Alyaskada baş tutan ABŞ və Rusiya prezidentlərinin qapalı görüşü gərgin atmosferdə keçib.
Musavat.com xəbər verir ki, “Financial Times” qəzetinin yazdığına görə, Vladimir Putin söhbət zamanı Donald Trampa “Rusiya və Rus imperiyasının tarixi” barədə uzun-uzadı mühazirə oxumağa başlayıb. Bu isə Trampın narazılığına səbəb olub – o, bir neçə dəfə Putinə səsini qaldırıb və görüşü tərk etməklə hədələyib.
Nəticədə, ABŞ prezidenti görüşü yarımçıq dayandıraraq, əvvəlcədən planlaşdırılan şam yeməyini ləğv edib.
Qəzet bu məlumatı səkkiz Qərb və Ukrayna rəsmisi, eləcə də sülh danışıqlarına yaxın olan bir neçə rus mənbə ilə təsdiqləyib.
Analitiklər qeyd edirlər ki, bu insident Tramp–Putin münasibətlərində diplomatik gərginliyin artdığını və Alyaska sammitinin gözlənildiyi qədər uğurlu keçmədiyini göstərir.