Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Heyvan bazarları bağlandı – Ət qıtlığı olacaq?

Oktyabr 27, 2025
A A

REDAKTORUN SEÇİMİ

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 26 / 11:08
Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

02 Fevral 26 / 13:07
Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

24 Yanvar 26 / 13:28
Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

22 Yanvar 26 / 14:56
Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

Gəncə Dövlət Universitetində imtahan maxinasiyaları və rektorun yeni qalmaqallı villası

26 Dekabr 25 / 12:29
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu gündən etibarən ölkə üzrə fəaliyyət göstərən heyvan bazarlarının müvəqqəti bağlandığını elan edib. Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır.
Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq. Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər.
Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində mal-qara arasında dabaq xəstəliyinin yayılması müşahidə olunur. Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, bazarların bağlanması xəbəri artıq ət kəsimi ilə məşğul olan sahibkarlara ciddi problem yaradıb: “Onlar əvvəllər həftə ərzində bazara gedib, lazım olan qədər heyvan alacaqlarını düşünürdülərsə, indi hər gün heyvan axtarışındadırlar. Təsəvvür edin, qəssabxananı bir gün bağlayıb, boş saxlayaraq, rayonlara gedib ət axtarışında olurlar. Heyvan bazarlarının bağlanması bu kimi problemlər yaradır”.
Ekspertin fikrincə, indiki halda ətin qiymətinin bahalaşması gözlənilmir: “Ətin qiymətinin artımının indiki halda baş verəcəyini düşünmürəm. Ona görə ki, alıcıların sayı azalıb. Bəzi adamlar xəstəliyin yayılmasından ehtiyatlanırlar və toyuq ətinə üstünlük verirlər. Yalnız ət deyil, digər ərzaq məhsullarının qiymətlərində də bahalaşma var, insanların gəlirləri azalır. Bu səbəbdən adamlar çalışırlar ki, ətə daha az vəsait xərcləsinlər. Bazarın bağlanması ümumilikdə bu problemi həll edəsi deyil. Birincisi, çox sayda heyvanlar tələf oldu. Avqust ayının 20-dən bu yana biz hökuməti xəbərdar edirdik ki, xəstəlik yayılmağa başlayıb, bunun qarşısı alınmalıdır. Bundan iki ay vaxt keçib. İndi başlayıblar bazarı bağlamağa. Artıq tələf olan olub, sağ qalan qalıb. Amma bəzi regionlarda xəstəlik davam edir. Lakin bazarın bağlanması yenə deyirəm problemi həll etməyəcək. Bazara sağlam heyvan çıxarılamalıdır. Ona görə də bazarda nəzarət sistem yaratmaq lazımdır. Kənd təsərrüfatı nazirliyində 1200 məmur var. Bizdə bir-iki bazar var, bir-iki məmur, bir-iki baytar həkim cəlb etmək, lazım gələrsə süni laboratoriyalar da təşkil etmək olar. Hər şeyin sivil qaydası var. Təəssüflər olsun ki, qeyri-peşəkarlıq üzündən bu kimi tədbirləri təşkil edə bilmirlər”.
V.Məhərrəmli əlavə edir ki, bazarın bağlanması həm də ət istehsalı ilə məşğul olan sahibkarlara problem yaradır: “Onlar heyvanları bazara çıxarıb, rəqabət mühitində satış edib, qiymətləri müəyyən edirdilər. Bazara çoxlu alıcı gəlirdi. İndiki halda isə kökəltmə ilə məşğul olanların heyvanlarını bazara çıxarmaq imkanları yoxdur. Onlar bunu nəzərə alır və nisbətən alıcıya aşağı qiymətə satış etməyə çalışırlar. Burada müştərinin uzun məsafə gəlməsi və xərcini kompensasiya etməsi nəzərə alınır. Öz aralarında razılaşırlar. Elə bir problem yoxdur. Problem ondadır ki, bununla bağlı ciddi bir hesabat dinləməyib. Mən sizi əmin edirəm ki, nə qədər heyvanın tələf olması ilə bağlı da dəqiq rəqəm çıxarmaq mümkündür. O rəqəm ona görə lazımdır ki, tələf olan heyvanlar dövriyyəyə getməsin. Çox ciddi nəzarətə getmək lazımdır. Ölkədə nə qədər heyvan varsa, identifikasiyası aparılmalıydı. Heyvanların uçotu getməli, qulaqlarında vilkaları olmalıydı ki, hər bir fermanın nə qədər heyvanı olduğunun siyahısı təşkil olunsun. Heyvan əgər yoxdursa, necə olub, xəstələndiyi zaman heyvan qeydiyyata alınmalıydı. Heyvan öldükdə isə onun mütləq ölüsünü sahibkar göstərməlidir. Bu sistemə ciddi nəzarət etmək lazımdır”.
İqtisadçı ekspert Akif Nəsirli isə qeyd edib ki, yerli bazarda ət qıtlığı yaşana bilər: “Çünki kütləvi bazarlar olmadığından kütləvi alışlar da olmayacaq. Ona görə də bazarda ət qıtlaşacaq. Qısa zamanda ətin qiyməti arta bilər. Bir məsələ də var. Hazırda ət bazarında dövriyyə kəskin şəkildə azalıb, ətin alıcılıq qabiliyyəti aşağıdır. İnsanlar xəstə mal və qoyun əti almaqdan ehtiyat edirlər. Bunun əvəzinə toyuq və digər ətlərə üstünlük verirlər. Bu da qiymətin bahalaşmasını tormozlayan amildir. İki amil arasında bir ortaq göstərici olacaq. Bu səbəbdən ətin qiymətinin kəskin şəkildə bahalaşması gözlənilmir”.
A.Nəsirli söyləyib ki, bu addım fermerlərə ziyan vuracaq: “Çünki onların gəlir mənbəyi məhz bu bazarlardır. Likvidlik problemi yaşayacaqlar. Karantin prosesində heyvanları realizasiya etmək problemi ilə üzləşəcəklər. Onların dövriyyəsini, gəlirlərini azaldacaq. Lakin bu vəziyyət uzun çəkməyəcək. Dabaq xəstəliyinin inkubasiya dövrü 7-10 gündür. Buna görə də xəstəliyin yayılma zəncirini qırmaq üçün qısa fasilə bəsdir.  Noyabrın 5-7-dən karantini qaldırmaq olardı. Mənim qənaətimə görə oktyabrın 10-dan karanatin elan edilsəydi, xəstəlik bu qədər ziyan vurmazdı. Hansı göstərici, məntiqə uyğun olaraq, ayın 25-dən bazarları bağlayırlar. Buna mən məntiqli izah tapa bilmirəm. Yəni 15 gün tədbir gecikib”.
Əvvəlki Yazı

Paytaxtda söküntü: Hansı ərazilər plana düşüb?

Növbəti Yazı

Kənd təsərrüfatında YOXLAMALAR: Rəqəmlər şişirdilib

EKSKLUZİV

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

04 Fevral 2026 / 21:13
3
Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

04 Fevral 2026 / 11:08
15
“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

03 Fevral 2026 / 18:40
18
Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

03 Fevral 2026 / 13:56
10

XƏBƏR LENTİ

Qazaxda dövlət qulluqçusu yol verdiyi səhvə görə tutduğu vəzifədən azad olundu

Tahir Kərimovun oğlu da “gül vurdu”: Prezidenti dəstəkləyir, yoxsa?…

“Türk Ədəbiyyatı” jurnalının Türkoloji Qurultayın 100-cü ildönümünə həsr etdiyi nömrəsi çap olunub

Azərbaycan Yazıçılar Birliyinin üzvündən sədr Anara açıq MƏKTUB

Rektor Yusif Yusibova qarşı ağır ittihamlar: İntihar cəhdi, təhdidlər və maliyyə maxinasiyaları

Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR…

“Azərbaycanda gənclər üçün yeni imkanlar yaradılıb”

DTX-nın sonuncu əməliyyatı cəmiyyət və vətəndaşlar qarşısında hansı vəzifələr qoyur?

Qazaxda Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib – VIDEO

DİN qanunun və milli-mənəvi dəyərlərin keşiyində, yaxud “Bağçalı Saray əməliyyatı”na sözardı…

Kuba səfirliyində Kubanın Milli Qəhrəmanı Xose Martinlə bağlı tədbir

Ağstafa inkişaf yolunda: Seymur Orucuvun uğurlu rəhbərlik strategiyası

Mahalımızın sevimli qızi

“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

“Onların peşəkarlığı terror və təxribat cəhdləri qarşısında ən böyük səddir”

Bakıda 11-ci “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçiriləcək

Büdcədən oğurlanan, xalqdan çırpışdırılan pulların geri qaytarılması vacibdir

Ramiz Mehdiyevin kürəkəni Dubaydakı əmlakların taleyindən narahatdır

Qazaxda icra başçısı şəhid övladının hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib

Xətai icra başçısının Əhmədli əməliyyatı: tikintiyə icazə verilməyən yerdə AĞACLAR KƏSİLDİ, İŞ BAŞLADI

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

Maliyyə nazirliyinin əməkdaşının adı aqrar sektorda “silinən pullar”da çəkilir – Təfərrüat

Məzarı Azərbaycan olan şəhid: Kazım Soltanov!

YAXŞI Kİ, VƏTƏNİ QAZAXDAN SEVDİM

Ramiz Mehdiyevin kürəkəni ilə başlayan kabus: hədə-qorxu, milyonlar

Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib

Qazaxda “20 yanvar – Müdrik xalqımızın qəhramanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib

Mehdiabadda şəhidlərin xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTOLAR

Birinci Qarabağ müharibəsinin yaralarına çəkilən məlhəm…

İcra başçısı rayonda fəaliyyət göstərən uşaq bağçalarında olub

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.