Günlər öncə Ermənistanda kütləvi həbslərin həyata keçiriləcəyi barədə məlumatlar yayılmışdı. Artıq prosesə start verilib. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Eçmiədzin şəhərindəki hərbi hissəsində əməliyyat keçirib.
Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Məlumata görə, bir neçə hərbçi, o cümlədən yüksək rütbəli zabitlər hüquq-mühafizə orqanlarına gətirilib.
Qeyd edək ki, ilk yayılan məlumatlarda olduğu kimi, yenə də bu həbslərin gələn ilin yayında Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı olduğu deyilir. Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətini bir daha qorumaq üçün qarşısında olan maneələri aradan qaldırmaq üçün “təmizləmə əməliyyatı” həyata keçirdiyi bildirilir. Hətta seçkilərə doğru zaman azaldıqca kütləvi həbslərin əhatə dairəsinin genişlənə biləcəyi ehtimal olunur.
 
			









