Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

DÜNƏN ALQIŞ, BU GÜN QARĞIŞ… – Mehdiyevlə bağlı əvvəl nə deyirdilər, indi nə deyirlər?

Oktyabr 18, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Məlum olduğu kimi, Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı əsasında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyev – Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Mehdiyevin əməlləri sübuta yetirilərsə, bu maddələr üzrə onu on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları gözləyir.

Qeyd edək ki, müəyyən səbəblərdən vəzifədə saxlanılsa hər kəs R.Mehdiyevin Rusiyanın adamı olduğunu, Moskvanın istəklərini hər zaman Azərbaycan dövlətinin maraqlarından üstün tutduğunu bilirdi. Ancaq bunu bildikləri halda vaxtilə Mehdiyevi “xalqın müdrik ağsaqqalı”, “dövlətin intellektual dayağı”, “ideoloji sütunu” adlandıranlar, onu “ilahiləşdirənlər” vardı. Xüsusən də deputatların arasında.

Maraqlıdır ki, bu gün Mehdiyevə qarşı ilk olaraq sərt ittihamlarla da məhz həmin deputatlar çıxış etdi. Heç bir əlavə şərh vermədən R.Mehdiyevlə bağlı cinayət işi qaldırıldıqdan sonra onu ittiham edən deputatların əvvəl nə dediklərini təqdim edirik:

Deputat Elşən Musayev (əvvəl): “Ramiz Mehdiyev hər yoldan keçənə cavab verəcəksə, o zaman biz kimik? Nə deyib ortada gəzirik? Ramiz Mehdiyev elə bir şəxsiyyətdir ki, onun söylədiyi hər fikir mükəmməlliyin belə öhtəsində durur və bu dəyərli insanın mövqeyi, cəsarəti, kişiliyi məncə çoxları üçün örnək olmalıdır”.

Deputat Elşən Musayev (indi): “Ramiz Mehdiyevin yanında olanlar bizdən deyillər!”.

Deputat Aydın Mirzəzadə(əvvəl): “Ramiz Mehdiyev Azərbaycan tarixində özünün fəaliyyəti ilə mühüm yer tutmuş şəxslərdən biridir… Ramiz Mehdiyev Azərbaycanda dövlətçiliyin möhkəmlənməsində, hüquqi demokratik dövlətin formalaşmasında, insan hüquq və azadlıqlarlının qorunmasında, bir sistemdən digərinə ağrısız və şok terapiyası olmadan keçilməsində böyük rol oynadı”.

Deputat Aydın Mirzəzadə(indi): “Əgər belə ittihamlar irəli sürülübsə, deməli, ciddi əsaslar var və bu, uzunmüddətli araşdırmanın, sübutların nəticəsidir. Çox təəssüf edirəm ki, yüksək vəzifədə çalışmış, böyük etimada layiq görülmüş şəxs tərəfindən belə hallara yol verilib. Cənab Prezidentimizin apardığı siyasi xətt ölkəmizi güclü və sözün əsl mənasında müstəqil edir…Heç kəs dövlətimizin təhlükəsizliyinə, müstəqilliyinə əl uzatmağa çalışmasın. Bu, gec-tez aşkar olunur”.

Deputat Sahib Alıyev (əvvəl): “Cənab Ramiz Mehdiyev, zəngin dövlətçilik təcrübəsi olan, Ulu Öndər Heydər Əliyevin idarəçilik fəlsəfəsini dərindən bilən böyük dövlət adamıdır, belə demək mümkündürsə, siyasət generalıdır. Fikrimcə, özünün dövlətə bağlılığı, zəhmətkeşliyi, sədaqətliliyi, elmi, peşəkarlığı və təvazökarlığıyla əsl örnəkdir. Mən ona can sağlığı, çətin, son dərəcə məsuliyyətli işində yeni-yeni uğurlar arzulayıram”.

Deputat Sahib Alıyev (sonra): “Açığı, mən Ramiz Mehdiyev kimi təcrübəli bir adamın karantin rejiminin tələblərini kobudcasına pozaraq nəvəsinə toy edilməsinə razılıq verib, özünün də onlarla adamın qatıldığı o məclisin başında oturmasının nədən irəli gəldiyini anlamağa çətinlik çəkirəm, heç anlamaq da istəmirəm. Ümid edirəm ki, o toyu keçirənlər də, oradakı digər vəzifəli şəxslər də qanun qarşısında cavab verəcəklər. Digərlərindən də, özünü qanundan üstün tutmasıyla deyil, əksinə ona dəqiq əməl etməsi, sadə və təvazökar davranışlarlyla fərqlənir”.

Deputat Məlahət İbrahimqızı(əvvəl): “Ramiz müəllim Azərbaycanın müstəqilliyinin ilk illərindən yüksək dövlət vəzifəsində çalışır və Prezident Administrasiyasına rəhbərlik edir. Azərbaycanın çağdaş dövlətçiliyinin inkişafında və möhkməndiriliməsində onun yüksək xidmətləri var”.

Deputat Məlahət İbrahimqızı(indi): “Azərbaycan xalqı Qalib Dövlətin vətəndaşı olmağı ilə fəxr etdiyi halda, bütün Türk dünyasının 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin və 2023-cü il 19-20 sentyabr anriterror əməliyyatının uğurunu sevincini və qürurunu yaşadığı dövrdə Ramiz Mehdiyevin və bir qrup cinayətkar “silahdaşlarının” dövlət çevrilişi törətmək planı əziz Şəhidlərimizin qanı ilə suvarılmış Vətənimizə və Dövlətimizə qarşı ən böyük xəyanətdir. Fəaliyyəti dövründə Azərbaycan xalqının milli dəyərlərinə, Türk kimliyinə, islam dəyərlərinə nifrətini heç vaxt gizlətməyən Ramiz Mehdiyev kimi adamlar erməni revanşistləri ilə əməkdaşlıq etməyi belə özlərinə şərəf sayırlar. Hər kəs bilir ki, 2009-13-cü illərdə Azərbaycan-Türkiyə arasında yaranmış böhran vaxtı Ramiz Mehdiyev bu senarinin baş müəllifi və əsas aktyoru idi. FETO-çularla, Ermənistanda, Rusiyada, eləcə də dünyanın hər yerində nə qədər Azərbaycan-Türkiyə düşməni var idisə bütün qüvvəsi ilə çalışaraq onlarla işbirliyində olub, bu iki qardaş ölkə, eləcə də möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti R.T. Ərdoğan arasında fitnə salmağa çalışırdı. Anlaqsız vəziyyətdə olan Ramiz Mehdiyev və onun kimilər toyuq korluğu səbəbindən Azərbaycanın və dövlət başçımızın misilsiz fəaliyyətini görə bilmirlər. Çirkli və sinsi xislətli insanların gözü heç vaxt görməz. Çünki bu insanlar doğularkan dünyaya xain və xəyanətkar xislət və məramla gəlirlər. Bu mənada Ramiz Mehdiyev kimi adamlar möhtərəm Prezidentimizin qüdrəti və nüfuzu, ona olan xalq məhəbbəti qarşısında çox, cılız, kiçik və xırdadırlar. Onların bu cinayətləri həm də xalqa qarşıdır. Xalqımız öz Lideri arxasında daima bir yumruq olaraq, əfsanəvi gücə Dəmir Yumruğa çevrilibdir”.

Deputat Elman Nəsirov(əvvəl): “Ramiz Mehdiyev Azərbaycanın dövlət quruculuğu prosesində çox böyük xidmətləri olan şəxsiyyətdir. Hörmətli Ramiz müəllimin dövlət idarəçiliyi sahəsində çox zəngin bilik, bacarıq və təcrübəsi var. Olduqca ciddi dövlət adamıdır, hadisələri soyuq başla təhlil etmək qabiliyyətinə, peşəkarlıq keyfiyyətlərinə malikdir. Ramiz Mehdiyevin ən müstəsna xüsusiyyəti odur ki, dövlətə, dövlətçiliyə, prezidentə sədaqətli insan olub və bu gün də belədir. Hörmətli Ramiz müəllim bu gün də böyük təcrübəsini və bacarığını, elmi biliyini dövlətimizin mənafeyinə sərf edir. Hörmətli akademikin məqalələri də xüsusi vurğulanmalıdır. Onun məqalələri hər zaman proqram xarakterli olur. Fürsətdən istifadə edib sizin qəzetiniz vasitəsilə hörmətli Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edirəm. Ona cansağlığı arzulayıram”.

Deputat Elman Nəsirov(indi): “Bundan ağır cinayət yoxdur. Digər maddələr də olduqca ağır cinayətləri özündə ehtiva edir. Onun yəqin ki, 87 yaşlı olması nəzərə alınaraq, barəsində ev dustaqlığı qərarı verilib. İstintaq prosesində, yəni 4 ay ərzində daha çox məlumat alacağıq. İrəli sürülən ittihamların detalları ilə bağlı məsələlər də yəqin ki, ictimaiyyətin diqqətinə çatdıdırlacaq.Hakim partiyanın bu məsələlərdə mövqeyi bəllidir. Artıq cinayət əməli sübuta yetirilmiş şəxsin partiyada qalması mümkün deyil”.

 Deputat Siyavuş Novruzov(əvvəl): “Ramiz Mehdiyev Azərbaycan dövlətinin qurulmasında, qorunmasında, möhkəmlənməsində xüsusi xidmətləri olan bir dövlət adamıdır. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davam etdirilməsində prezidentimizə yaxından dəstək verən dövlət xadimlərindən biridir. O, həm də bir alim kimi də öz xidmətləri və baxışları ilə uğurlar qazanıb. Onun ayrı-ayrı zamanlarda ermənilərə verdiyi tutarlı cavablar, cəmiyyətə verdiyi istiqamətlər xüsusi qeyd olunmalıdır. Ramiz Mehdiyevin fəaliyyəti göz önündədir. Onun xidmətlərinə kölgə salmaq cəhdləri isə səmərə verəsi deyil…”

Deputat Siyavuş Novruzov(indi): “Ramiz Mehdiyev dövlət strukturunda fəaliyyət göstərib, həmin vaxt mən də işləmişəm. Halbuki həmişə iclaslarda müəyyən fikirlərin əleyhinə çıxış edən mən olmuşam. Orada oturanların hamısı şahiddir ki, həmişə haqqı demişəm. Ramiz Mehdiyevə mədhiyyə deyənlərin, şeir, qəzəl oxuyanların hamısı tamam kənarda qalıb, məni müzakirə edirlər. Ramiz Mehdiyevlə münasibətlərimiz o qədər normal, yolunda olmayıb… Sadəcə, paralel işləmişik”.

Elvin Bəyməmmədli

“AzPolitika.info”

Əvvəlki Yazı

Azərbaycan Qəzzaya ordu göndərir

Növbəti Yazı

Paşinyan: “…mənim səhvlərimi təkrarlamayın”

EKSKLUZİV

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 Dekabr 2025 / 16:37
2
Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

12 Dekabr 2025 / 12:29
2
Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

12 Dekabr 2025 / 12:21
5
Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
5

XƏBƏR LENTİ

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.