Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Azərbaycan Qəzzaya ordu göndərir

Oktyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Ağ Ev sülhməramlılarımızı Qəzzada beynəlxalq qüvvələrin tərkibində görmək istəyir; bəs ekspertlər nə deyir?

Qəzza zolağında sülhməramlı missiyanın icrasında iştirak üçün əsas namizədlər İndoneziya, Azərbaycan və Pakistandır. Bu barədə ABŞ-dan olan anonim hərbi rəsmisi “Politico”ya bildirib.

Onun sözlərinə görə, Qəzzada vəziyyətin stabilləşməsində iştirak edəcək bu qüvvələrin formalaşdırılması haqqında danışıqlar gedir və hələlik heç bir ölkə qəti vəd verməyib. Lakin məsələ ilə ən çox maraqlananlar yuxarıda adıçəkilən ölkələrdir.

Mənbə deyib ki, ABŞ Prezidenti Donald Trampın 20 maddəlik planına uyğun olaraq, ABŞ bölgəyə müvəqqəti stabilləşdirici qüvvələr göndərəcək və bu qüvvələr Fələstində polislərə təlimlər keçəcək. Heç bir ABŞ hərbi qüvvəsi Qəzzada olmayacaq.

Ağ Ev, İndoneziya, Azərbaycan və Pakistan səfirlikləri “Politoco”nun sorğusuna cavab verməyib.

Yada salaq ki, az öncə Qəzzada atəşkəslə bağlı İsrail və HƏMAS arasında razılaşma əldə olunub. Razılaşma çərçivəsində girov və məhbus mübadiləsi baş tutub. Lakin İsrail HƏMAS-ın bütün israilli girovların meyitlərini təhvil verməyəcəyi təqdirdə, atəşkəsin davamlı olmayacağı barədə xəbərdarlıq edib.

Bu arada Türkiyə Müdafiə Nazirliyi də beynəlxalq sülhməramlı qüvvələrin tərkibinə kontingent göndərməyə hazır olduğunu bildirib. Yada salaq ki, iki qardaş ölkənin hərbi qüvvələri vaxtilə Əfqanıstanda və Kosovada eyni missiyasını yerinə yetirib.

Hərbi ekspert Səxavət Məmməd “Yeni Müsavat”a söylədi ki, Azərbaycan sülhməramlılarının Qəzzada yerləşməsi ilə bağlı iddialar bəzi əsaslı arqumentlərə söykənir və bu variant real görünür: “Əvvəla, Azərbaycanın sülhməramlı təcrübəsi kifayət qədər zəngindir. Ölkəmiz daha əvvəl NATO çərçivəsində həm Kosovo, həm də Əfqanıstanda sülhməramlı missiyalarda iştirak edib. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan sülhməramlıları Əfqanıstanda ən çətin yerlərdə xidmət aparırdı. Yeri gəlmişkən, ABŞ ordusu Əfqanıstandan çıxarkən Azərbaycan Türkiyə ilə birgə ən son çıxan qüvvələrdən biri olub. Bu fakt Azərbaycanın təhlükəli və mürəkkəb bölgələrdə uzunmüddətli və effektiv şəkildə xidmət göstərə biləcəyini sübut edir”.

Onun sözlərinə görə, ikinci mühüm məsələ Azərbaycanın balanslı xarici siyasətidir: “Azərbaycan həm İsraillə, həm də Fələstinlə münasibətlərini qoruyub saxlayan nadir ölkələrdəndir. Bu cür neytral və diplomatik baxımdan etibarlı mövqe ölkəmizin Qəzzada sülhməramlı kimi qəbul olunmasına şərait yaradır. Yəni tərəflərdən heç biri Azərbaycanı qərəzli vasitəçi kimi görməz”.

Bundan əlavə, ekspertə görə, Azərbaycanın müsəlman ölkəsi olması da önəmlidir: “Bu xüsusiyyət Qəzza əhalisi üçün psixoloji baxımdan daha rahat qəbul ediləcək bir faktor kimi çıxış edə bilər. Yerli əhali müsəlman ölkəsinin əsgərlərinə digər ölkələrin nümayəndələrindən daha çox güvən göstərə bilər. Nəhayət, Azərbaycanın Türkiyə ilə yaxınlığı da önəmlidir. Türkiyənin bölgədəki nüfuzu və Azərbaycanla strateji müttəfiqliyi bu cür təşəbbüslərin dəstəklənməsi üçün əlavə imkanlar yarada bilər. Bu səbəbləri nəzərə alaraq demək olar ki, Azərbaycanın Qəzzada sülhməramlı kimi iştirak etməsi həm siyasi, həm hərbi, həm də sosial baxımdan əsaslandırıla bilən bir variantdır. Lakin son qərar BMT, regional aktorlar və tərəflərin razılığı ilə verilə bilər. Əgər Azərbaycan sülhməramlıları Qəzzada xidmət aparacaqlarsa, bu ən ağır və ən çətin yerlərdə olacaq”.

Siyasi şərhçi Mübariz Göyüşlünün sözlərinə görə, Azərbaycanın beynəlxalq sülhməramlı missiyada iştirak təcrübəsi zəngindir: “İraqda, Əfqanıstanda sülhməramlılarımız çox yüksək səviyyədə üzərinə düşən missiyanı yerinə yetirib. Bundan başqa, Azərbaycan özü işğalla qarşılaşmış, onu dəf etmiş, müharibə aparmaq kimi ağır sınaqlardan da çıxmış bir dünyəvi türk-müsəlman ölkəsidir. Müharibənin, işğalın, münaqişənin nə demək olduğunu, hansı çətinliklər və problemlər yaratdığını yaxşı bilirik. Buna görə də dünyanın müharibə gedən qaynar nöqtələrində problemin ədalətli həllinə, beynəlxalq hüquq normalarına uyğun çözülməsinə dəstək ola bilərik. Biz torpaqlarımızı işğaldan azad edəndən, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa edəndən sonra qlobal miqyasda sülh və təhlükəsizlik fəaliyyətlərinə töhfə verməkdəyik. İlk imkandaca Azərbaycan istər Rusiya-Ukrayna müharibəsinin, istərsə də İsrail-Fələstin (HƏMAS) müharibəsinin həllində aktivlik göstərir, ədalətli həll yolları təklif edir. Xüsusilə Yaxın Şərqdə problemin həllində Azərbaycan fəallıq göstərməkdədir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Ağ Ev Azərbaycanın Qəzzada beynəlxalq qüvvələrin tərkibində təmsil olunmasını istəyir: “Pentaqon həm İsrail, həm də Fələstinlə yaxşı münasibətlərə malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Qəzzaya hərbçilərinin göndərməsinin tərəfdarıdır. Donald Tramp administrasiyasının Azərbaycan Prezidenti İlham Əliyevi Misirdəki sammitə dəvət etməsi də buna dəlalət edir. Azərbaycan hərbçilərinin beynəlxalq qüvvələrin tərkibində Kosovo, İraq və Əfqanıstanda fəaliyyət təcrübəsi var. Ancaq Qəzzada vəziyyət daha mürəkkəbdir. Digər tərəfdən beynəlxalq qüvvələrin Qəzzadakı rolunun nədən ibarət olacağı hələ müəyyənləşməyib. HƏMAS tərksilah olunmasa bölgədə gərginlik yenə artacaq. Bunu ABŞ Prezidenti Donald Trampın və İsrailin baş naziri Benyamin Netanyahunun son açıqlamaları da sübut edir”.

Üzeyir Cəfərov Redaktor.az-a bildirib ki, Qəzzada yaradılması planlaşdırılan beynəlxalq sülhyaratma missiyasında Azərbaycanın da iştirak edəcəyi ehtimal edilir: “Çünki Azərbaycanın sülhyaratma missiyalarında təcrübəsi var. Biz bir zamanlar Kosovoda, Əfqanıstanda, İraqda, yəni NATO qüvvələri ilə birgə sülhyaratma əməliyyatlarında iştirak etmişik. Niyə də müsəlman ölkəsi olan Azərbaycan bu missiyada İndoneziya, Pakistan və digər ölkələrlə birgə iştirak etməsin? Bildiyim qədərilə, bu missiya baş tutacağı təqdirdə Azərbaycan da ora müəyyən bir kontingent göndərəcək. Yəni ”göndərə bilər” yox, düşünürəm ki, göndərəcək. Çünki Azərbaycanın adı son vaxtlar sülhyaratma missiyalarında və ümumilikdə sülhə meylli ölkələr sırasında çəkilir. İndiyə qədər də ölkəmiz dəfələrlə beynəlxalq qurumlar çərçivəsində, xüsusilə də KFOR əməliyyatlarında NATO qüvvələri ilə birgə müəyyən tapşırıqları yerinə yetirib. Azərbaycanın bu sahədə uğurlu göstəriciləri var”.

Əvvəlki Yazı

Araz dəhlizi işə düşür – Zəngəzur dəhlizi isə…

Növbəti Yazı

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

EKSKLUZİV

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 Dekabr 2025 / 16:37
2
Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

12 Dekabr 2025 / 12:29
2
Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

12 Dekabr 2025 / 12:21
5
Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
5

XƏBƏR LENTİ

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.