Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Gənclər və İdman Nazirliyində qalmaqal – WRO qalibləri diskvalifikasiya edildi, valideynlər kömək istəyir

Oktyabr 9, 2025
A A

REDAKTORUN SEÇİMİ

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

Azərbaycandan xaricə milyonlar çıxaran dəstə – Qazaxlı “Musto“, Aqil, Nicat və digərləri…

19 Avqust 26 / 13:03
Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

Nazir dostunu həbsdən qoruya bilərmi? – “Rabitəçi” Sənan Mənsimli və Qarabağ təhsilində ciddi korrupsiya iddiaları

17 Avqust 26 / 14:16
Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

Laçında Bərpa-tikinti adı ilə milyonlar bir mənbədən xərclənir(?)! –Əsaslı şübhələr var…

05 Avqust 26 / 11:43
“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

“Aqro Mall” Ticarət Mərkəzinin direktorunun qaranlıq keçmişi: Həsən Şərifov çox milyonlu yeyintini necə gizlədib?

29 İyul 26 / 12:55
Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

Səfər Mehdiyevin bacanağı – Xəstəxana direktoruna cinayət işi açıldı – 200 minlik yeyinti

28 İyul 26 / 18:10

Bu il Bakıda keçirilən VIII Dünya Robot Olimpiadası (WRO) üzrə yüksək nəticələr göstərən komandaların diskvalifikasiyası valideynlər tərəfindən etirazla qarşılanıb. “AzPolitika” xəbər verir ki, onlar Gənclər və İdman Nazirliyinə, Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənova, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət edərək övladlarının hüquqlarının bərpası və ədalətin təmin edilməsi üçün kömək tələb ediblər.

Valideynlərin təqdim etdiyi məlumata görə, övladlarını mart-aprel aylarında qeydiyyatdan keçirərək 5 aylıq hazırlığa başlayıblar. 26-28 sentyabr tarixlərində Milli Gimnastika Arenasında keçirilən ölkə seçim yarışlarında komandalar yüksək nəticələr göstərib. Yarışın ilk günü robotlar karantinə alınıb və test mərhələsi keçirilib. 27 sentyabrda əsas raundlar baş tutub və komandalar hər iki raundda yüksək xal toplayıblar. Sonra robotlar yenidən karantinə alınıb, foto və videolar çəkilib.

Valideynlər bildirirlər ki, beynəlxalq qaydalara uyğun olaraq sürpriz raund keçirilib. Bu raundda komandalar mentor dəstəyi olmadan, əvvəlcədən elementlərin yerlərini bilmədən 1 saat ərzində tapşırıqları fərdi şəkildə yerinə yetiriblər və yüksək nəticələr göstəriblər. Yarışın üçüncü günü keçirilən mükafatlandırma mərasimində komandalarımızın bəziləri səhnəyə çıxaraq sertifikat və medallarla təltif olunub. Lakin rəqibləri arasında ən yüksək nəticə göstərən bəzi komandalar xəbərsiz şəkildə diskvalifikasiya olunub.

Müraciətdə vurğulanır ki, diskvalifikasiyanın səbəbi kimi robotların plagiat hesab edilməsi göstərilsə də, bu iddia əsassızdır. Valideynlər iddia edirlər ki, robotlar karantin müddətində hakimlər tərəfindən yoxlanılıb və foto və videoları çəkilib. Bundan əlavə, komandalar sürpriz raundu yüksək nəticə ilə tamamlayıblar və bu raund iştirakçıların bilik və bacarıqlarını əyani surətdə yoxlamaq üçün təşkil olunub.

Yarışdan iki gün sonra Azərbaycan WRO komitəsi qalib komandadakı şagirdlərin valideynləri ilə görüşərək komandaların diskvalifikasiya edildiyini bildirib. Valideynlərin tələbi ilə Rəhman Rəsulzadə bu iddiaları əsaslandırmaqdan imtina edib, sübut təqdim etməyib və rəsmi olmayan bəhanələr göstərib. Valideynlər eyni zamanda qeyd edirlər ki, Rəhman Rəsulzadə onları qanunsuz ərizələrə imza atmağa məcbur etməyə çalışıb. Valideynlər bildirirlər ki, son 5 ildə Bakıda keçirilən WRO-da bu cür qayda pozuntuları dəfələrlə təkrarlanıb. Sosial mediada və müxtəlif platformalarda Kənan Kərimov və Rəhman Rəsulzadənin özbaşınalıqları dəfələrlə qeyd edilsə də, barələrində tədbir görülməyib. Müraciətdə iddia edilir ki, Kənan Kərimov nazirlikdə tutduğu vəzifədən sui-istifadə edərək olimpiadanı şəxsi kommersiya maraqlarına xidmət edən bir mexanizmə çevirib. Rəhbərlik etdiyi yarışda Rəhman Rəsulzadə ilə birlikdə öz övladları və yaxınlarının övladları, eləcə də təhsil biznesi (AREA) komandalarını müxtəlif bəhanələrlə üstünlük aldırır.

Valideynlər həmçinin bildirirlər ki, Rəhman Rəsulzadə yarışın son günü və 1 oktyabrda keçirilən toplantıda bəzi valideynləri şəxsən hədələyib, onlara psixoloji təzyiq göstərib. Valideynlər video çəkilişinə icazə verilməməsini və valideynlərin qanunsuz ərizələrə imza atmağa təhrik olunmasını bu təzyiqlərin sübutu kimi göstərirlər. Müraciətdə vurğulanır ki, bu hal uşaqların psixoloji vəziyyətinə ciddi mənfi təsir göstərib. Valideynlər ölkəmizin nüfuzuna xələl gətirən bu qanunsuz və özbaşına hərəkətlərin araşdırılmasını, məsul şəxslərin qanunvericiliyə uyğun tədbirlər görməsini və övladlarının Sinqapurda keçiriləcək Dünya Robot Olimpiadasında iştirakını təmin etməyi tələb edirlər.

Qalib komandalar və mentorlar: 

RoboMission Senior – URA (I yer): mentor Süleymanov Tural Valeh oğlu; valideynlər: Əliyev Ramal Mehdi oğlu, Ağayarlı Aydın Rasim oğlu, Qasımzadə Uğur Vüqar oğlu.

RoboMission Junior – Punisher (I yer): mentor Cəfərov Rəşad Polad oğlu; valideynlər: Sultanlı Ömər Cavid oğlu, Turan Səfərli Hüseyn qızı, Namaz Safiya Ramin qızı.

RoboMission Elementary – PROcket (II yer): mentor Abdullayev Seymur Teymuraz oğlu; valideynlər: Abdullazadə Kərəm Seymur oğlu, Əliyev Kənan Elxan oğlu, Mirzə Onur Elvin oğlu.

RoboMission Elementary – ProElementary (I yer): mentor Süleymanova Ləman Amil qızı; valideynlər: Şirinzadə Hüseyn Anar oğlu, Qasımzadə Elmira Aynur qızı, Bağırov Yusif Elnur qızı.

Müraciətin sonunda valideynlər qalib komandaların nəticələrinin bərpasını və övladların Sinqapurda keçiriləcək Dünya Robot Olimpiadasında iştirakının təmin olunmasını, Gənclər və İdman Nazirliyinin sektor müdiri Kənan Kərimov və AREA rəhbəri Rəhman Rəsulzadə barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsini, uşaqlara qarşı psixoloji təzyiq və nəticələrin əsassız ləğv edilməsi hallarının tam araşdırılmasını xahiş edirlər.

Valideynlər həmçinin qeyd edirlər ki, mövcud vəziyyət yalnız WRO-nun gedişində deyil, son 5 ildə də davam edib və ölkənin bu sahədə nüfuzuna mənfi təsir göstərir. Müraciətçilər bildirirlər ki, qısa müddət ərzində bu şikayətlərin araşdırılması və uşaqların haqlarının bərpası zəruridir.

Rasim Əliyev

“AzPolitika.info”

Əvvəlki Yazı

Putinin dünya müharibəsinə getməsinə dair real risklər var”

Növbəti Yazı

Əminə Yusifqızı vəfat etdi

EKSKLUZİV

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

24 Avqust 2026 / 15:01
1
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

24 Avqust 2026 / 14:58
5
Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

24 Avqust 2026 / 12:39
1
Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

24 Avqust 2026 / 12:16
2

XƏBƏR LENTİ

Xarici pasportu olanlara mühüm XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Paşinyan: Ermənistan tezliklə Aİ-yə üzv olmaq üçün müraciət prosesinə başlayacaq

Özbəkistan Prezidenti və xanımı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı Buxarada qarşılayıblar

Ermənistana 242 ton propan göndərildi

Prezident İlham Əliyev Buxarada səfərdədir

Sükan arxasında telefon işlədənlərə xəbərdarlıq

Ermənistan kosmosa 3 peyk buraxacaq

Prezident İlham Əliyev Zelenskini təbrik edib

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-Özbəkistan münasibətlərinin təməlində ortaq tarix və qarşılıqlı etimad dayanır”

Samuxda qarayara yayılır? – Nazirlikdən AÇIQLAMA

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

İki ildə 189 min şəxsi işlə təmin edilib

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək

DSMF-nin xərcləri 9,8% artıb

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşıb

Ermənistana bu dəfə buğda və arpa göndəriləcək

Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki “qələbəsidiir”-ŞİKAYƏTÇİ

Yeni proqramda Qarabağ ideologiyası yoxdur – Paşinyan

“Kərki Ermənistan ərazisi deyil” – Paşinyandan etiraf

Bakıda güclü külək nə vaxta kimi davam edəcək?

Şagirdlərin elektron yerdəyişməsi başlayıb

MİDA “Güzəştli mənzil” sistemini ASANLAŞDIRDI

Bakıda külək əsəcək, rayonlarda yağış yağacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına başsağlığı verib

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Bu sənədi itirənlər 200 manat cərimə olunacaqlar

Ermənistana daha 39 vaqon buğda göndəriləcək

Bu ay 17 gün normadan çox isti olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.