Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Oktyabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

19 Oktyabr 26 / 13:07
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: Azər Hacıyev kimə güvənir? – VİDEO+FOTO

15 Oktyabr 26 / 12:09
“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

“SAB” məhsulları təhlükəlidir? – AQTA-nın və medianın ŞOK faktları

13 Oktyabr 26 / 12:18
Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

Azərbaycan Texniki Universiteti məhkəməyə verildi – TƏFƏRRÜAT

07 Oktyabr 26 / 13:03
Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

Ramiz Mehdiyevin adamı “Buxur” Vüsalın gizli qalan əməlləri: Nərimanovdan Xırdalana uzanan DOSYE

06 Oktyabr 26 / 15:31
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini, fövqəladə hallar nazirinin müavini general-mayor Teymur Mehdiyevin həyat yoldaşı Nigar Mehdiyeva vəzifəsindən azad edilib. O, Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini tuturdu.
“Yeni Sabah” xəbər verir ki, N.Mehdiyevanın atası İsmayıl Sadıqov da vaxtilə vəzifəli şəxs olub.
O, uzun müddət Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin müdiri işləyib, 2018-ci ildə vəzifədən azad edilib.
İ.Sadıqov Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkoloji Klinikasının direktoru, akademik Əhliman Əmiraslanovla çox yaxın dost olub. Nigar Mehdiyevanın direktor müavini və şöbə müdiri təyin olunması da məhz bu dostluqdan irəli gəlib.
Məsələ ondadır ki, Ə.Əmiraslanov Nigar Mehdiyevanı vəzifəyə təyin etməklə təkcə bir dostunun övladını işlə təmin etməyib, eyni zamanda digər dostu Ramiz Mehdiyevin ailəsinə də yaxşılıq etmiş olub.
Məlumata görə, Ə.Əmiraslanov İ.Sadıqovla Ramiz Mehdiyevin qohum olmasında da rol oynayıb. Ə.Əmiraslanov R.Mehdiyevin ən yaxın və sadiq kadrlarından biri hesab olunur. 1992-ci ildə – Əbülfəz Elçibəyin prezidentliyi dövründə Azərbaycan Tibb Universitetinin rektoru təyin olunan Əhliman Əmiraslanovun 23 il fasiləsiz olaraq bu vəzifədə qalması da məhz R.Mehdiyevlə dostluğu sayəsində mümkün olub.
İndi isə Ə.Əmiraslanov R.Mehdiyevlə məsafə saxlamaq qərarına gəlib və onun gəlinini işdən çıxarıb.
Qeyd edək ki, Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və Əhliman Əmiraslanovun övladı Tapdıq Əmiraslanov eyni qurumda, eyni vəzifədə işləyirlər. Onların ikisi də fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müavinləridir. Yaxın dost olan T.Mehdiyev və T.Əmiraslanov eyni gündə – 2014-cü il may ayının 5-də nazir müavini təyin olunublar.
Media bu məsələyə, o cümlədən Ramiz Mehdiyevlə bağlı baş verənlərə Əhliman Əmiraslanovun münasibətini öyrənməyə çalışıb. Lakin o, zənglərə cavab verməyib.
Xatırladaq ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən R.Mehdiyev barədə verilən vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
R.Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.
Əvvəlki Yazı

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

Növbəti Yazı

Rusiya Qafqazda yeni “cəbhə” açır – sensasion hədə

EKSKLUZİV

Bu avtobusun son dayanacağı dəyişdirildi

Bu avtobusun son dayanacağı dəyişdirildi

19 Oktyabr 2026 / 16:00
2
ADY qatarlarına daş atılması halları 38% azalıb

ADY qatarlarına daş atılması halları 38% azalıb

19 Oktyabr 2026 / 15:48
0
Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

19 Oktyabr 2026 / 15:30
1
Bu şəxslərə pulsuz mənzil veriləcək

Bu şəxslərə pulsuz mənzil veriləcək

19 Oktyabr 2026 / 15:16
2

XƏBƏR LENTİ

Bu avtobusun son dayanacağı dəyişdirildi

ADY qatarlarına daş atılması halları 38% azalıb

Sabah Bakının bu rayonlarında qaz olmayacaq

Bu şəxslərə pulsuz mənzil veriləcək

Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı

Mənə Qazaxıstanda çevriliş təşkil etmək təklif olunmuşdu – Japarov

Azərbaycan çempionatında azarkeş rekordu

Dünyanın ən çox qazanan futbolçuları – SİYAHI

Prezident bir qrup energetiki təltif edib – SİYAHI

Küləkli hava neçə gün davam edəcək?

Avtobusda səs-küy salanlara cərimə tətbiq ediləcək

Gələn il dünyada qıtlıq olacaq

Sabahın hava proqnozu açıqlanıb

İlin sonunda əfv sərəncamı imzalanacaq?

Dövlət Vergi Xidməti “Alliance Clinic”dəki qanunsuzluğa nə vaxt müdaxilə edəcək? – FOTO

Xəzərdəki bu ada yarımada olur: materiklə birləşəcək

Bakıda parklar yenilənəcək: 61 milyonluq müqavilə…

Mədəniyyət Nazirliyi kitab mükafatını gələn il elan edəcək

Bu şəxslər ikiqat maaş alacaq

Onları da əsgər aparacaqlar – RƏSMİ

Teymur Musayev baş nazirin müavini təyin edildi

Anar Bayramov səhiyyə naziri təyin edilib

“EVRASCON” ASC dövlətin pulun kanalizasiyalarda belə “yuyur”:sorğusuz, sualsız, aram-aram…

Ramiz Mehdiyevin oğlu istintaqa ifadə verdi

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib – FƏRMAN

Xırdalanın nəqliyyat əlaqələri genişləndiriləcək

Aqil Babayevin anasından təsirli müraciət: Oğlumun işi qərəzsiz araşdırılsın, mütəşəkkil dəstə məsuliyyətə cəlb olunsun

Dünya Bankı Bakıya ayıracağı vəsaiti 500 mln. dollara çatdırır

Ramiz Mehdiyevlə bağlı ŞOK: Bu qərar verilsə…

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.