Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

Parlamentdə hərbi xidmətlə bağlı MÜHÜM QANUN

Oktyabr 17, 2025
A A

REDAKTORUN SEÇİMİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55

Milli Məclisin bu gün keçirilən iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com-un xəbərinə görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev layihə haqqında məlumat verib.

Bildirib ki, qanunlarda dəyişiklik edilməsinin əsas məqsədi müasir çağırışlara uyğun olaraq bu sahədə aparılan islahatlarla və buna uyğun olaraq təkmilləşdirmələrlə bağlıdır: “Təqdim edilən Qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi, gizirlərin və miçmanların həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və 38.1.4-cü maddəsinin tələblərinə əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib.

Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzunmüddətli istifadə olunması məqsədilə Layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir”.

Arzu Nağıyev daha sonra bunları söyləyib:

“Adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 26-cı maddəsinin “v” bəndində və 36.1.3-cü maddəsində gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulub. Layihədə “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif edilir.

Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1074-VIQD nömrəli Qanunu ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq 156-cı və 41-ci maddələrinə “Qeyd” hissəsi əlavə edilib.

“Qeyd” hissəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycan Respublikasının və xarici ölkələrin ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün təhsil müəssisələrində hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə daha səmərəli töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsinə şərait yaratmaq, həmçinin ölkəmizin müdafiəsində zabitlərin uzunmüddətli xidmətini təmin etməklə peşəkar kadr potensialını möhkəmləndirmək məqsədilə zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (əsas – baza ali tibb – təhsili) təhsili müddətinin də öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməməsi təklif edilir”.

Komitə sədri bildirib ki, bundan başqa, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin qüvvədə olan 150-ci maddəsinə əsasən, hərbi qulluqçular rəsmiləşdirilmiş icazə əsasında ali mülki və orta ixtisas təhsili müəssisələrində hərbi ixtisasına yaxın olan və ya icra etdiyi işin xarakterinə uyğun olan xüsusi biliklərin artırılmasına imkan verən ixtisaslar üzrə, habelə mülki ali təhsil müəssisələrinin, nazirlik və komitələrin nəzdindəki kurslarda (xüsusi fakültələrdə) oxuya bilərlər:

“Təcrübədə bəzi hallarda hərbi qulluqçuların ali mülki və orta ixtisas təhsil müəssisələrində təhsil alması ilə yanaşı, eyni vaxtda öz hərbi xidmət vəzifələrini yerinə yetirməsi mümkünsüz olur. Qeyd olunan halın qarşısını almaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.2-ci maddəsində nəzərdə tutulan hərbi qulluqçularının sərəncamda olma müddətlərinə yeni müddətin – “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 150-ci maddəsinə uyğun olaraq əyani təhsil almaqla əlaqədar (vəzifədə saxlanılması mümkün olmadığı hallarda) hərbi qulluqçunun təhsil müddətində sərəncamda olmasının əlavə edilməsi təklif edilir.

Eyni zamanda, adıçəkilən qanunların müvafiq olaraq qüvvədə olan 172-ci və 44.1-ci maddələrində əksini tapan cədvəllərdə əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar üçün ehtiyatda olmağın son yaş hədləri eyni sətirdə müəyyən edilib. Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir.

Adıçəkilən qanunların müvafiq olaraq, 175-ci və 45.2-ci maddələrində ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri nəzərdə tutulub.

Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təklif edilir.

Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə bir sıra texniki xarakterli dəyişikliklər də nəzərdə tutulub.

Layihə Milli Məclisin Müdafiə,Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilib və əlavə rəy, təklif olmadan müzakirə üçün Milli Məclisin plenar iclasına birinci oxunuşa tövsiyə edilir”.

Layihə ilk oxunuşda təsdiq olunub.

Əvvəlki Yazı

AZAL-ın təyyarəsini Ramiz Mehdiyev vurdurub – Çevriliş planının yeni detalları

Növbəti Yazı

Trampla Putin arasında GƏRGİNLİK – Alyaskada planlaşdırılan şam yeməyi ləğv edildi

EKSKLUZİV

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 2025 / 20:28
26
Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

18 Dekabr 2025 / 19:43
0
Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

18 Dekabr 2025 / 19:42
3
Bəylər Eyyubova yeni imtiyaz verildi

Bəylər Eyyubova yeni imtiyaz verildi

18 Dekabr 2025 / 19:40
2

XƏBƏR LENTİ

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Yasamalda 15 mərtəbəli bina necə 16 oldu?

Rəsul Quliyevdən 5 milyon manata torpağı kim alıb?

Bəylər Eyyubova yeni imtiyaz verildi

İsrail Türkiyəyə veto qoydu, Azərbaycan dəvəti rədd etdi

Böyük Çöküşdən əvvəlki İran: Hakim rejim zəngin ölkəni necə məhv edir?

Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası Bakıdan yola salınıb – FOTO

Kamran Əsədov vaxtilə sərt tənqd etdiyi Elm və Təhsil Nazirliyinin necə sevimlisinə çevrilib? – VİDEO

Moskvanın Qazaxıstan qorxusu – İmperiya çökür, hədələr başlayır

“Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

“Oğlumu yalnız kənardan göstərdilər, danışmağa imkan vermədilər” – əsgər Əli Cəfərovun atası danışdı

Rusiya hərbçiləri bu Avropa ölkəsinə daxil oldu – Əsgərlər SƏRHƏDİ KEÇDİ – VİDEO

Ermənistanda ARA QARIŞDI: Eçmiədzində toqquşmalar başladı

Beybutovun 4 milyonu kimdədir?- Cavid Hüseynli azadlığa buraxıldı

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – həkimdən xəbərdarlıq

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

“Qanunsuzluq xaos gətirir, xaos da dağıntı, DTX isə …”

Tehrandan Zəngəzur dəhlizinə hədə – Əraqçi gedən kimi…

“Bir neçə deputat həbs olunacaq, çevrilişə cəhdlər olacaq” – Tanınmış astroloqdan SENSASİON açıqlamalar VİDEO

Qərb qoşunları Ukraynada yerləşdiriləcək: ABŞ və Avropa Ukrayna ilə bağlı hansı razılığa gəlib?

Putini yenə aldatdılar – Kupyanskı ələ keçirmişik

Ramiz Mehdiyevlə bağlı ŞOK AÇIQLAMA: “Eyş-işrət içərisində…”

Xatirə İslam Xankəndidəki konsertdə oxumaqdan imtina edib

Xəzər 8 ildə 100 metr geri çəkildi — FOTO

Mədəniyyət Nazirliyi bir ildə 2 milyonu nəyə xərcləyib?- MARAQLI DETALLAR

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Ev almaq getdikcə çətinləşir – Bakıda 2026-cı ilin ŞOK qiymət proqnozları

Əbülfəs Qarayevin qızı ÜZR İSTƏDİ

Putindən sensasion AÇIQLAMALAR: “Oreşnik”lər HƏRƏKƏTƏ KEÇİR

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.