Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Cəmiyyət

Vətən müharibəsi şəhidi çavuş Timur Əliyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib

Oktyabr 31, 2025
A A

REDAKTORUN SEÇİMİ

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28
“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

31 Oktyabr 25 / 16:04
Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

31 Oktyabr 25 / 11:35
“Bolmart” marketlər şəbəkəsində Adnan Əhmədzadə kabusu, vergi yaynması və rəhbər saxtakarlığı – FOTOFAKT

“Bolmart” marketlər şəbəkəsində Adnan Əhmədzadə kabusu, vergi yaynması və rəhbər saxtakarlığı – FOTOFAKT

30 Oktyabr 25 / 11:01
Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

Xətai rayon başçısı Rafiq Quliyev hansı şərtlərlə qanunsuz tikintilərə icazə verir?- FAKT

29 Oktyabr 25 / 12:15

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, İkinci Qarabağ savaşı xalqımızın yaddaşına qızıl hərflərlə əbədi həkk olundu. O Vətən müharibəsi ki, torpaqlarımız uğrunda gedən haqq savaşımız oldu. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid oğullarımız 44 günlük savaşda Qələbə qazanaraq döyüş meydanında əsl qəhrəmanlıq dastanı yazdılar. Azərbaycan xalqının 30 illik Vətən, yurd, torpaq həsrətinə 44 gündə son qoyaraq qalib ölkənin vətəndaşı olmaq sevincini yaşatdılar. Mənfur düşmənlə yanaşı, bütün dünyaya bir daha sübut etdilər ki, Azərbaycan dövləti güclü dövlətdir və apardığı savaş haqq savaşıdır. Bu savaş birlik savaşıdır! Yüzlərcə elindən, obasından ayrı düşən günahsız insanları, 30 ildir ki, vətənsiz böyüyən vətən övladlarını Qarabağımıza yenidən qaytarmaq uğrunda gedən savaş­dır! Bəli, bu savaş Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun gücü, qüdrəti sayəsində bizim şanlı Qələbəmizlə, Zəfərimizlə başa çatdı. 10 noyabr yaddaşlara tarixi Qələbənin yazıldığı gün kimi həkk olundu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.

Qarabağ adlı zəfərimizin qazanılmasında payı olan, döyüş meydanında vuruşaraq Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də şəhid çavuş Əliyev Timur Nurəddin oğludur. 

Oktyabrın 30-u 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin beşinci ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 5 il ötür. Bu gün Timur Əliyev kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Oktyabrın 30-da Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhid ailələri Xanlıqlar kəndində şəhidimizin evində olub, qəhrəman şəhidimizin ildönümündə iştirak edərək əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçən, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğu söylənilib. Vətən üçün canını fəda edən Timur Əliyev kimi oğulların döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Timur kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu bildirilib. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.

Şəhid Timur Əliyev 29 may 1984-cü ildə Özbəkistan Respublikasının Çirçik şəhərində anadan olmuşdur. 1990-cı ildə Özbəkistan Respublikasının Çirçik şəhərində 1-ci sinifə daxil olmuş, 1998-ci ildə həmin şəhərdə 8-ci sinifi bitirmişdir. 1998-ci ildə ailəsi ilə birgə Bakı şəhərinə köçmüş, orta təhsilini Bakı şəhərində davam etdirərək 2001-ci ildə 11-ci sinifi bitirmişdir. 2002-ci ildə Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, həqiqi hərbi xidməti keçərək 2004-cü ildə tərxis olunmuşdur. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə başlamışdır. Çavuş rütbəsinə qədər yüksəlmişdir. Şəhid çavuş Timur Əliyev 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhid çavuşumuz 30 oktyabr 2020-ci ildə Qazax rayonunun Xanlıqlar kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Alsu və Leyla adlı iki azyaşlı qız övladı yadigar qalıb.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçən bütün şəhidlərimizin xatirəsi dövlətimiz, ölkə rəhbəri tərəfindən də hər zaman əziz tutulur. Şəhid çavuş Timur Əliyevin də igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Xanlıqlar kəndində qəhrəman şəhidin adını əbədiləşdirən bulaq inşa olunmuşdur.

Əvvəlki Yazı

DTX-nın Balakən əməliyyatı dövlətimizin vəzifə cinayətlərinə qarşı mübarizədəki prinsipiallığını göstərir

Növbəti Yazı

Milli Məclisdə bu qadağa LƏĞV OLUNDU

EKSKLUZİV

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

31 Oktyabr 2025 / 17:46
1
Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

31 Oktyabr 2025 / 17:32
1
“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

31 Oktyabr 2025 / 17:30
4
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 2025 / 17:28
20

XƏBƏR LENTİ

Ramiz Mehdiyevin gəlininin vəzifə karyerası: İşin içində Əhliman Əmiraslanov da var

Ərdoğanla Dövlət Baxçalı arasında problem yaranıb?

“Xalqın qanını içən oğru məmurlar ifşa olunmalıdır və necə ki, olunur…”

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov danışdı: “Yalandır, hazırda Bakıdayam, danışmaq istəmirəm”

Paşinyana qarşı hərbi çevriliş planı – 102-ci bazaya yaxın…

Saxlanılan icra başçısının köməkçisi DANIŞDI

Revanşistlər istəyinə çatdı – sülh sazişi…

İpoteka ilə bağlı qərar – BUNDAN SONRA…

Cinayət işi ən ağır bəndlərlə aparılır

“Bakı Abadlıq Xidməti”ndə şok dələduzluq: Bünyad Qasımov Ramiz Mehdiyevə pul ötürürmüş – 5 milyon dollar…

Sürücülük vəsiqəsin evdə unudub, maşın sürmək olarmı?

Parlamentdə YENİ QAYDA – 1 MiLYONLUQ CƏRİMƏ

Vəkillər üçün YENİ XƏBƏR

DTX-nin həbs etdiyi icra başçısı Ramiz Mehdiyevlə qonşu imiş – FOTOLAR

Güney hərəkatının fəalları aclıq aksiyasına başlayıb

Azərbaycan Avropa Məhkəməsinin qərarlarını niyə icra etmir?

Emin Əmrullayevin feministlərə və mehdiyevçilərə “humanitar” yardımı – Sabiq deputat ifşa edir

Tramp–Putin sammiti ləğv edildi – Moskva Vaşinqtona sərt şərtlər göndərib

Vahid Ələkbərov “Lukoil”i satmaq üçün Bakıya gəlir – İDDİA

TƏBİB-dən işsizlərə tibbi sığorta zərbəsi

Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı

Milli Məclisdə bu qadağa LƏĞV OLUNDU

Vətən müharibəsi şəhidi çavuş Timur Əliyevin ildönümündə əziz xatirəsi ehtiramla yad edilib

DTX-nın Balakən əməliyyatı dövlətimizin vəzifə cinayətlərinə qarşı mübarizədəki prinsipiallığını göstərir

Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib – ŞOK MƏLUMATLAR

“LUKOİL” BİTDİ? – Vahid Ələkbərovun neft imperiyasına sarsıdıcı zərbə

NATO ölkəsindən Kremlə xəbərdarlıq: “PUTİN BUNU ETSƏ, BİZ DƏ MOSKVANI YER ÜZÜNDƏN SİLƏCƏYİK”

DTX Balakəndə əməliyyat keçirir – İcra başçısı saxlanıldı

Fəzail Ağamalının partiyanı bölə bilməyən övladlarının şirkətləri – SİYAHI

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Oktyabr 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« Sen    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.