Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Hadisə

Fərhad Əhmədov məhkəmədə ifadə verdi – DTX-nın saxladığı Anass Derrazın işi

Oktyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dəvət olunan Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov ifadə verib.
O, vəkili Şaiq Mirzəyevin iştirakı ilə verdiyi ifadəsində bildirib ki, hazırda Rusiya vətəndaşıdır, təqsirləndirilən şəxsi tanıyır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiqləyərək deyib: “Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə İngiltərə məhkəməsi yaxtama həbs qoyulmasına qərar verdi. Bununla bağlı Birləşmiş Ərəb Əmirliklərinə məlumat verildi və yaxta beynəlxalq sularda olarkən saxlanıldı. Anass Derraza bu məsələni danışarkən o, da bu məsələdə Aleksandr Benalla ilə əlaqə yaratmışdı. Onun köməyi ilə beynəlxalq imkanlarından istifadə etməklə yaxtamın üzərinə qoyulan həbs götürülməli idi. Bununla bağlı söhbətlər əsasında işin görülməsi üçün 6 milyon 140 min dollar lazım olduğunu dedilər. Üçtərəfli müqavilə bağladıq və bu işin görülməsi üçün ilkin olaraq 600 min dollar köçürülməli idi. Həmin puldan 400 min Aleksandr Benallanın, 200 min Derrazın hesabına öz şəxsi bank hesabımdan köçürmə etdim. Amma onlar öz öhdəliklərini icra edə bilmədilər”.
Fərhad Əhmədov 
F.Əhmədov əlavə edib ki, daha sonra DTX-də Anass Derrazın ifadəsi alınıb: “Mən də izahat verdim. Burada dələduzluq, aldatma var. Başqa cür deyim ki, rüşvət də ola bilər. Derraz həmişə söhbətdən qaçırdı. Deyirdi ki, pulu qaytaracam. Mənim Göyçayda nar plantasiyalarım var, camaat orada 6-7 saata 20 manat pul alaraq çalışır. Bunlar isə 600 min dollar alıb heç nə etməyiblər. Bu pulu niyə qaytarmırsız?”.
Sualları cavablandıran Fərhad Əhmədov bildirib: “Mən yalnız Derraz ilə söhbət etmişəm. Mənim Aleksandr Benalla ilə əlaqəm olmayıb, onunla görüşməmişəm. Həmin dövrdə Anass Derrazı hüquqşünas kimi tanımışam, onun mühəndis olduğunu bilməmişəm”.
Daha sonra Fərhad Əhmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub.
Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, əlavə edib ki, ona qarşı dəymiş ziyan ödənilməyib. Fərhad Əhmədov əlavə edib ki, bununla bağlı başqa heç yerdə hər hansı bir iddia qaldırmayıb.
Proses noyabrın 6-da davam edəcək.
Anass Derraz
Qeyd edək ki, ittihama görə, DTX tərəfindən istintaqı aparılan cinayət işi üzrə Fransa prezidentinin mühafizə xidmətinin sabiq rəhbəri Aleksandr Benalla və Fransanın milyardlarla dövriyyəsi olan “SAUR” şirkətinin vitse-prezidenti Anass Derraz 2018-ci ildə Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədovun aktivlərinə qarşı beynəlxalq sanksiyaların ləğvi müqabilində külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunurlar.
Həmin iş üzrə əvvəllər xarici və yerli mətbuatda dərc edilmiş məqalələrdə qeyd edilir ki, adıçəkilən şəxslər Fərhad Əhmədovdan rüşvət tələb ediblər və bunun müqabilində sonuncunun dəbdəbəli “Luna” yaxtasının beynəlxalq həbsdən azad ediləcəyini, özünün sanksiyalardan qorunacağını vəd ediblər.
Məlumatlara əsasən, F.Əhmədov milyonlarla dollarlıq rüşvətin bir hissəsini Anass Derrazın “AL HILAL BANK”-dakı hesabına və Aleksandr Benallanın “BANK OF AFRICA UNITED KINGDOM PLC SC PAR”-dakı hesabına köçürüb.
Məlum olmayan formada istintaqın əlinə keçən A.Derraz Azərbaycanda məsuliyyətə cəlb olunaraq ölkədən çıxışına qadağa qoyulub, A.Benallanın isə beynəlxalq axtarışa verilməsi ilə bağlı İNTERPOL-a müraciət olunub.
Anass Derraza AR Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 32.5, 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan olunub.
Onun barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.
Əvvəlki Yazı

Füzulinin işğaldan azad olunmasından beş il ötür

Növbəti Yazı

Mehdiyevlərin “Ailə TV”si necə olacaq?

EKSKLUZİV

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
3
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10

XƏBƏR LENTİ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.