Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Gündəm

Zəngəzur dəhlizi ilə bağlı mühüm gəlişmə

Oktyabr 30, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

ABŞ Dövlət Departamentinin açıqlaması prosesin yeni mərhələyə adlamasından xəbər verir; Kreml əngəl törədə bilərmi?

 

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birgə mətbuata bəyanatında Zəngəzur dəhlizi ilə bağlı çağırış etdikdən sonra həm Ermənistanda, həm də digər ölkələrdə 8 avqust razılaşması ilə bağlı hərəkətlilik müşahidə olunmaqdadır. Xatırladaq ki, dövlətimizin başçısı “Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonunadək baş verə bilər”, – deyə xəbərdar etmişdi.

Prezident daha sonra digər ölkələrin də öhdəliklərini xatırlatmışdı. Sitat: “Hazırda planlaşdırdığımız və həyata keçirdiyimiz bütün işlərlə yanaşı, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri gələn ilin ortalarına qədər tamamlanacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də hər şey belə sürətlə reallaşdırılacaq və belə olan halda Zəngəzur dəhlizinin açılması 2028-ci ilin sonuna qədər baş verə bilər”.

Xatırladaq ki, hələ 8 avqust razılaşmalarından sonra dövlət başçımız vaxt itirmədən işlərə başlanılması zərurəti barədə fikirlərini ABŞ mediasına söyləmişdi. Astana bəyanatından sonra isə Ermənistan dövlət başçımıza təşəkkür etməklə yanaşı, bir sıra müsbət addımlar da atmağa başlayıb.

ABŞ hökuməti isə açıqlama verib ki, 2025-ci ilin sonunadək Azərbaycan və Ermənistanla birgə işçi qrupların yaradılmasını planlaşdırır. Musavat.com xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət Departamenti “Report.az”a təsdiqləyib. Departamentin məlumatına görə, Vaşinqton 8 avqust 2025-ci ildə imzalanmış sazişlər çərçivəsində regiondakı əməkdaşlığı möhkəmləndirmək istiqamətində addımlar atır və Bakı ilə İrəvan arasında aparılan danışıqları yaxından izləyir.

Rəsmi Vaşinqton Azərbaycan və Ermənistan arasında davam edən dialoqu “təmkinli, lakin real irəliləyiş” kimi qiymətləndirib və bir sıra konkret istiqamətləri müsbət addımlar kimi dəyərləndirib: sərhədlərin müəyyənləşdirilməsi və mina təmizlənməsi üzrə müzakirələr; regional infrastruktur layihələrinin inkişafı; TRIPP logistika təşəbbüsü; Azərbaycanın Ermənistana yük tranzitinə icazə verməsi qərarı; vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşü.

Dövlət Departamenti bəyan edib ki, ABŞ bu proseslərin uzunmüddətli sülhə və iqtisadi sabitliyə töhfə verəcəyinə inanır: “Bu təşəbbüslər özəl sektorun investisiyaları ilə birlikdə Cənubi Qafqazda yeni rifah dövrünün başlanğıcına çevrilə bilər”.

Qeyd olunur ki, işçi qrupların fəaliyyəti çərçivəsində Vaşinqton infrastruktur, enerji təhlükəsizliyi, minalardan təmizləmə, sərhəd idarəçiliyi və iqtisadi inteqrasiya sahələrində Bakı və İrəvanla paralel əməkdaşlıq mexanizmləri qurmağı hədəfləyir.

ABŞ tərəfi həmçinin regionda sabit və davamlı sülh mühitinin formalaşması üçün Azərbaycana və Ermənistana texniki dəstək göstərməyə hazır olduğunu bildirib.

Bu addım Vaşinqtonun Cənubi Qafqazda sülh təşəbbüslərinə praktik mərhələdə qoşulması kimi dəyərləndirilir və ABŞ-nin bölgədəki balanslı diplomatik fəallığının növbəti mərhələsini ifadə edir.

ABŞ Dövlət Departamentinin açıqlaması prosesin yeni mərhələyə adlamasından xəbər verir. Amma digər məqamlar da diqqətdən kənarda qala bilməz, xüsusən də Zəngəzur dəhlizini öz nəzarətinə keçirmək istəyən paytaxtların yarada biləcəyi maneələrdən söhbət gedir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan 29-30 oktyabr tarixlərində Fransada işgüzar səfərdə olacaq. Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir ki, baş nazir 8-ci Paris Sülh Konfransında iştirak edəcək. Həmçinin 30 oktyabrda Paşinyan Yelisey Sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Rusiya və ya digər ölkələr bu prosesi poza bilərmi? Rusiyadan son açıqlamalar, Rusiya XİN rəhbəri S.Lavrovun bəyanatı və s. məsələlər Kremlin sakit qalmayacağını deməyə əsas yaradır. Zəngəzur dəhlizinin Trampın adı ilə sənədləşdirilməsi, həmçinin Amerikanın bu proseslərdə aktiv rolu Rusiyanı heç çür qane etmir. Moskva 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasına nail ola bilməsə də, Trampın tarixi missiyasını həzm edə bilmir. Davamlı şəkildə sülh razılaşması üçün Moskva özünün vasitəçiliyini təklif etməklə də bəlli niyyətini ortaya qoyur. Eyni zamanda Rusiyanın Zəngəzur dəhlizindəki sərhədçilərinin xatırladılması da İrəvana mesaj xarakterlidir.

Musavat.com

Əvvəlki Yazı

Monteneqroda saxlanılan azərbaycanlı ilə bağlı yeni faktlar

Növbəti Yazı

Cənubi Koreyada TARİXİ GÖRÜŞ: Tramp və Si Cinpin RAZILIĞA GƏLDİ

EKSKLUZİV

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0
Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

16 Dekabr 2025 / 16:48
0
Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

16 Dekabr 2025 / 16:45
0
Amnistiya bu şəxslərə şamil olunacaq

Amnistiya bu şəxslərə şamil olunacaq

16 Dekabr 2025 / 16:44
0

XƏBƏR LENTİ

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

“DTX-nın keçirdiyi bu əməliyyatlar qanunla yanaşı, mənəvi dəyərlərimizin qorunması baxımından da önəmlidir”

Aslan İsmayılovdan sabiq prokurorluq əməkdaşları ilə bağlı ittiham

Əvvəlcədən deyilənlər təsdiqini tapdı. Emil Ağacanov anlaqsız hesab edildi

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.