Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Ölkə

TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi

Oktyabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10
Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

Elnur Abdullayevin hakimiyyətə qarşı demarşı…

11 Dekabr 25 / 13:55
Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

Cinayət keçmişi olan Çərkəz Şirinovun kreslo həsrəti – Bəhruz Əzizi ona kömək edəcəkmi?

10 Dekabr 25 / 11:55
Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

Anar Əlizadə Avropa və Türk xüsusi xidmətlərinin diqqətində – Neft maqnatının rus oliqarxlarla da problemləri yaranıb

09 Dekabr 25 / 14:41

Ekspert hesab edir ki, bununla bağlı qərarın müxtəlif izahı olsa da, əsas səbəb hökumətin qənaət rejiminə keçməsidir

Azərbaycanın səhiyyə gündəmini son günlər ən çox məşğul edən mövzulardan biri İcbari Tibbi Sığorta Fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması və “Tibbi sığorta haqqında” Qanuna təklif edilən yeni dəyişikliklər həm ictimai narahatlıq, həm də geniş müzakirələr doğurub. Çünki məsələ birbaşa vətəndaşın sağlamlığı, sosial təminatı və gələcəkdə səhiyyə sisteminin necə işləyəcəyi ilə bağlıdır.

2026-cı il dövlət büdcəsi layihəsinə əsasən, İcbari Tibbi Sığorta Fonduna 900 milyon manat ayrılması planlaşdırılır ki, bu da ötən illə müqayisədə 516 milyon 405 min manat və ya təxminən 36,5 faiz az deməkdir. Rəqəmlərin bu qədər kəskin dəyişməsi təbii olaraq cəmiyyətdə “nə baş verir?” sualını gündəmə gətirib. Xüsusilə, sosial şəbəkələrdə və ekspert dairələrində “səhiyyəyə az vəsait ayrılır”, “sığorta sistemi zəifləyir”, “işsizlər tibbi yardımdan məhrum qalacaq” kimi fikirlər səslənməkdədir.

Amma Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu narahatlıqları tam fərqli rakursdan izah edir. Onun sözlərinə görə, bu azalma əslində səhiyyə üçün təhlükə deyil, sistemin maliyyə müstəqilliyinə keçid mərhələsidir. Dövlət artıq ilk illərdə “tampon gücü” rolunu oynayıb, indi isə məqsəd  İcbari Tibbi Sığorta Fondunun öz daxilolmaları hesabına dayanıqlı fəaliyyətə keçməsidir. Mahmudov bildirir ki, bu dəyişiklik vətəndaş üçün əlavə yük yaratmayacaq, əksinə, tibbi xidmətlərin keyfiyyətini və şəffaflığını artırmaq məqsədi daşıyır.

Parlamentin Səhiyyə komitəsinin digər üzvü Müşfiq Məmmədli də hesab edir ki, burada əsas məqsəd qeyri-formal məşğulluğun azaldılması və əmək bazarının “ağardılması”dır. Onun sözlərinə görə, dövlət tərəfindən hazırda uşaqlar, tələbələr, pensiyaçılar və sağlamlıq imkanları məhdud şəxslər tam şəkildə sığortalanır. Lakin əmək müqaviləsi olmadan işləyən və ya gəlir əldə edən şəxslərin öz sığorta haqlarını ödəməsi mexanizmi formalaşdırılır. Məmmədliyə görə, bu, həm sosial ədalət, həm də iqtisadi şəffaflıq üçün vacib addımdır.

Təklif edilən dəyişikliklərə əsasən, artıq qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər də sığortalı qismində özləri çıxış edəcəklər. Yəni kənd təsərrüfatı ilə məşğul olan, amma rəsmi uçota alınmayan ailə təsərrüfatları, vergi qeydiyyatı olmadan fəaliyyət göstərən fərdi işçilər, habelə mülki müqavilə ilə işləyənlər gələcəkdə öz tibbi sığorta təminatlarını şəxsən formalaşdırmalı olacaqlar.

Beləliklə, gündəmdəki əsas suallar – “Dövlətin payı azalırsa, vətəndaş daha çox ödəyəcəkmi? İşsizlərin sığortası necə olacaq?” – hələ də müzakirə predmetidir. Amma rəsmi açıqlamalardan görünür ki, məqsəd xərcləri azaltmaq yox, sistemi dayanıqlı və öz-özünü maliyyələşdirən hala gətirməkdir.

Yeni mərhələdə İcbari Tibbi Sığorta artıq yalnız dövlətin deyil, işəgötürənlərin, özəl sektorun və iqtisadi aktiv vətəndaşların birgə məsuliyyəti üzərində qurulacaq.

Bəs işsizlərin ona qədər tibbi sığortası necə olacaq?

Mövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a danışıb. Onun sözlərinə görə,  xeyli insan var ki, faktiki olaraq qeyri-rəsmi işləyir: “Bunun da səbəbləri müxtəlifdir, məsələn, vergidən yayınmaq və sairə. Yəni həmin şəxsi qeyri-rəsmi işlədirlər. Amma xeyli insan da var ki, həqiqətən də işləmir. Məsələn, evdar qadınlar – onlar harada işləyirlər? Heç yerdə işləmirlər. İndi onlara da deyiləcək ki, gəlin, özünüz ödəyin, əks halda tibbi sığortanız olmayacaq. Yəni bunun adını qoyurlar ki, guya qeyri-formal əmək fəaliyyəti ilə mübarizə aparmaqdır, amma faktiki olaraq, doğrudan da işləməyən vətəndaşların vəziyyətini ağırlaşdırırlar. Neftin qiyməti düşür, neft hasilatımız da azalır və buna görə də hökumət qənaət rejiminə keçib. İndi bu sözü də deyəndə hökumət deyəcək ki, inkişaf etmiş ölkələrin çoxunda belədir. Doğrudur, belədir – işləməyən özü tibbi sığortanı ödəyir. Amma gəlin görək, o ölkələrdəki vəziyyət necədir, bizdə necədir? Ölkəmizdə işsizlik çoxdur. Həmin ölkələrdə isə dövlət məcbur edir ki, işəgötürənlər işçi ilə rəsmi müqavilə bağlasın. Amma bizdə belə deyil axı. İnsanları qeyri-rəsmi işlədənlər elə əksər hallarda məmurlar, sahibkarlardır”.

Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov qeyd edib ki, əhalinin demək olar ki, əksəriyyəti sığorta sistemindən faydalanmaq imkanına malikdir: “Bütün bunlar olduqca yaxşıdır. Lakin sığorta sistemi işlədikcə, onun təkmilləşməsi istiqamətində də addımların atılması zərurəti ortaya çıxır. Çünki təcrübə harada boşluqların, harada fərqli yanaşmaların olduğunu üzə çıxarır. Bu baxımdan müxtəlif təkliflər və yeni baxışlar meydana çıxır. Deyərdim ki, bu proses də davam edəcək. Konkret olaraq işsiz adamlarla bağlı məsələyə gəldikdə, burada bir nüans xüsusilə diqqətçəkəndir. Həssas məqam ondan ibarətdir ki, belə olan halda işsiz olan, sosial təminatı çox aşağı səviyyədə olan, eyni zamanda müəyyən xəstəlikləri, xüsusilə də xroniki problemləri olan insanların hamısının heç olmasa minimal bir sosial dəstəklə təmin olunması çox vacib olardı. Çünki bu halda həmin adamlar tamamilə sığorta dəstəyindən kənarda qala bilərlər ki, bu da onların onsuz da kritik olan vəziyyətlərini daha da ciddiləşdirə bilər. Bu baxımdan düşünürəm ki, həmin qismi nəzərə alan bir yanaşma və ayrıca müəyyən dəstək forması olmalıdır ki, bu insanlar da sığorta sistemindən kənarda qalmasınlar. Əlbəttə ki, yaxşı olardı ki, insanların hamısı formal şəkildə çalışsın, onların müəyyən təminatları olsun və normal sığorta paketi ilə həyatları sığortalansın. Lakin təbii ki, bu baxımdan məqsəd insanları həm formal əmək fəaliyyətinə, həm də hüquqi qeydiyyata cəlb etməyə yönəlsə də, nə qədər biz bunları desək də, əhalinin elə bir qrupu var ki, onlar müxtəlif səbəblərdən işləmirlər, qeydiyyatla bağlı problemləri var və bu sistemə inteqrasiya edə bilməyiblər. Düşünürəm ki, onlarla bağlı da hansısa əlavə bir yanaşmanın ortaya qoyulması zəruriyyəti var”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Əvvəlki Yazı

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

Növbəti Yazı

Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir – İDDİA

EKSKLUZİV

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

16 Dekabr 2025 / 19:37
6
Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

16 Dekabr 2025 / 18:24
0
Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

16 Dekabr 2025 / 17:53
2
Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

16 Dekabr 2025 / 16:53
0

XƏBƏR LENTİ

Azərbaycanlı alimdən yeni kitab — “Məntiq”

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Qazaxda sabiq vəzifəli şəxs dəfn olundu

Məktəblilərin qorxulu problemi: Dərslik deyil, yük daşıyırlar

Elektron siqaretlər qadağan edilir – Milli Məclis yeni qanuna “hə” dedi

Milli Qvardiyanın komandanı vəzifəsindən azad olundu

Amnistiya bu şəxslərə şamil olunacaq

Tək yaşayan pensiyaçılara ŞAD XƏBƏR: Kommunal güzəştlər oluna, maliyyə yardımı edilə bilər…

Qar, şaxta və istilik problemləri: Bakı qışı rahat keçirə biləcəkmi?

Dünya bu xəbərlə ÇALXALANIR – Rusiya ilə Türkiyə üz-üzə

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

Moskvadan “Tramp marşrutu” ilə bağlı AÇIQLAMA: “Rusiyasız mümkün deyil”

İnzibati məsuliyyətlə bağlı qanunvericilik dəyişir

“Kupça”sız evlər problemi parlamentin GÜNDƏMİNDƏ

Dövlət qulluğu ilə bağlı qanuna MÜHÜM DƏYİŞİKLİKLƏR

Azərbaycanın axtarışa verdiyi Abbas Abbasov kimdir: Rusiya Abbas Abbasovu Azərbaycana verəcəkmi?

Azərbaycan və Türkiyə arasında TARİXİ ANLAŞMA parlamentdə

Bu tarixdə dünyanın SONU olacaq — PROQNOZ

Ekspert Emin Əmrullayevin yalanını üzə çıxardı – Video

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və… – Xidmət qaydası dəyişib

Ən çox generalı olan nazir – Heydərovun müavinləri haqqında MARAQLI FAKTLAR

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Sən demə təhsilin əsas problemi “müəllim” sözünün səhv yazılışında imiş… – BƏS NƏTİCƏ?

Ukrayna Rusiyanın yarım milyardlıq gəmisini vurdu – VİDEO

TƏBİB sədri Eldar Mahmudovun qohumuna vəzifə verdi

General Eyyubov tutduğu vəzifədən azad edildi

Mehdiyevlərin bankı “vuruldu” – ən çox şikayət ondan imiş

Bu universitetlər bölgələrə köçürülə bilər

Abbas Abbasov axtarışa verildi – Ramiz Mehdiyev işi böyüyür

Paşinyan üçün seçkidə ən qorxulu ssenari

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen   Noy »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.