Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Manşet

Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – SİYAHI

Oktyabr 30, 2025
A A

REDAKTORUN SEÇİMİ

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41
Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

Vətəndaşların MİDA narahatlığı: problemlər niyə bitmir?

08 Dekabr 25 / 16:19
Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

Adnan Əhmədzadə Elnur Abdullayev ittifaqının media maxinasiyaları: FETO-çu İmam necə imperiya qurub?

08 Dekabr 25 / 14:31

Son günlər övladları arasındakı qalmaqalla gündəmə gələn Ana Vətən Partiyasının sədri, sabiq deputat Fəzail Ağamalının ailə üzvlərinə məxsus şirkətlər məlum olub. 

“AzPolitika” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, həmin şirkətlər partiyaya sədrlik uğrunda mübarizə aparan Elçin və Günay Ağamalılara aiddir.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Elçin Ağamalının qanuni təmsilçisi olduğu iki şirkət vardır ki, bunlar “La Vida” və “Altus” Məhdud Məsuliyyətli Cəmiyyətlərdir. 2005-ci ildə 5 saylı Ərazi Vergilər İdarəsində 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınmış “La Vida” hazırda passiv vergi ödəyicisidir. Şirkətin hüquqi ünvanı paytaxtın Nərimanov rayonu, Teymur Əliyev küçəsi, ev.67/71, m.114-də yerləşir. Şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2021 və 2022-ci illərdə hər il üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilib.

“Altus” MMC isə 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Məsud Əlizadə küçəsi, ev 112, m. 10-da yerləşir. “Altus” şirkətinin hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 3923.19 manat vergi borcu da mövcuddur. Bundan əlavə, şirkətə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2011, 2013, 2015-2017, 2020-2025-ci illərdə hər il üzrə 40 manat (2022-ci ildə isə iki hal üzrə 80 manat) maliyyə sanksiyası tətbiq edilib.

Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Milli Məclisin deputatı Günay Ağamalı isə “Buta” körpələr evi-uşaq bağçasının qanuni təmsilçisidir. “Buta” 2011-ci ildə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 20 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb və hazırda passiv vergi ödəyicisidir. Hüquqi ünvanı paytaxtın Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, ev 12 D, 999-cu məhəllədə yerləşir. Bağçaya Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2013, 2014, 2016, 2021 və 2023-ci illərdə müvafiq olaraq, 120, 80, 40, 40, 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Məlumat üçün bildirək ki, 2022-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək ümumi sahəsi 617,24 kv. metr olan obyektin tikintisi üçün Günay Ağamalıya icazə verib. “Buta” ötən ilin sentyabrında məlumat yayaraq bağça üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikildiyini, zirzəmi və birinci mərtəbəsinin artıq inşa edildiyini açıqlayıb. Qeyd edilbi ki, 4,5 sotun içərisində mövcud olan qeyri-yaşayış sahəsinin bütün sənədləri hazırdır. Bağçanın satışa çıxarıldığı, qiymətinin isə 1 milyon 500 min manat olduğu göstərilib.

Bundan əlavə, ötən il “Aqrarkredit” QSC kredit müqaviləsinə dair mübahisələrlə bağlı Fəzail Ağamalı, övladları Günay və Elçini, eləcə də nəvələri Ağamalı Samirə Akif qızı, Ağamalı Kamran Yalçın oğlu, Ağamalı Orxan Yalçın oğlu, “Agricola” şirkətini və İmanova Suğra Sevindik qızı adlı vətəndaşı məhkəməyə verib. Həmin vaxt Fəzail Ağamalı açıqlama verərək deyib ki, kredit bir müddət əvvəl “Agricola” şirkəti üçün götürülüb. Lakin pandemiya dövründə şirkətin işi axsayıb. Bu baxımdan kreditin ödənilməsində müəyyən problem yaranıb. Məhkəmə söhbətindən sonra “Aqrarkredit”in rəhbərliyi ilə danışıqlar aparılıb və kreditin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub. Sonradan iddiaçı tərəf də məhkəməyə ərizəsini geri götürüb.

Xatırladaq ki, oktyabrın 25-də Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının qurultayında qalmaqal yaşanıb. Yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb. F. Ağamalı istefa vermədiyini mətbuata açıqlasa da, onun qurultay üzvləri ilə vidalaşdığı görüntülərdə öz əksini tapıb. Hadisədən sonra Günay Ağamalı da bəyanat yayaraq, atasının istefa vermədiyini bildirib və məlumatların əsassız olduğunu vurğulayıb.

AVP-nin təşkilati məsələlər üzrə sədr müavini Elçin Ağamalı bildirib ki, atası onun sədrliyə potensial namizəd kimi imkanlarını bildiyi üçün son bir ildə onu partiya fəaliyyətindən tamamilə uzaqlaşdırıb.

Əvvəlki Yazı

Vergi güzəştlərinin ləğvi özəl sektoru ixtisarlara və “qara mühasibatlığa” aparır

Növbəti Yazı

DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

EKSKLUZİV

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

12 Dekabr 2025 / 16:37
2
Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

12 Dekabr 2025 / 12:29
2
Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

12 Dekabr 2025 / 12:21
5
Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

11 Dekabr 2025 / 13:59
5

XƏBƏR LENTİ

Novxanıda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı ehsan süfrəsi təşkil edilib

Qazaxda Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirilib

Gənclər Qazax Rayon Mərkəzi Xəstəxanasında: İcbari Tibbi Sığorta Sistemi ilə Tanışlıq

Azərbaycandakı otellərin Yeni il qiymətləri – Siyahı

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Ramiz Mehdiyevlə Şərurlu İsfəndiyarın əlaqəsi…

Ukrayna Xəzər dənizində neft obyektlərinə ZƏRBƏ ENDİRDİ

İcra Hakimiyyətləri “tender yarışına girib”: Səbəb nədir?

Hava kəskin dəyişəcək? – HƏYƏCAN SİQNALI VERİLİB

Ermənilər Xankəndiyə, azərbaycanlılar Zəngəzura qayıdır?

“Qumar kralı”nın adamının şirkəti bağlandı

Büdcənin çatmayan üç milyardı – yeri necə doldurulacaq?

“Etiraf edirəm ki, mənə “paçka”larla pul verib”- General məhkəməyə gəldi

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə – Cinayət işi BAŞLANDI

“Qarabağ” niyə uduzdu? – İdman jurnalistlərinin REAKSİYASI

Hansı müəllimlər dərs vaxtı məzuniyyətə çıxa biləcək?

Avropa Bankı Azərbaycan üçün 85 milyonluq layihəni TƏSDİQLƏDİ

Dünyanın ən ölümcül müharibələri – Ukraynada itkilər 2 milyona çatır

İlham Əliyev Donald Trampa təşəkkür etdi

Kirayə qalanların NƏZƏRİNƏ: Bu ərazilərdə qiymətlər qalxacaq

Azərbaycanda güclü zəlzələ olacaq? – RƏSMİ AÇIQLAMA

Nobel mükafatları sahiblərinə verildi- Müxalif lider niyə yoxa çıxıb?

ŞOK: çörəklərə cəsədə vurulan maddə qatılır?

Ukrayna dronları Paşinyanın təyyarəsinin Moskvaya enməsinə imkan vermədi

Bankların yeni kələyi – əhalini belə soyurlar

Bakının Brüsseldən sərt tələbi

Pensiya yaşı ilə bağlı YENİ XƏBƏR – 60-a endirilməsi…

Bayram tətili ilə bağlı rəsmi açıqlama

İcra başçısı şəhid atasının dəfninə qatıldı – FOTOLAR

Rəna Muradova:  Yasamal prokurorluğu bacımın qanını batırmaqda israrlıdır…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.