Cumhuriyyet.az
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət
Cumhuriyyet.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə Dünya

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Noyabr 6, 2025
A A

REDAKTORUN SEÇİMİ

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 25 / 11:53
Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

05 Noyabr 25 / 15:41
Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

Qaradağ icra hakimiyyətindəki əməliyyat Süleyman Mikayılovu bitirir: “Çakır” hansı məmurun yaxınından pul tələb edib?

02 Noyabr 25 / 12:14
Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

Naxçıvanda qalmaqal – İşçiləri naziri döyüblər?

02 Noyabr 25 / 12:01
Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

Əli Həsənov komandasının şok ismi: Nurlan Həsənov hansı əməllərə imza atıb?

31 Oktyabr 25 / 17:28

“Noyabrın 6-da Mərkəzi Asiya respublikalarının prezidentləri Vaşinqtonda Amerika Prezidenti Donald Tramp ilə görüşəcəklər. C5+1 formatında keçiriləcək sammitdə əhatəli məsələlər müzakirə olacaq. Cənubi Qafqaz respublikalarının, xüsusilə də Azərbaycanın bu sammitə qatılması ABŞ-ın Avrasiyaya daha dərin nüfuz etməsinə geniş imkanlar yaradar”.

Bu fikilərr ABŞ-ın “The Diplomat” analitik jurnalında dərc olunan “ABŞ və Mərkəzi Asiya: C5+1 nədir?” sərlövhəli məqalədə yer alıb.

Materialda qeyd olunur ki, bu formatda indiyə kimi belə yüksək səviyyədə görüş keçirilməyib: “Mərkəzi Asiya respublikaları nadir yer metalları, enerji və su resursları ilə olduqca zəngin bir regiondur. ABŞ-ın bu regiona nüfuz etməsi buradakı dövlətlərin Çin, Rusiya və Avropa İttifaqı arasında balanslaşdırılmış siyasət yürütmələrinə böyük imkanlar yaradacaq. Buradakı faydalı qazıntıları həyata keçirmək üçün ABŞ-ın texnologiyasına və sərmayəsinə böyük ehtiyac var. Yataqların işlənilməsi və dünya bazarına çıxarılması tərəflərin iqtisadi maraqları ilə yanaşı siyasi maraqlarını da təmin edər. Mərkəzi Asiya respublikalarının Qərb bazarlarına çıxışı isə yalnız Azərbaycan vasitəsi ilə mümkündür. Xəzər dənizinin Azərbaycan sahilində yerləşən Ələt dəniz limanı Qərb bazarlarına çıxışı təmin edən yeganə vasitədir. Azərbaycan Orta Dəhlizin inkişafı üçün geniş infrastruktur layihələr həyata keçirib və tranzit yükdaşımaları üçün əhatəli dəmir yoluna malikdir”. Materialda nəzərə çatdırılır ki, Azərbaycan prezidenti İlham Əliyev regional zirvə görüşlərində fəal iştirak edir, genişlənən Mərkəzi Asiya məkanının ayrılmaz hissəsi kimi Bakının imicini formalaşdırır: “Azərbaycanın inkişaf etmiş nəqliyyat və enerji kommunikasiyaları sistemi var və bu sistem olmadan Orta Dəhlizin fəaliyyəti mümkün deyil. Məhz buna görə də amerikalı analitiklərin fikrincə, Azərbaycanın C5+1 formatına daxil edilməsi geosiyasi reallığın tanınması olardı: axı, Mərkəzi Asiya ilə Qərb arasında əsas enerji və ticarət yolları Bakıdan keçir. Belə genişlənmə formatın enerji və investisiya potensialını artıracaq və ona real strateji dərinlik verəcək. Buna görə də Vaşinqton üçün Azərbaycanın müşahidəçi statusu və ya genişləndirilmiş “C6+1” konfiqurasiyasında iştiraka cəlb etməsi daha məntiqli addım ola bilər”. Məqalədə deyilir ki, xüsusi əhəmiyyət kəsb edən layihə Ermənistanı Orta Dəhlizə birləşdirəcək və Transxəzər yük daşımalarının həcmini iki dəfədən çox artıracağı proqnozlaşdırılan Zəngəzur dəhlizi layihəsidir. Bu təşəbbüsün həyata keçirilməsi təkcə Azərbaycan və Ermənistan arasında sülhü gücləndirməklə yanaşı, həm də bütün regionun davamlı inkişafı üçün iqtisadi stimul yaradacaq: “Məsələyə daha əhatəli baxılsa, ABŞ C8+1 formatı da təsis edə bilər ki, burada Mərkəzi Asiyanın 5 və Cənubi Qafqazın 3 dövləti daxil olar. Belə format Amerikaya Avrasiya regionunda daha üstün mövqe qazandırar”. Xatırladaq ki, C5+1 formatı Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan (“C5”) ilə ABŞ (“+1”) arasında əməkdaşlıq platforması kimi formalaşıb. Bu formatın əsas məqsədi regionda təhlükəsizlik, iqtisadi inkişaf, enerji, nəqliyyat və ekoloji sahələrdə qarşılıqlı əlaqələri möhkəmləndirməkdir. Son illərdə Azərbaycanın bu platformaya qeyri-rəsmi şəkildə daxil olması və proseslərdə fəal rol alması həm region, həm də ölkə üçün mühüm üstünlüklər yaradır.

Azərbaycanın C5+1 formatında iştirakı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu daha da gücləndirir. Coğrafi mövqeyinə görə Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Qərbə birləşdirən əsas tranzit qovşaqdır. Bu baxımdan, C5+1 çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın iştirakı regionun logistika və enerji inteqrasiyasını dərinləşdirir.

Azərbaycan bu platformada iştirak etməklə Xəzər regionu üzrə vahid iqtisadi məkanın formalaşmasına və Avrasiya nəqliyyat dəhlizlərinin koordinasiyasına töhfə verir. C5+1 formatı ABŞ-ın Mərkəzi Asiyadakı əsas diplomatik alətlərindən biridir. Azərbaycanın bu platformaya daxil olması Vaşinqtonla münasibətləri yeni səviyyəyə qaldırmaq imkanı yaradır.

Bu, Azərbaycanın beynəlxalq arenada balanslaşdırılmış xarici siyasət kursuna uyğun gəlir, yəni həm Qərb, həm də Şərq dövlətləri ilə əməkdaşlığı paralel şəkildə inkişaf etdirilir. ABŞ-la bu format çərçivəsində enerji təhlükəsizliyi, nəqliyyat, iqlim dəyişikliyi və kibertəhlükəsizlik kimi sahələrdə birgə layihələr Azərbaycanın qlobal mövqelərini gücləndirir. Azərbaycan artıq regionda mühüm enerji mərkəzinə çevrilib. C5+1 formatında iştirakı isə bu mövqeni daha da möhkəmləndirir. Orta Dəhliz bu platformanın əsas müzakirə mövzularından biridir. Azərbaycan bu dəhlizin mərkəzində dayanaraq Mərkəzi Asiya qazının və neftinin Qərb bazarlarına çıxarılmasında əsas tranzit ölkə funksiyasını yerinə yetirir. Həmçinin, C5+1 çərçivəsində nəqliyyat infrastrukturunun harmonizasiyası və gömrük prosedurlarının sadələşdirilməsi kimi təşəbbüslər Azərbaycanın logistika sektoruna əlavə üstünlüklər gətirir. Azərbaycanın bu formatda iştirakı onun beynəlxalq nüfuzunu artırır və ölkəni Cənubi Qafqazla Mərkəzi Asiya arasında əsas diplomatik vasitəçiyə çevirir. Bakı artıq Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda fəal iştirak edərək çoxşaxəli diplomatiya yürüdür. C5+1 formatında da aktiv iştirak bu siyasətin məntiqi davamıdır. Bu, Azərbaycanın regiondakı liderlik rolunu möhkəmləndirir və onu beynəlxalq dialoq mərkəzinə çevirir. Ümumiyyətlə, Azərbaycanın C5+1 formatında iştirakı həm iqtisadi, həm diplomatik, həm də təhlükəsizlik baxımından çoxsaylı üstünlüklər yaradır. (baki-xeber.com)

Əvvəlki Yazı

Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

EKSKLUZİV

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

06 Noyabr 2025 / 12:06
0
Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

06 Noyabr 2025 / 12:03
0
Ölməzlərin Zirvəsi

Ölməzlərin Zirvəsi

06 Noyabr 2025 / 12:00
3
ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

06 Noyabr 2025 / 11:53
15

XƏBƏR LENTİ

Azərbaycan C5+ ABŞ formatını C6+ABŞ formatına çevirə bilər…

Eldar Əzizov irad bildirmişdi, vəzifəsindən azad olundu – EKSKLÜZİV

Ölməzlərin Zirvəsi

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

Ermənilər gəlir – İrəvandan anons, Bakıda hazırlıq

Xankəndidə hərbçilərin Zəfər yürüşü keçirilir

“Qarabağ” – “Çelsi” oyunu: Milyard dolların qarşısında döyüşkən ruhun qiyməti…

Qazaxda Zəfər Günününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevlə nə bağlayır?!-İDDİA

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Tanınmış vəkil Kəmaləddin Heydərovun yalanın ifşa etdi: “Villa tikdirib və Ramiz Mehdiyevə hədiyyə edib”

“LUKOİL”in XARİCDƏKİ ŞİRKƏTLƏRİ İFLİC OLUB – “Heç kim onlarla əməliyyat apara bilməz”

Sabunçu dəmir yolu stansiyasının keçidi ticarət obyektlərinə çevrilib

Doğuş və dəfn üçün ayrılan vəsait ARTIRILIR

Azərbaycanda araq BAHALAŞACAQ

Ramiz Mehdiyev və onun “köhnə qvardiyası”: Kölgədə daha kimlər var?

Milyardlarln batdığı rayonlar: Korrupsiyalaşmış icra hakimiyyəti sistemi dəyişməzsə…

Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlamasından danışdı: “mən buna əhəmiyyət vermirəm”

AzTV sədrinin oliqarxlaşma hekayəsi: Gənclər Şəhərciyində birotaqlı evdə yaşayırmış

34 yaşlı müsəlman sosialist Nyu-Yorkun meri oldu – Mamdani Trampa meydan oxuyur

Saleh Məmmədovun işçilərinin dəbdəbəli toy macərası: müğnniyə 150 min, nəmərə 20 min…

İcra Hakimiyyətinin sektor müdirinin böyük obyekti üzə çıxdı – Bakının mərkəzində + SƏNƏDLƏR

ŞABALID GENERALA BAHA BAŞA GƏLDİ… – Lüks maşınları da əlindən çıxdı + FOTO

GƏLƏN İL PENSİYALAR ARTIRILACAQ – Rəqəmlər AÇIQLANDI

Moskvanın taleyini ABŞ və Çin həll edəcək

Gələn il manatın məzənnəsi necə olacaq?

Nyu-Yorkun yeni mer namizədindən Trampa SƏRT MÜRACİƏT

İcra başçıları ciddi nəzarətdə

ABŞ hava məkanında görünməmiş böhran: Hökumət şatdauna girdi, hər şey alt-üst oldu

Bu gün Bakı metrosunda iş saatı uzadılacaq

Cumhuriyyet.az

Cümhuriyyət.az saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Direktor: Nəsimi Şərəfxanlı
Tel: 077 333 90 09
E-mail: cumhuriyyetqezeti@gmail.com
Noyabr 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
« Okt    
  • Haqqımızda
  • Əlaqə

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • Ana Səhifə
  • Gündəm
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Dünya
  • Siyasət

CUMHURİYYET.AZ © 2024 - Bütün hüquqları qorunur.