Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

ABŞ hava məkanında görünməmiş böhran: Hökumət şatdauna girdi, hər şey alt-üst oldu

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10

Nəqliyyat naziri: ” Siz kütləvi xaos görəcəksiniz, çoxlu reyslər ləğv olunacaq və biz hava məkanlarını bağlaya bilərik”

Musavat.com xəbər verir ki, ABŞ-da hökumətin fəaliyyətinin dayandırılması (“şatdaun”) nəticəsində aviasiya sistemində ciddi böhran yaranıb. Milli Aviasiya Dispetçerləri Assosiasiyasının rəhbəri Nik Deniyels Konqresi vəziyyəti dərhal dayandırmağa çağırıb və əməkdaşların “siyasi alətə” çevrilməsinə etiraz edib.

“Biz, aviadispeçerlər, şatdaunları başlamırıq və onların dayandırılmasına görə məsuliyyət daşımırıq. Buna görə cavabdeh Konqresdir. Biz hər gün işə gəlirik, işimizi vicdanla görürük, amma özümüzü siyasi oyunların mərkəzində tapmışıq. Biz bu mübarizədə ‘siyasi piyada’ kimi istifadə edilməməliyik”, – deyə Deniyels bəyan edib.

ABŞ Nəqliyyat naziri Şon Daffi isə bildirib ki, böhran davam edərsə, bəzi bölgələrin hava məkanı təhlükəsizlik səbəbindən bağlana bilər: 

“Siz kütləvi xaos görəcəksiniz, çoxlu reyslər ləğv olunacaq və biz müəyyən hava məkanlarını bağlaya bilərik. Sadəcə bunun öhdəsindən gələ bilmirik, çünki aviadispeçerlərimiz yoxdur”, – deyə Daffi xəbərdarlıq edib.

Nazirin sözlərinə görə, minlərlə aviadispeçer artıq əməkhaqqı ala bilmir:

“Onlar birinci maaşın yalnız 80–90 faizini alıblar, ikinci maaş isə ümumiyyətlə ödənilməyib. Cümə axşamı onlara göndəriləcək maaş bildirişində ‘0’ yazılacaq. Bir çoxu bir maaşsız dövrə tab gətirə bilərdi, amma iki maaşsız dövrə heç kim dözə bilməz. Əgər bu vəziyyət bir həftə də davam edərsə, kütləvi xaos baş verəcək.”

Mətbuata görə, artıq 3,2 milyonadək sərnişin uçuşların gecikməsi və ləğvi səbəbindən zərər çəkib. ABŞ-ın hava nəqliyyatı sistemi çökmə təhlükəsi ilə üz-üzədir və ekspertlər xəbərdarlıq edirlər ki, bu temp davam edərsə, ölkənin hava məkanının bir hissəsi bağlana bilər.

Ağ Ev də məsələ ilə bağlı açıqlama yayıb. Ağ Evin mətbuat katibi Karolin Livitt Demokratları hökumətin fəaliyyətini bərpa etməyə çağıraraq bildirib ki, “hava gəmiləri göydən düşməyənə qədər hökuməti açmayacağıq” kimi açıqlamalar qəbuledilməzdir: 

“Bu, məsuliyyətsiz və təhlükəli bəyanatdır. Biz federal hökumətin işini bərpa etməklə bu xaosu və ABŞ-ın hava hərəkətinin idarə olunmasındakı iflası dayandırmaq istəyirik. Artıq 35 gündür ki, Demokratlar hökuməti bağlı saxlayırlar, aviadispeçerlər isə hələ də maaşsız işləyirlər. Bütün böyük aviaşirkətlər Demokratlara müraciət edərək, hökumətin açılmasını tələb ediblər,” – deyə Livitt vurğulayıb.

Ağ Ev rəsmisi əlavə edib ki, qarşıda Şükranlıq bayramı mövsümü yaxınlaşır və milyonlarla amerikalı səfərə hazırlaşır:

“Amerikalılar öz Demokrat nümayəndələrinə açıq şəkildə bildirməlidirlər ki, hökumət dərhal işə başlamalıdır. Əks halda, bu vəziyyət ölkənin aviasiya sistemini tam çökdürəcək.”

Əvvəlki Yazı

Bu gün Bakı metrosunda iş saatı uzadılacaq

Növbəti Yazı

İcra başçıları ciddi nəzarətdə

EKSKLUZİV

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

24 Dekabr 2025 / 22:48
3
Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

24 Dekabr 2025 / 20:16
4
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

24 Dekabr 2025 / 20:15
1
Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

24 Dekabr 2025 / 20:13
1

XƏBƏR LENTİ

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla anıb

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.