Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İqtisadiyyat

Həyət evi olanlara su pulu ilə bağlı bəd xəbər

Noyabr 5, 2025
A A

REDAKTORUN SEÇİMİ

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

24 Dekabr 25 / 17:15
Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

Ekologiya nazirliyində “cərimə” fırıldağı: Qarabağ meşələrinin taleyi ilə “üç badam bir qoz” oynayan kimlərdir?

23 Dekabr 25 / 10:48
Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

Unibank rəhbərinin gizli dosyesi: Fransada “bəxti bağlanmış” villa” səhmlər və qumarbaz oğul…

18 Dekabr 25 / 20:28
“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

“Balaxanı Operating Company” nin rəhbəri ilə bağlı İDDİA – VİDEO

16 Dekabr 25 / 15:05
Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

Naftalanda Arzu Məmmədov kabusu: Fərhad Əliyevdən Ramiz Mehdiyevə transfer edən məmur

16 Dekabr 25 / 12:10

İqtisadçı deyir ki, limitlər aylıq hesablansa, qiymətlər artacaq; “”Aşağı qiymət”i belə indiki orta qiymət səviyyəsində hesablamaq istəyirlər”

Azərbaycanda qaz və elektrik enerjisində olduğu kimi, su təchizatı xidmətlərində də diferensiallaşdırılmış tariflərin tətbiqi gündəmdədir. Yada salaq ki, qaz və elektrik enerjisi üzrə artıq sabit tarif mexanizmi qüvvəyə minib. Suda da eyni qaydada diferensial qiymət mexanizminin tətbiqi gözlənilir. Hazırda qaz üçün limit 1200 kubmetrdir və bu, nəzərdə tutulan illik limitdir. Elektrik enerjisində isə aylıq minimal limit 300 kVt/saat təşkil edir. İçməli suyun 1 kubmetri əhali üçün 70 qəpik, kanalizasiya xidməti isə 30 qəpikdir. Yəni kanalizasiya sistemi olan ev təsərrüfatlarında suyun hər kubmetrinə görə 1 manat ödəniş edilir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rövşən Muradov da Modern.az-a deyib ki, yuxarı, orta və aşağı limitlər müəyyənləşdirilməlidir. Belə olduqda tarif artımı hamıya eyni dərəcədə təsir etməyəcək. Aşağı limitdə artım daha az olacaq: “Məsələn, ən aşağı əhali qrupu üçün gələcəkdə nəzərdə tutulan limitin 70 qəpik qalması mümkündür və bu, illik 30-40 ton su sərfiyyatına hesablanacaq. Hazırda adambaşına orta hesabla aylıq 5 ton su istifadə olunur.  Sudan az istifadə edən az, çox istifadə edən isə daha çox ödəyəcək. Bu da sosial ədaləti təmin edən yanaşmadır. Məsələn, həyət evləri və bağ evlərində su sərfiyyatı çox olur. Belə evlərdə bir neçə sanitar qovşağı, hovuz, ya da geniş yaşıllıq sahələri olur. Ədalətli yanaşma isə ondan ibarətdir ki, belə evlərdə yaşayanlar daha artıq su istifadəsinə görə daha çox ödəniş etsinlər”.

Həyət evlərində yaşayanların hamısı imkanlı deyil. Suya qənaət vacibdir, amma bu ancaq qiymət artımı ilə mümkündür?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, istər diferensiallaşma olsun, istər olmasın, hökumət qiymətləri artırır: “Bu artımın müxtəlif izahları var. Qiyməti artıran qurumun yaxşı idarəçiliyinə dair birmənalı fikir yoxdur. Əgər hər hansı bir qurum effektiv işləmirsə, korporativ idarəetmə prinsiplərinə əməl etmir, hesabatlı deyilsə və resursların səmərəli idarə olunması istiqamətində ciddi səylər göstərmirsə, onun məhsulunun maya dəyəri və tələb etdiyi qiymət cəmiyyətdə suallar doğurur. Cəmiyyət haqlı olaraq düşünür ki, bu qurumların rəhbərləri milyarder olurlar – bəs bu pullar haradandır? Təbii ki, həmin qurumlar xərcləri şişirtməklə bunu edə bilirlər. Qiymət artımı populist qərar deyil, əksinə, insanların cibindən daha çox vəsait çıxması deməkdir. Dövlət müəssisələrinin rəhbərləri cəmiyyətin gözü qarşısındadır, sonradan onların var-dövlət sahibi olması məlum olur. Bu da məsələnin digər tərəfidir”.

İqtisadçı limitlərin tətbiq olunması haqda da danışıb: “Hazırda suyun qiyməti 30-70 qəpikdir, kanalizasiya xidməti olduqda isə 1 manat təşkil edir. Bəs diferensiallaşdırılmış qiymət artımı nə deməkdir? Bu, aşağı limitdə daha ucuz, yuxarı limitdə isə daha baha qiymətlərin tətbiq edilməsi deməkdir. Hazırda hamı orta qiymət ödəyir. Diferensiallaşma tətbiq olunduqda, aşağı sərfiyyat üçün qiymət daha ucuz, orta sərfiyyat üçün təxminən indiki səviyyədə, yüksək sərfiyyat üçün isə daha baha olmalıdır. Lakin indi elə vəziyyət yaranıb ki, “aşağı qiymət”i belə indiki orta qiymət səviyyəsində hesablamaq istəyirlər. Başqa sözlə, qiymət artımı nəzərdə tutulur”.

Xalid Kərimli qeyd edir ki, diferensiallaşma, yəni limitlərin tətbiqi əslində müsbət addımdır: “Daha çox istifadə edənlərin daha yüksək tarif ödəməsi həm sosial ədalət baxımından doğrudur, həm də qənaətə sövq edir. Deyilə bilər ki, hamının imkanı eyni deyil. Əgər imkan azdırsa, qənaət etmək lazımdır. Limitləşmə insanları qənaətcil olmağa və resurslardan səmərəli istifadəyə təşviq edir. Ən həssas məqam isə limitlərin necə tətbiq ediləcəyidir – aylar üzrə, yoxsa il üzrə? Əgər illik limit tətbiq olunsa, insanlar xərclərini daha yaxşı planlaya biləcəklər. Amma aylıq limit qoyularsa, xüsusilə yay aylarında xərclər daha çox arta bilər. Məsələn, işıq üçün limit aylıq, qaz üçün isə illik müəyyənləşdirilib. Ümumilikdə, diferensiallaşma həm ədalətli, həm də səmərəliliyi artıran, qənaətə təşviq edən proqressiv addımdır”.

Sosioloq Elçin Bayramlı deyir ki, suyun uçotdankənar obyektlərə verilməsi, düzgün olmayan idarəetmə nəticəsində dağıdılması, su fondlarının bərabər paylaşdırılmaması, yaşıllıqların suvarılmasında çox ciddi su itkisinə yol verilməsi, bu kimi süni problemlər suyun maya dəyərini artırır: “Müxtəlif bəhanələr gətirirlər ki, əhali sudan qənaətlə istifadə etmir. Amma bu, tamamilə yanlışdır. Heç kəs dəli deyil ki, suyu lüzumsuz yerə istifadə edə və artıq pul ödəyə. Yaxşı olar ki, aidiyyəti qurumlar su itkilərinin qarşısını alsınlar. İndiyə qədər ayrılan milyardlarla vəsaitin hesabatını versinlər. Niyə ölkədə dövlət büdcəsindən, xarici fondlardan ən çox pul alan təşkilat bunlar olduğu halda, bu sahədə vəziyyət daha da pisləşir? Davamlı şəkildə suyun qiyməti bahalaşdırılır. Problem də xalqın boynuna qoyulur.

Faktiki surətdə istənilən formada sübut etmək mümkündür ki, bu qədər itki, bu qədər vəsait vətəndaşların problemi deyil. Əhali onsuz da suyu qənaətlə işlədir. Yaxşı olardı ki, Hesablama Palatası orada audit keçirsin. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər. Ölkədəki astronomik su “itkisinin” qarşısı alınsa, suyun idarəedilməsinə peşəkar yanaşılsa, maya dəyəri dəfələrlə aşağı düşər, hətta içməli suyun qiymətini 2 dəfə ucuzlaşdırmaq mümkündür. Faktiki olaraq qonşu ölkələrdə suyun qiyməti bizdən xeyli ucuzdur. Su sektoruna ayrılan vəsaitlər digər sahələrin hamısından çoxdur. Son dövrdə bu sahəyə milyardlarla pul ayrılıb. İndi cavab versinlər – bu pullar hara, nəyə, necə xərclənib, niyə vaxtında lazımi tədbirlər görülməyib ki, 21-ci əsrdə Bakıda su qrafiklə verilir. Hələ mən bu suyun həcmindən danışıram, keyfiyyətindən yox. Keyfiyyət tamam ayrı mövzudur və daha böyük problemdir…”

Əvvəlki Yazı

Noyabrda 9 gün dərs olmayacaq

Növbəti Yazı

Elton Məmmədovu həbsxanadan qurtaran əmlakları

EKSKLUZİV

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

24 Dekabr 2025 / 22:48
3
Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

24 Dekabr 2025 / 20:16
4
Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

24 Dekabr 2025 / 20:15
1
Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

24 Dekabr 2025 / 20:13
1

XƏBƏR LENTİ

Üsküpdə 11-ci Yəhya Kamal Beyatlı şeir şöləni

Azərbaycanlıları Ukrayna müharibəsinə cəlb edən şəbəkə var? – XƏBƏRDARLIQ

Azərbaycan Qəzzaya sülhməramlı göndərməyə razılıq verdi – ABŞ rəsmisi

Məmurların yanvar ayında qəbul CƏDVƏLİ

AVP yenidən qurultaya hazırlaşır: Bu dəfə sədr seçə biləcəklər?

Rusiyanın savaş itkiləri ilə bağlı dəhşətli faktlar: Kreml Ukraynada qeyri-rusları qırğına verir

Xəstəyə baxmaqdan imtina edən həkimi hansı cəza gözləyir? – Vəkil

AYNA sahibi bəlli olmayan şirkətdən 223 min manatlıq katric alır

Naxçıvan istiqamətində atəş AÇIQLIB? – Ermənistan MN-dən AÇIQLAMA

Azərbaycanda inanılmaz HADİSƏ – cinayət işi kimlər tərəfindən yoxa çıxarılıb?

“Qurtuluş 93” MTK-dan özbaşınalıq… Evini satanlardan pul tələb edir – Fakt

Təyyarədə azərbaycanlının 74 min dollarını oğurladı – 20 ay həbs aldı! Dünya mediası bu hadisədən yazır!

Bakıda fantastik olay: bir qadın iki məktəbdə direktorluq edir

Şəhidlərimizi təhqir edən ərəblərə hökm oxundu

Eyyubovların nəhəng sərvəti: 15 hektarlıq bağ evi + FOTO

Rusiya bank böhranı ərəfəsində – Azərbaycana təsiri olacaqmı?

Bayramda neçə gün iş olmayacaq?- RƏSMİ AÇIQLAMA

Qaçaqmal sindikatında kimlər və necə işləyib? – SENSASİON TƏFƏRRÜAT

Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə…

Zelenskinin 20 bəndlik sülh planı: Ukrayna üçün çıxış yolu, yoxsa məcburi kapitulyasiya?

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı – VİDEO

İcra başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində şəhidlərin əziz xatirəsini ehtiramla anıb

“Pilgrim Education” Təhsil Mərkəzinin UĞURLARI

Azərbaycanda uşaqlar arasında dəhşətli virus yayılıb – Əlamətləri bunlardır

Dövlət Komitəsinin ləğvi gündəmə gəldi – “Onların rütbələri də alınmalıdır”

Təhsil nazirinin açıqlaması ARANI QARIŞDIRDI

Deputatlar toplanır: : hansı qanunlar dəyişir? – SİYAHI

“İnter MMC”-dən alınan iki mənzil “yoxa çıxıb” – Vətəndaş ölkə başçısından kömək istəyir + FOTOLAR

Bəylər Eyyubovun qardaşı oğlu həbs edildi

11 abituriyent məhkəmə qarşısında – 9-nun nəticəsi ləğv edilib

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt   Dek »
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.