Bu gün şəhid Rufullayev Rasim Yadigar oğlunun anım günüdür. Ölümü doğmalarını, yaxınlarını, elliklə hamımızı sarsıtdığı qədər, şəhidlik zirvəsinə ucalmağı bir o qədər ruhumuza təsəlli oldu. Yardımlı rayonunun Zevin kəndində dünyaya göz açan Rasim elə uşaqlıqdan hərbçi olmağı arzulayırdı. Tale elə gətirdi ki, bu sarışın qəhrəmanımız istəyinə çatdı. 2020-ci ilin sentyabrında başlanan və ordumuzun zəfəri ilə başa çatan 44 günlük Vətən Müharibəsinin ilk günündən ön cəbhədə silaha sarılaraq mənfur düşmənin məhv edilməsində yaxından iştirak etdi. 23 yaşlı cəsur, qorxmaz Rasim ölümün gözünə dik baxaraq düşmənə qan uddurur, onun hərbi texnikasını sıradan sıradan çıxarır, döyüş tapşırıqlarını şərəflə yerinə yetirirdi. Müqəddəs Şuşamızın alınmasına saatlar qalmış Rasim şəhidlik zirvəsinə ucalır. Şuşanı görmək qəhrəmanımıza qismət olmasa da, ruhunun o müqəddəs yerlərdə dolandığına, zəfərimizə göylərdən baxıb rahatlıq tapdığına Tanrının varlığı qədər əminik.
Rufullayev Rasim Yadigar oğlunun göstərdiyi şücaət və qəhrəmanlıq ölümündən sonra Ali Baş Komandan tərəfindən yüksək qiymətləndirilmiş, Füzulinin, Cəbrayılın, Laçının azad olunması uğrunda medallarla təltif edilmişdir.
Hörmət və ehtiramla anırıq.









