Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Azərbaycan sülhməramlıları Qəzzada?!

Oktyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Daha bir ciddi mənbə bu xəbəri yaydı; BMT-nin qərarı olarsa…

Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılması planlaşdırılır. “Politico” nəşri yazıb ki, qüvvələrə qoşulmaq üçün əsas namizəd ölkələr Azərbaycan, İndoneziya və Pakistandır. Nəşr bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyinin rəsmisinə və keçmiş yüksək səviyyəli müdafiə rəsmisinə istinadən yayıb.

Qeyd olunur ki, hazırda bu qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələ heç bir ölkə rəsmi öhdəlik götürməyib. ABŞ rəsmisi bildirib ki, məhz bu üç ölkə prosesdə iştirak etməkdə ən çox maraq göstərib.

Donald Trampın Qəzzada sülh üçün hazırladığı 20 maddəlik plana əsasən, ABŞ Ərəb və digər tərəfdaş ölkələrlə birlikdə müvəqqəti sabitlik qüvvəsi formalaşdıracaq. Bu qüvvə seçilmiş fələstinli polis qüvvələrini hazırlayacaq və onlara dəstək verəcək.

ABŞ bildirib ki, Amerika əsgərləri Qəzzaya daxil olmayacaq, lakin koordinasiya fəaliyyətində iştirak edəcəklər.

Sabitlik qüvvəsi Tramp administrasiyasının HƏMAS-la İsrail arasında müharibəni dayandırmaq, Qəzzanı tədricən demilitarizasiya edib bərpa etmək planının əsas hissəsi hesab olunur.

ABŞ artıq İsrailə 200 hərbçi göndərib. Onlar Mərkəzi Komandanlığın (CENTCOM) tərkibində Qəzzanın şimalında yerləşəcək mülki-hərbi koordinasiya mərkəzində fəaliyyət göstərəcəklər. Həmin mərkəzdə Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin hərbçilərinin də iştirakı nəzərdə tutulur.

Tramp administrasiyası hələlik Dövlət Departamenti və digər qurumlar səviyyəsində texniki qrupların yaradılması barədə məlumat açıqlamayıb.

Yada salaq ki, İsrailin “Ynet Global” nəşri Qəzza ilə bağlı sülh planı imzalamazdan əvvəl də Azərbaycan sülhməramlıları haqda yazmışdı. Nəşr yazırdı ki, Trampın sülh planı çoxmillətli sülhməramlı qüvvələrin yaradılmasını tələb edir ki, bu qüvvələrin tərkibinə BƏƏ, Səudiyyə Ərəbistanı və Azərbaycandan olan bölmələr daxil ola bilər, baxmayaraq ki, hələlik bunun rəsmi təsdiqi yoxdur.

Azərbaycan sülhməramlıları Qəzzada – “Bu realıdır” Yeni Sabah

Yeri gəlmişkən, Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak etməkdədir. Belə ki, 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (1 zabit, 1 gizir və 32 əsgər) NATO-nun rəhbərliyi altında Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə keçirilən əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb.

BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qərarının tətbiqi məqsədilə Azərbaycan Ordusunun Sülhməramlı bölüyü 15 avqust 2003-cü il tarixindən 7 dekabr 2008-ci il tarixinədək 152 nəfərlik şəxsi heyətlə (16 zabit, 16 gizir, 120 əsgər) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində xidmət edib. Missiya dövründə İraqın Əl-Hədisə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadası Komandanlığı tərkibində su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçirən bölük, Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 7 dekabr 2008-ci il tarixində missiyasını yekunlaşdıraraq geri qayıdıb.

20 noyabr 2002-ci il tarixindən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (ISAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 15 yanvar 2008-ci il tarixdə Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı 40 nəfərə çatdırılıb. 2 oktyabr 2009-cu il tarixdə Azərbaycan Ordusunun 90 nəfərlik sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatlarında Türk taboru tərkibində fəaliyyət göstərib.

2015-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycan sülhməramlıları Əfqanıstanda NATO-nun başçılığı ilə həyata keçirilən sülhməramlı fəaliyyətə başlayıb. Missiyanın sona çatması ilə əlaqədar, Azərbaycan Ordusunun sülhməramlı qüvvələri 27 avqust 2021-ci ildə ölkəyə geri dönüb.

Hazırda Azərbaycanın hər hansı xarici ölkə ərazisində sülhməramlı qüvvələri fəaliyyət göstərmir.

Göründüyü kimi, sülhməramlı missiya yerinə yetirmək üçün artıq Azərbaycanın kifayət qədər təcrübəsi var. Əgər Birləşmiş Millətlər Təşkilatının Qəzzada beynəlxalq sülhməramlı kontingent yerləşdirmək qərarı olarsa, Azərbaycan sülhməramlıları da həmin kontingentin tərkibində missiyanı yerinə yetirə bilərlər. Əgər ABŞ Azərbaycan sülhməramlılarının Qəzzada xidmət aparması təklifinin içində yer alırsa, bu, həm də onu göstərir ki, Azərbaycanı neytral mövqedə olan ölkə kimi də qəbul edirlər. Bu, Azərbaycanın imici və beynəlxalq nüfuzunun artması üçün çox müsbətdir.

Amma yerli hərbi ekspertlərə görə, Qəzza kimi bir bölgədə sülhməramlı missiya həyata keçirmək risklər, təhlükələr də yarada bilər.

“Yeni Müsavat”

Əvvəlki Yazı

“Ruslar özlərininkini atmırlar” – mifi dağılır: Kreml sadiqlərini bir-bir təslim edir

Növbəti Yazı

Şəhid leytenant Azər Namazovun barelyefinin açılışı olub

EKSKLUZİV

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
26
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3
Bəylər Eyyubova yeni imtiyaz verildi

Bəylər Eyyubova yeni imtiyaz verildi

18 Dekabr 2025 / 19:40
2

XƏBƏR LENTİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.