Sabiq MTN şefi Eldar Mahmudovun atasının adının vaxtiylə gəmiyə verilməsi və bu şəkildə “əbədiləşdirilməsi” hər kəsə məlumdur. Ötən dövrün mediasında bununla bağlı kifayət qədər məlumat yer alıb.
Son vaxtlar Ramiz Mehdiyevlə bağlı baş verən proseslər fonunda onunla yaxın münasibətə malik olan bir sıra sabiq məmurların da adı çəkilir ki, bunlardan da biri keçmiş MTN şefi Eldar Mahmudovdur.
Bugünlərdə cəmiyyətdə vaxtiylə Eldar Mahmudovun atasının adının gəmiyə verilməsində Ramiz Mehdiyevin də “məsləhətverici rola” malik olduğu ilə bağlı fikirlər səslənməkdədir. Bəzi iddialara görə Eldar Mahmudov bu addımı atmazdan öncə bunun mümkün siyasi nəticələri ilə bağlı Ramiz Mehdiyevlə məsləhətləşməyi lazım bilib və onun təqdirini alıb. Bu informasiyanın nə qədər səhih olduğu bəlli olmasa da, Eldar Mahmudovla Ramiz Mehdiyev arasındakı münasibətlərin yaxınlığını nəzərə alanda, bu ehtimal kifayət qədər real görünür. Ola bilsin ki, Eldar Mahmudov Ramiz Mehdiyevlə məsləhətləşməklə bu addımın doğura biləcəyi mümkün mənfi tendensiyalardan özünü mümkün qədər sığortalamağa çalışıb.









