştlərinə getmək niyyətində olmadığını bəyan edir.

ABŞ Prezidenti Donald Tramp isə bəyan edib ki, Ukraynanın öz torpaqlarını geri qaytarmaq imkanları var və ABŞ buna dəstək göstərə bilər. O, “Tomahavk” raketlərinin tədarükü barədə demək olar ki, qərar verdiyini, lakin bəzi açıq sualların hələ də olduğunu bildirib.

Eyni zamanda, Tramp vurğulayıb ki, ABŞ-nin məqsədi Rusiyanın məğlubiyyəti deyil, sülhün əldə olunmasıdır.

S.Ryabkov əlavə edib ki, Rusiya Strateji Hücum Silahlarının azaldılmasına dair Müqavilənin (SNV-3) müddətinin uzadılmasını gündəmə gətirmir. Lakin Prezident Vladimir Putinin bu müqavilənin 2027-ci ilə qədər bir illik texniki uzadılması təklifinin qüvvədə qaldığını bildirib. “Təəssüf ki, bu təklifə ABŞ-dən hələ də heç bir məzmunlu cavab verilməyib. Əgər bu maraqlı deyilsə, biz onsuz da davam edə bilərik,” – deyə Ryabkov qeyd edib.

Vaşinqton və Avropa İttifaqı hazırda Rusiyaya qarşı təzyiqləri daha da artırmaq niyyətindədir. ABŞ rəsmiləri Avropa ölkələrini: 

– Rusiya enerji resurslarının alışından tam imtinaya,

– Rusiya dövlət aktivlərinin müsadirəsinə,

– Yeni sanksiyalar dalğasına qoşulmağa çağırır.

Moskva bildirir ki, Rusiya və Ukrayna liderlərinin görüşü yalnız artıq əldə olunmuş razılaşmaların rəsmiləşdirilməsi üçün keçirilə bilər, substantiv danışıqlar üçün yox.

Hazırda döyüşlər davam edir. Rusiya Ukrayna ərazisinə intensiv zərbələr endirir, Kiyev isə Rusiyanın sərhəd regionlarını atəşə tutur.

Beləliklə, Alyaska görüşü və ondan sonra baş verən diplomatik təmaslar müharibənin diplomatik yolla sonlandırılması üçün müəyyən ümid yaratmışdı. Lakin Qərbin sərt mövqeyi, Kiyevin ərazi bütövlüyü məsələsində güzəştsiz davranışı və Moskvanın tələblərindən geri çəkilməməsi nəticəsində bu “sülh impulsu”, Ryabkovun sözləri ilə desək, “əldə olunmamış imkan” olaraq tarixə düşmək üzrədir.

Rasim Əliyev

“AzPolitika.info”

Əvvəlki Yazı

Baku TV-yə xəbərdarlıq edildi: Bu kanallar isə 24 saat yayımlanmayacaq – SİYAHI

Növbəti Yazı

Ağdam icra başçısından xoşagəlməz hərəkət: Şəhid anası və qazilər ayaqüstə, özü isə… – FOTOFAKT

EKSKLUZİV

Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19 Oktyabr 2026 / 15:30
1
Bu şəxslərə pulsuz mənzil veriləcək

Bu şəxslərə pulsuz mənzil veriləcək

19 Oktyabr 2026 / 15:16
1

XƏBƏR LENTİ

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.